Maşın bazarında qiymətlər QALXACAQ


Digərləri 07 Noy 2025 09:42:00 81 0

Maşın bazarında qiymətlər QALXACAQ

Hökumət ölkəyə avtomobil idxalı ilə bağlı yeni vergi dəyişiklikləri tətbiq edəcək. Qərara əsasən, gələn ildən idxal olunacaq yaşı 7-dən yuxarı olan benzin avtomobillərinin aksiz vergisi 1,5 dəfə, dizel mühərrikli avtomobillərinki isə 2 dəfə artırılacaq. Eyni zamanda, bu vaxta qədər müəyyən güzəştlər tətbiq olunan elektromobillər ƏDV-yə cəlb ediləcək, hibrid avtomobillər üçün isə mövcud vergi güzəştlərinin ləğvi nəzərdə tutulub.

Bu dəyişikliklərin avtomobil bazarında qiymətlərə, alıcı tələbinə və ümumilikdə bazarın dinamikasına mühüm təsir göstərəcəyi istisna olunmur. Qərar maşın bazarında bahalaşmaya da səbəb olacaqmı?

Son.az xəbər verir ki, modern.az-a açıqlamasında hüquqşünas, nəqliyyat eksperti Ərşad Hüseynov qeyd edib ki, adətən hər ilin sonunda Vergi Məcəlləsinə dəyişikliklər edilir və bu dəyişikliklər növbəti ildən qüvvəyə minir.

"Gələn ildən etibarən daxili yanma mühərrikli minik avtomobillərinə tətbiq olunacaq aksiz vergilərində mühüm dəyişikliklər nəzərdə tutulur. Hazırda qüvvədə olan qaydalara əsasən, idxal olunan avtomobillərin aksiz vergisi həm istehsal ilinə, həm də mühərrikin iş həcminə görə hesablanır. Əgər minik avtomobilinin istehsal ili 7 ildən yuxarıdırsa, benzin mühərrikli avtomobillər üçün bu göstərici 1.2 əmsalı, dizel mühərrikli avtomobillər üçün isə 1.5 əmsalı ilə hesablanır.

Məsələn, yeni benzin mühərrikli avtomobil üçün aksiz vergisi 10 min manatdırsa, yaşı 7 ildən çox olan analoji avtomobil üçün bu məbləğ 12 min manata yüksəlir. Dizel mühərrikli avtomobil üçün isə eyni halda aksiz vergisi 15 min manat olur".

Hüquqşünasın sözlərinə görə, 2026-cı il yanvarın 1-dən etibarən bu əmsallar artırılacaq.

"Belə ki, yeni dəyişikliklərə əsasən 7 ildən yuxarı benzin mühərrikli avtomobillərin aksiz vergisi 1.2 deyil, 1.5 əmsalı ilə hesablanacaq, gələn ildən dizel mühərrikli avtomobillər üçün isə əmsal 1.5-dən 2-yə qaldırılacaq. Bu dəyişiklik nəticəsində yaşı 7-dən çox olan avtomobillərin aksiz vergisi 25-33 faiz civarında artacaq.

Eyni zamanda, hibrid avtomobillər üçün tətbiq edilən güzəştlər də gələn ildən dayandırılacaq. Bu isə o deməkdir ki, yanvarın 1-dən etibarən hibrid və köhnə avtomobillərin idxal rüsumları artacaq, nəticədə avtomobil bazarında qiymət artımı qaçılmaz olacaq".

Ekspert həmçinin bildirib ki, bu dəyişikliklərin əsas məqsədi köhnə avtomobillərin ölkəyə gətirilməsinin qarşısını almaq, daha yeni və ekoloji təmiz avtomobillərin idxalını stimullaşdırmaqdır:

"Hökumət istəyir ki, 7 ildən çox istismar olunan avtomobillərin Azərbaycana gətirilməsi səngidilsin. Çünki bu avtomobillər artıq ekoloji baxımdan da, texniki cəhətdən də köhnədir. Yeni qaydalar daha çox kiçik mühərrikli, az yanacaq sərf edən, ekoloji təmiz, elektrik və hibrid avtomobillərin gətirilməsini təşviq edəcək".

Ekspert eyni zamanda vurğulayıb ki, bu dəyişikliklər avtomobil bazarında bir neçə istiqamətdə təsir göstərəcək:


Xəbərə aid fotolar

Türkiyənin 45 bölgəsində FETÖ əməliyyatı  178 nəfər saxlanıldı like
  • 07 Noy 09:35  
Digərləri Türkiyənin 45 bölgəsində FETÖ əməliyyatı 178 nəfər saxlanıldı

Son iki həftə ərzində aparılan əməliyyatlar nəticəsində 45 əyalətdə

arrow Ətraflı
Ələkbər Yasamallı ilk dəfə övladlarından danışdı like
  • 07 Noy 09:25  
Şou-biznes Ələkbər Yasamallı ilk dəfə övladlarından danışdı

Meyxanaçı Ələkbər Yasamallı ilk dəfə övladlarından danışıb.

arrow Ətraflı
Bu gün qısa iş günüdür like
  • 07 Noy 09:10  
Digərləri Bu gün qısa iş günüdür

Bu gün Azərbaycanda qısa iş günüdür.

arrow Ətraflı
Paltaryuyanı yalnız bu saatlarda işlədin like
  • 07 Noy 08:43  
Digərləri Paltaryuyanı yalnız bu saatlarda işlədin

Evdə paltar yumaq sadə iş kimi görünsə də, enerji sərfiyyatı baxımınd

arrow Ətraflı
100 üzərindən 99 bal aldı: Ən sağlam çay məlum oldu like
  • 07 Noy 08:21  
Digərləri 100 üzərindən 99 bal aldı: Ən sağlam çay məlum oldu

Dünyada sağlam həyat tərzi sürətlə yayılır və bir çoxları hansı ça

arrow Ətraflı
"Həyat yoldaşım sevmədiyi üçün bunu etmirəm" like
  • 07 Noy 08:08  
Şou-biznes "Həyat yoldaşım sevmədiyi üçün bunu etmirəm"

"Hələ əməliyyat düşünmürəm. Kosmetoloji prosedurlara gedirəm. Apa

arrow Ətraflı
Üzəri xırtxırt, içi yumşaq ləzzət: Hollandsayağı kartof qızartması like
  • 07 Noy 07:35  
Digərləri Üzəri xırtxırt, içi yumşaq ləzzət: Hollandsayağı kartof qızartması

Hollandiya mətbəxinin ən sevilən qəlyanaltılarından biri olan "Patat

arrow Ətraflı
Bu ədviyyatı pəhrizinizə əlavə edin – Şəkəri azaldır və ürəyi qoruyur like
  • 07 Noy 06:06  
Digərləri Bu ədviyyatı pəhrizinizə əlavə edin – Şəkəri azaldır və ürəyi qoruyur

Mütəxəssislər qeyd edir ki, darçın həm dadına, həm də sağlamlığa ol

arrow Ətraflı
Onları aldatmaq mümkünsüzdür  Ən ağıllı BÜRC like
  • 07 Noy 05:05  
Digərləri Onları aldatmaq mümkünsüzdür Ən ağıllı BÜRC

Astrologiyaya görə hər bürcün özünəməxsus bir zəka parıltısı var: D

arrow Ətraflı
1 qaşıq tökün və yatın – Səhər unitaz tərtəmiz olacaq like
  • 07 Noy 04:04  
Digərləri 1 qaşıq tökün və yatın – Səhər unitaz tərtəmiz olacaq

Tualet qabını parıldadacaq sadə, amma çox təsirli üsul sosial şəbəkəl

arrow Ətraflı
Gündə 5 saat yatmaq kifayət edir?  Alimlər açıqladı like
  • 07 Noy 03:03  
Digərləri Gündə 5 saat yatmaq kifayət edir? Alimlər açıqladı

Əgər siz saat 23:00-00:00 arası yatıb səhər 04:00-05:00-da özünüzdən a

arrow Ətraflı
İstifadə müddəti bitdikdən sonra yeməməli olduğunuz 6 qida like
  • 07 Noy 02:02  
Digərləri İstifadə müddəti bitdikdən sonra yeməməli olduğunuz 6 qida

Mütəxəssislər xəbərdarlıq edir ki, bəzi qidalar istifadə müddəti bitd

arrow Ətraflı
Moskvada qətl törədən azərbaycanlı qardaşlara hökm oxunub like
  • 07 Noy 01:04  
Digərləri Moskvada qətl törədən azərbaycanlı qardaşlara hökm oxunub

Moskvada qətl törədən Azərbaycan vətəndaşları - Şahin Abbasov 17 il, q

arrow Ətraflı
Cabir İmanovun məzarından FOTO paylaşıb bunları yazdı like
  • 07 Noy 01:03  
Şou-biznes Cabir İmanovun məzarından FOTO paylaşıb bunları yazdı

Əməkdar artist Xəyyam Nisanov bir müddət əvvəl dünyasını dəyişən Ə

arrow Ətraflı
Xalq artistinin qızının müğənni əri ilə romantik ANLARI like
  • 07 Noy 01:01  
Şou-biznes Xalq artistinin qızının müğənni əri ilə romantik ANLARI

Xalq artisti Mələkxanım Eyyubovanın dizayner və bloger qızı Nəzrin Nə

arrow Ətraflı