Davamlı stress xərçəng yaradır Təsdiqləndi
Digərləri 06 Noy 2025 20:00:00 54 0
Uzunmüddətli stress orqanizmin müdafiə sistemini zəiflədir və immun hüceyrələrin xərçəng ocaqlarını tanımaq qabiliyyətini azaldır.
Bu xəbəri də oxu: Tbilisidə azərbaycanlı gənclər döyüldü qadın saxlanıldı
Son.az xəbər verir ki, bunu Skandinaviya Sağlamlıq Mərkəzinin onkoloqu Sergey İvanov bildirib. Onun sözlərinə görə bu vəziyyət mikroskopik şişlərin sürətlə böyüməsinə şərait yaradır.
"Xroniki stress zamanı orqanizmdə kortizol hormonu davamlı şəkildə yüksək olur. Bu hormon T-hüceyrələrin və təbii killerlərin fəaliyyətini bloklayır. Həmin hüceyrələr infeksiyalara qarşı mübarizə aparmaqla yanaşı, bədəndə zədələnmiş və mutasiyaya uğramış hüceyrələri də məhv edir. Stress həftələrlə və ya aylarla davam etdikdə, bu müdafiə mexanizmi zəifləyir və nəticədə mikroskopik şişlər böyüməyə başlayır.
İvanov qeyd edib ki, stress hormonlarının çoxluğu bədəndə zəif səviyyəli iltihaba və xroniki yorğunluğa səbəb olur. Bu da immun sistemin işini daha da çətinləşdirir.
Onkoloq deyib ki, bu vəziyyətin qarşısını almaq üçün sinir sisteminin gərginliyini azaltmaq vacibdir. Bunun üçün gün ərzində qısa fasilələr vermək, təmiz havada gəzmək, yüngül fiziki fəaliyyətlə məşğul olmaq, nəfəs məşqləri etmək və balanslı qidalanmaq tövsiyə olunur. Xüsusilə D vitamini, maqnezium və zülalın orqanizmdə kifayət qədər olması sinir və immun sisteminin sabitliyinə kömək edir.
ABŞ-nin Nümayəndələr Palatasının sabiq spikeri Nensi Pelosi Konqresdəki
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviç Zəf�
Beyləqanda 15 yaşlı qız uşaq dünyaya gətirib.
Azərbaycan Milli İncəsənət Muzeyində noyabr ayı ərzində uşaqlar üçü
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) İdarə H
Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın ölkədən çıxışına qada�
COP29 və COP30 tədbirləri çərçivəsində 2025-ci ildə Belem şəhərinə
Vətən müharibəsinə həsr olunan "44" bədii filminin çəkilişl�
Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (IKI) Günəş
8 Noyabr - Zəfər Günü münasibətilə Daxili İşlər Nazirliyinin Daxili Qo
Elm və Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdir
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili və daha yeddi müxalifət
Tanınmış prodüser Təranə Səmədovanın cəzası azaldılıb.
