Yeməklərinizə 1 qaşıq qatın Soyuqdəymədən qoruyur: Tərkibində 3 vacib vitamin var
Digərləri 05 Noy 2025 07:08:00 105 0
Yeməklərə dad və ətir qatan ədviyyatlar eyni zamanda tərkibindəki vitamin və minerallarla da sağlamlıq baxımından önəmlidir.
Bu xəbəri də oxu: “Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
Son.az xəbər verir ki, qədimdən bəri süfrələrdə yer alan kəklikotu güclü təsirləri ilə alimlərin diqqətini çəkib. Yeni araşdırmalar bu ədviyyatın orqanizm üçün gözləniləndən daha çox fayda verdiyini göstərir.
Vaşinqtonda yerləşən Akreditə edilmiş Natüropatik Tibb Fakültələri Birliyinin məlumatına görə kəklikotunda olan qida maddələri bədəni xəstəliklərə qarşı daha dözümlü edir.
Kəklikotu A vitamini ilə görməni gücləndirir, B qrupu vitaminləri sayəsində stresslə mübarizəyə kömək edir. C vitamini ilə zəngin olması isə hüceyrələri infeksiyalardan qoruyaraq immun sistemini möhkəmləndirir.
Bu bitki təkcə vitaminlərlə deyil, həm də dəmir, manqan, kalsium və maqnezium kimi minerallarla zəngindir. Bu elementlər sümüklərin sağlam qalmasına və qan dövranının normal fəaliyyətinə dəstək verir.
Mütəxəssislər bildirirlər ki, davamlı kəklikotu istifadəsi bədənin müdafiə mexanizmini gücləndirərək soyuqdəymə, qrip və mövsümi xəstəliklərə qarşı təbii qoruma yaradır.
Cleveland Clinic tərəfindən yayımlanan məlumatlarda kəklikotunun tərkibində olan flavon adlı bitki mənşəli maddələrin bədəndə iltihabı azaltdığı və bunun da xərçəng riskini aşağı sala biləcəyi qeyd olunur.
Tədqiqatlar göstərir ki, xroniki iltihab yalnız xərçənglə deyil, həm də ürək, bağırsaq, sinir sistemi və autoimmun xəstəliklərlə əlaqəlidir.
Kəklikotu təkcə ədviyyat kimi deyil, həm də yağ formasında şəfa mənbəyi sayılır. Yağı "timol" adlı güclü birləşmə ehtiva edir.
Qədim Misirdə kəklikotundan mumiyalama zamanı istifadə olunurdu. Onun qoruyucu və təmizləyici xüsusiyyətləri sayəsində min illərdir həm tibbdə, həm də mətbəxdə öz yerini qoruyub.
Bu gün kəklikotu salatlardan ət yeməklərinə, çaylardan evdə hazırlanan souslara qədər geniş istifadə olunur. Mütəxəssislər bildirirlər ki, bir fincan kəklikotu çayı belə boğaz ağrısı və soyuqdəymə zamanı bədəni rahatlaşdırmağa kömək edə bilər.
İsmayıl Son.az
Müğənni Sahib İbrahimov Əməkdar artist Vasif Məhərrəmli ilə küsülü
Son illər aparılan elmi araşdırmalar sübut edir ki, gündəlik qidalanmada
Elm adamları bildirirlər ki, tam qaranlıqda yatmaq yalnız yaxşı yuxu üç�
Panik atak yaşayan bir çox insan bu vəziyyəti keçirdiyi an "ölürəm&
Yumurta çox vaxt sadə qida kimi qəbul edilsə də, əslində ən dəyərli v�
ABŞ-da aparılan yeni bir araşdırma beyin sağlamlığı üçün ən zərərl
Axşam yeməklərinin əvəzolunmaz tərəfi olan plov bəzən artıq qala bilə
Bağınızdan "alçaq ot" deyib çıxarıb atdığınız o bitki, Avro
ABŞ-də hökumətin fəaliyyətinin dayandırılması aviasiya sektoruna da cid
Sağlamlıq riskləri barədə məlumatlı olmaq və hansı əlamətlərə diqq�
Lənkəranda 60 yaşlı kişi əməliyyatdan sonra ölüb.
Müğənni Səidə Dadaşova ilə xalası Lalə Dadaşova arasındakı qalmaqal
Üç gün sonra Bakının Azadlıq Meydanında qələbəmizin 5 illiyinə həsr
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Müğənni Afət Fərmanqızı dəvət aldığı məclisə samalyotun gec gəlm�
