Azərbaycanlıların qışda ən çox yediyi yeməklə bağlı həkimdən xəbərdarlıq


Digərləri 04 Noy 2025 15:50:00 72 0

Azərbaycanlıların qışda ən çox yediyi yeməklə bağlı həkimdən xəbərdarlıq

Havanın soyuması ilə insanların qida seçimlərində də dəyişiklik müşahidə olunur. Xəngəl, qutab, düşbərə kimi xəmir və ətli yeməklərə tələbat artır, masalar daha kalorili və ağır qidalarla zənginləşir.

Bəs, bu qidaların insan orqanizmi üçün hansı təhlükələri var?

Mövzu ilə bağlı terapevt Günay Lətifova Son.az-a açıqlamasında bildirib ki, soyuq havalarda insanlar daha çox xəmir, yağlı və ətli yeməklərə üstünlük verirlər. 

G.Lətifovanın sözlərinə görə, qış aylarında yayla müqayisədə fiziki aktivlik azalır, yürüyüş və hərəkət imkanları məhdudlaşır. Qeyd edib ki, bu səbəbdən orqanizmi yükləyən ağır qidalar əksinə, sağlamlığa mənfi təsir göstərir.

Terapevt nəzərə çatdırıb ki, soyuq mövsümdə qida rasionunun mümkün qədər yüngülləşdirilməsi daha məqsədəuyğundur:

"Bədən hərəkətsiz qaldıqda maddələr mübadiləsi ləngiyir, yağların yığılması sürətlənir. Bu da kökəlməyə meyilliyi artırır, bağırsaq sistemində zəifləmə yaradır və digər təhlükəli problemlərə səbəb olur".

Bu aylarda bol maye qəbuluna, tərəvəz və yüngül yeməklərə üstünlük verilməli olduğunu vurğulayan mütəxəssis əlavə edib ki, yatmazdan ən azı 3-4 saat əvvəl qida qəbulunun dayandırılması vacibdir:

"Mədə gecə boyu işləmək məcburiyyətində qalmamalıdır. İnsan yatırsa, mədə də istirahət etməlidir ki, növbəti gün orqanizmi yormasın". Günay Lətifovanın fikrincə, sağlam həyat tərzinin qorunması üçün qışda daha çox diqqət tələb olunur: 

"Çünki qışda insanlar daha passiv olur, aktiv enerji sərf etmirlər. Bu səbəbdən rasionu yüngülləşdirmək həm bədən, həm də psixoloji rahatlıq üçün vacibdir".

Qida eksperti Fərid Səfərov Son.az-a açıqlamasında bildirib ki, soyuq havalarda ağır yeməklərə maraq artsa da, bu yeməklərin gigiyenik və qida tərkibi baxımından müəyyən riskləri nəzərə alınmalıdır.

Ekspert ilk növbədə xəngəldə istifadə olunan ətin keyfiyyətinə diqqət çəkib. Söyləyib ki, ətin mənşəyi və saxlanma şəraiti mütləq məlum olmalıdır:

"Əgər ət düzgün şəraitdə saxlanmayıbsa, xüsusilə soyuducu zəncir pozulubsa, bu, Salmonella, E. coli və Listeria kimi mikrobioloji risklərə səbəb ola bilər". Fərid Səfərovun sözlərinə görə, xəngəl çoxlu əl təması tələb etdiyindən gigiyenik şərait olduqca önəmlidir:  

"Xəmirin yoğrulması, kəsilməsi və qatlanması zamanı təmizlik qaydalarına əməl edilməlidir. Kütləvi şəkildə hazırlanıb, isti buxarda uzun müddət saxlanılan xəngəl bakteriyalar üçün ideal şərait yarada bilər. Buna görə də "təzə bişmiş" prinsipinə riayət edən məkanlara üstünlük verilməlidir".

Ekspert əlavə edib ki, xəngəl tərkibinə görə ağır yemək sayılır və həzm sistemi ilə bağlı problemləri olanlar üçün diqqətli istifadəsi vacibdir:  

"Karbohidrat, yağlı ət və bulyon qarışığı həzmi çətinləşdirə bilər. Xüsusilə qəbizlik, mədə yanması, öd problemi və ya qaraciyər yağlanması olan şəxslər axşam saatlarında bu yeməkdən çəkinməlidir".

Onun fikrincə, bəzi vərdişlər də bu yeməyi daha da təhlükəli edə bilər:  

"Xəngələ əlavə edilən yağ, qaymaq, qatıq kimi əlavələr kalori yükünü artırır. Üstəlik, yanında təqdim edilən turşu, ayran və qazlı içkilər mədə turşusunu yüksəldərək narahatlığa səbəb ola bilər".

Mina Mikayılova Son.az


Xəbərə aid fotolar

DİM tərəfindən imtahanların təşkili xərci 2 dəfədən çox artdı like
  • 04 Noy 15:48  
Digərləri DİM tərəfindən imtahanların təşkili xərci 2 dəfədən çox artdı

Dövlət İmtahan Mərkəzi (DİM) imtahanların təşkili üçün istifadə olu

arrow Ətraflı
Bu xəstəxanada həkimi evdən çağırmaq 100 manatdır  ŞİKAYƏT like
  • 04 Noy 15:40  
Digərləri Bu xəstəxanada həkimi evdən çağırmaq 100 manatdır ŞİKAYƏT

Bakıda yerləşən özəl xəstəxanalardan biri olan "Leyla Medical Cente

arrow Ətraflı
Ziraat Bank Azərbaycan “Yaşıl ASAN” ekoloji proqramına qoşulub like
  • 04 Noy 15:40  
Digərləri Ziraat Bank Azərbaycan “Yaşıl ASAN” ekoloji proqramına qoşulub

Daima korporativ sosial məsuliyyət layihələrinə və ekoloji təşəbbüslə

arrow Ətraflı
Zəfər Günü tariximizin şanlı səhifəsidir like
  • 04 Noy 15:38  
Digərləri Zəfər Günü tariximizin şanlı səhifəsidir

8 noyabr - Zəfər Günü Azərbaycanın dövlətçilik tarixinin parlaq səhif

arrow Ətraflı
Parada görə avtobusların hərəkətində dəyişiklik edildi  SİYAHI like
  • 04 Noy 15:34  
Digərləri Parada görə avtobusların hərəkətində dəyişiklik edildi SİYAHI

Bakıda keçiriləcək Zəfər Paradı ilə əlaqədar 5, 6 və 8 noyabr tarixl�

arrow Ətraflı
Saatlı rayonunda sahibkarlarla görüş keçirilib  FOTO like
  • 04 Noy 15:22  
Digərləri Saatlı rayonunda sahibkarlarla görüş keçirilib FOTO

Görüşdə sahibkarlarla dövlət dəstəyi alətlərindən istifadə olunmaqla

arrow Ətraflı
Ədliyyə Nazirliyi və KOBİA biznes assosiasiyalarla görüş keçirib  FOTO like
  • 04 Noy 15:12  
Digərləri Ədliyyə Nazirliyi və KOBİA biznes assosiasiyalarla görüş keçirib FOTO

Noyabrın 3-də Ədliyyə Nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Age

arrow Ətraflı
"Prius" sürücüsü ad gününə gedən qadını qarət etdi  Abşerondakı cinayətin TƏFƏRRÜATI like
  • 04 Noy 15:09  
Digərləri "Prius" sürücüsü ad gününə gedən qadını qarət etdi Abşerondakı cinayətin TƏFƏRRÜATI

Abşeronda ad gününə gedən xanım taksi sürücüsü tərəfindən qarət ed

arrow Ətraflı
Sabiq nazir efirdə bunu deyib kövrəldi, gözləri doldu like
  • 04 Noy 15:01  
Digərləri Sabiq nazir efirdə bunu deyib kövrəldi, gözləri doldu

1992-ci ildə ABŞ dövlət katibi Sayrus Vens Azərbaycana gəldi. Onu helikopt

arrow Ətraflı
Toy günü oğlan evinin döşəməsi ÇÖKDÜ like
  • 04 Noy 14:55  
Digərləri Toy günü oğlan evinin döşəməsi ÇÖKDÜ

Toy mərasimi zamanı gözlənilməz hadisə baş verib.

arrow Ətraflı
Tanımadığınız nömrələrdən gələn linkləri açmayın  XƏBƏRDARLIQ like
  • 04 Noy 14:50  
Digərləri Tanımadığınız nömrələrdən gələn linkləri açmayın XƏBƏRDARLIQ

Son günlər "WhatsApp" istifadəçilərinin hesablarına icazəsiz gi

arrow Ətraflı
Kamaləddin Qafarov: “Elm strateji əhəmiyyətə malik sahədir” like
  • 04 Noy 14:50  
Digərləri Kamaləddin Qafarov: “Elm strateji əhəmiyyətə malik sahədir”

"3 noyabr 2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik

arrow Ətraflı
Bəzi yerlərdə işıq olmayacaq like
  • 04 Noy 14:46  
Digərləri Bəzi yerlərdə işıq olmayacaq

Bu gün Maştağa ETSİ-nə daxil olan bir sıra ərazilərdə yenidənqurma və

arrow Ətraflı
Günəşdə güclü partlayış baş verdi like
  • 04 Noy 14:39  
Dünya Günəşdə güclü partlayış baş verdi

Noyabrın 4-də Günəşdə ikinci ən güclü sinfə aid olan M3.5 dərəcəli

arrow Ətraflı
"SOCARda hərcmərclik var idi"  Mikayıl Cabbarov like
  • 04 Noy 14:37  
Digərləri "SOCARda hərcmərclik var idi" Mikayıl Cabbarov

"SOCAR-da hərc-mərclik də, qeyri-səmərəlilik də var idi. Hansı arqu

arrow Ətraflı