Ehtiras və ahəng ritmində ilk beynəlxalq Baku Tango Marathon keçirilib FOTO
Kriminal 03 Noy 2025 20:15:00 86 0
Azərbaycan paytaxtında ilk dəfə Baku Tango Marathon keçirilib - bu möhtəşəm tədbir dünyadan argentinalı tango sevərlərini bir araya gətirib. Təsirli musiqi, hərəkət və duyğular Dreamland Golf Club-un füsunkar məkanında birləşib. Marafona 10-dan çox ölkədən iştirakçılar qatılıb - onların arasında Azərbaycan, Gürcüstan, Türkiyə, İtaliya, ABŞ və digər ölkələrin rəqqasları yer alıb. Rəqs bayramının ab-havası hələ tədbirdən bir gün öncə - Premium Park Hotel-də keçirilən enerjili pre-party milonga ilə başlayıb. Burada rəqqaslar ilk dəfə parketdə görüşərək böyük tango marafonunun ritmini hiss ediblər. Tədbirin təşkilatçısı, Bakının ilk argentinalı tango məktəbi olan IN Tango-dur. Layihənin məqsədi şəhərin mədəni inkişafını dəstəkləmək, beynəlxalq əlaqələri genişləndirmək və Azərbaycanın adını dünya tango xəritəsində daha da tanıtmaqdır. Üç gün ərzində qonaqlar ehtiras və improvizasiya ilə dolu gündüz və axşam milonqalarda - ənənəvi tango gecələrində iştirak ediblər. Musiqi ab-havasını Türkiyə, Gürcüstan, Argentina və Azərbaycandan gələn tango DJ-ləri yaradıb, hər anı isə türkiyəli fotoqraf Altuğ Güvendiren lentə alıb.
Bu xəbəri də oxu: "Art Weekend" festivalı çərçivəsində Rəssamlıq Akademiyasında açıq qapı günləri keçirilib FOTO
Bu marafon təkcə rəqs tədbiri deyil, həm də mədəni hadisə kimi dəyərləndirilir. O, Azərbaycanda sosial rəqslərə artan marağı vurğulayıb və mədəni turizmin, beynəlxalq dialoqun inkişafına yeni perspektivlər açıb. Baku Tango Marathon bir daha göstərdi ki, Bakı dünya rəqs sənətinin xəritəsində getdikcə daha önəmli yer tutur. Təşkilatçılar artıq Baku Tango Marathon 2026-nın keçiriləcəyini təsdiqləyiblər. Gələn il daha çox iştirakçı və ölkə gözlənilir, tədbirin yüksək səviyyəsi və rahat formatı isə qorunacaq. Yeni marafonun tarixləri rəsmi platformalarda əlavə olaraq açıqlanacaq. İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az, Azernews.Az
Türkiyədə vəfat edən azərbaycanlı həkim Fərqanə Abbasovanın nəşi Az
Türkiyənin Bursa şəhərinin Yıldırım rayonunda Rusiya vətəndaşı olan
Müğənni Çinarə Məlikzadə keçmiş həyat yoldaşı, aktyor Əlibəy Məmm
Çoxları qırmızı ətin bişərkən sərtləşməsindən şikayətlənir.
Beynəlxalq Muğam Mərkəzində "Muğamat axşamı" konserti keçiril
Daşkəsən rayonunda 20 yaşlı gənc marketdə iş yoldaşını qətlə yetiri
Xəbər verdiyimiz kimi, Bakı-Qazax avtomagistralının Göygöl rayonu ərazis
Tanınmış xanəndə və idmançı Pərviz Qasımov toyda muğam oxuduğu və m
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı yeni layihəyə star
"Yaprak Dökümü"nün Ali Rza bəyi Halil Ergün illər sonra final
Ukrayna Silahlı Qüvvələrinin Desant-Hücum Qoşunlarının 7-ci Operativ Rea
Sərfəli mobil operator "Nar"ın "Çoox Şanslı" lotereyas
ABŞ Prezidenti Donald Tramp Kremlin və Çin rəhbərlərini "sərt və a�
Bakı sensasiya dalınca düşmür. Dövlət "ov" aparmır. Onu maraql
