Monqolustandan sonra indi də Brazilyadan mal əti gətirilir Yerli fermerlər iflas edə bilər
Digərləri 03 Noy 2025 12:44:00 77 0
Son aylarda Azərbaycana idxal edilən ətlərin qiyməti yerli istehsal olunan ət məhsullarına nisbətən daha ucuzdur. Bu səbəbdən də xaricdən gətirilən ətlərə olan maraq və tələbat nəzərəçarpacaq dərəcədə artıb. Hazırda mağaza və bazarların əksəriyyətində əsasən Monqolustan və Braziliyadan gətirilmiş ətlər satılır.
Bu xəbəri də oxu: 4 gün partlayış səsləri gələcək Təşvişə düşməyin!
Son.az xəbər verir ki, rəsmi məlumatlara əsasən, ötən il ölkəyə idxal olunan ətin miqdarı əvvəlki illə müqayisədə 41 faiz artıb. Bu isə idxal məhsullarına olan marağın artdığını göstərir.
Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən bildirib ki, istər idxal, istərsə də yerli istehsal olan bütün qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir.
Qurumun açıqlamasında qeyd edilib ki, xaricdən gətirilən diri heyvanlar, eləcə də ət və ət məhsulları mütləq şəkildə qida təhlükəsizliyi yoxlamalarından keçir. İxracatçı ölkələrdəki epizootik vəziyyət nəzərə alınmaqla, məhsulların ölkəyə gətirilməsinə yalnız müvafiq icazə verildikdən sonra imkan yaradılır.
Yüklər Azərbaycana daxil olduqdan sonra Agentliyin regional əməkdaşları tərəfindən baxış keçirilir, nümunələr götürülərək laborator müayinəyə göndərilir. Analiz nəticələri təhlükəsizlik tələblərinə uyğun olduğu halda məhsullar satışa buraxılır.
Bildirilib ki, bu cür məhsulların daşınması, saxlanması və satışı zamanı etiketləmə, saxlama şəraiti və temperatur rejimi kimi qaydalara riayət edilməlidir. İstehlakçılara da məhsul alarkən satıcıdan müvafiq sənədləri tələb etmələri tövsiyə olunur.
Xəbər verdiyimiz kimi, son zamanlara qədər Ramiz Mehdiyevin köməkçisi ola
Bakıda fəaliyyət göstərən "Bahar Store" mağazası sosial şəb�
Bu payız Vaşinqtonun Mərkəzi Asiyada yenidən liderlik iddiasını irəli s�
Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının üzvlərindən biri
Müğənni Aysun İsmayılova anası, tanınmış ifaçı Rəqsanə İsmayılova
Bakıda və Abşeron yarımadasında noyabrın 4-ü səhərdən 5-i gündüzəd�
Xəbər verdiyimiz kimi, həyat yoldaşının saçını qırxıb,ona əzab verm�
Bakıda iki avtobusun toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi
Bakı Ticarət Mərkəzi nizamnamə kapitalını kəskin azaldır.
Ramiz Mehdiyevin keçmiş köməkçisi Eldar Əmirov da həbs edilib.
Qaradağ Rayon İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Xidmətinin
Dünya artıq tankların gurultusu və piyadaların qışqırığı ilə ölçü
"Elgizlə izlə" verilişində istedadlı insanların bacarıqların�
Noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə
