Tural Sultanovun taleyi müəmmalıdır “Kamera görüntülərini bizdən gizlədirlər”


Digərləri 03 Noy 2025 10:55:00 77 0

Tural Sultanovun taleyi müəmmalıdır  “Kamera görüntülərini bizdən gizlədirlər”

Bakıda özəl klinikaların birində və xarici şirkətə məxsus gəmidə həkim kimi fəaliyyət göstərən Tural Sultanovdan təxminən 37 gündür xəbər yoxdur.

Son.az xəbər verir ki, bu barədə Baku TV-yə onun valideynləri məlumat veriblər. Bildiriblər ki, övladlarından sentyabrın 27-dən bəri məlumat ala bilmirlər.

Anası Aygün Sultanovanın sözlərinə görə, oğlu iyulun sonu işə gedib və avqustun axırı geri dönməli idi: "Bir ay işdə, bir ay evdə olurdu. Zəng etdi ki, əvəzedici həkimi başqa yerə göndərirlər və onun yerinə də işə çıxıb. Ona görə də sentyabrda gələcək. Avqustun 17-si gəmi heyəti onun ad gününü - 33 yaşını qeyd eləmişdi. Hər şey normal idi. Sentyabrda danışanda dedi ki, yəqin ki, oktyabrda gələcəyəm, bir də uzadıldı. Sentyabrın 27-si klinikadan zəng elədilər ki, belə bir hadisə baş verib, Tural dənizə düşüb..."

O qeyd edib ki, oğlu ilk dəfə idi bu qədər uzun müddət dənizdə qalırdı: "Əslində kimisə dənizdə 45 gündən artıq saxlamağa ixtiyarları yoxdur. Mən günahı həm klinika, həm şirkətdə görürəm ki, uşağımı bu qədər orada saxlayıblar. Uşağımın axtarışında heç bir nəticə yoxdur. Əvvəlki günlər, yəqin ki, axtarıblar, amma sonradan heç bir axtarış aparılmayıb.

İstəyirik ki, qaranlıq məqamların üstü açılsın. O özünə qıyan adam deyildi. Ev almışdı, mətbəx mebeli yığdırırdı, behini də vermişdi. Gələndə öz evinə girəcəkdi, heç öz evinə girmədi..."

Atası Hüseynağa Sultanov isə bildirib ki, övladları ilə bağlı gəmi heyəti və klinika təzadlı məlumatlar verir: "Gəminin kapitanı ilə danışmışam, deyib ki, oktyabrın 26-sı klinika ilə nəsə söhbəti olub, sonra bu hadisə baş verib. İndiki dövrdə nə olan qurğudur ki, telefonun parolunu sındıra bilmirlər?! Tural 6 ildir işləyir, adamları tanıyır. Klinikanın direktoru isə deyir ki, 72 saat ərzində axtarış aparılır, sonra dayandırılır. Biz şirkətə gedib görüşdük, dediklərinə görə, helikopter, kiçik qayıqlarla axtarış aparılıb.

Bu, böyük klinikanın müqaviləsi əsasında işləyən böyük gəmidir. 62 metr uzunluğu var. Dərd orasındadır ki, bu, xilasetmə gəmisidir. Necə olur ki, xilasetmə gəmisindən bunların gözü qarşısında dənizə düşür, çıxara bilmirlər?.. Biz valideyn olaraq neyləməliyik?

Bunların dediklərinə görə, Turalın hərəkətlərində nəsə dəyişiklik olub, hadisə baş verib. Lap tutaq ki, intihar edib. Təsəvvür edin, adam ayaqqabısını çıxarır, telefonunu qoyur ora, tullanır. Elə olur məgər?"

Valideynlər həmçinin bildirirlər ki, gəminin içərisindəki kamera görüntüləri onlara verilmir.

Bu cümə qısaldılmış iş günü olacaq like
  • 03 Noy 10:45  
Digərləri Bu cümə qısaldılmış iş günü olacaq

Zəfər Günü münasibətilə ardıcıl 4 gün iş olmayacaq.

arrow Ətraflı
Binəqədi yolundakı təmir işləri 5ci aya keçdi like
  • 03 Noy 10:35  
Digərləri Binəqədi yolundakı təmir işləri 5ci aya keçdi

Binəqədi rayonu, Binəqədi şosesindəki təmir işləri 5 aydır ki, yekunla

arrow Ətraflı
ABŞin dövlət borcu 38 trilyon dolları keçdi like
  • 03 Noy 10:33  
Dünya ABŞin dövlət borcu 38 trilyon dolları keçdi

Bu ilin 2 avqustunda rekord həddə - 37 trilyon dollar səviyyəsinə çatan AB

arrow Ətraflı
Monqolustan əti niyə 12 manatdır?  SƏBƏBİ BİLİNDİ like
  • 03 Noy 10:26  
Digərləri Monqolustan əti niyə 12 manatdır? SƏBƏBİ BİLİNDİ

Son günlər Azərbaycanın bazarını bürüyən Monqolustandan gətirilən qoy

arrow Ətraflı
Rusiyada güclü zəlzələ oldu like
  • 03 Noy 10:16  
Digərləri Rusiyada güclü zəlzələ oldu

Rusiyanın Kamçatka yarımadasında 5,6 bal gücündə zəlzələ qeydə alın�

arrow Ətraflı
20 Yanvar dairəsində yenilik  Dayanan cərimə olunacaq like
  • 03 Noy 10:14  
Digərləri 20 Yanvar dairəsində yenilik Dayanan cərimə olunacaq

Nəqliyyat vasitələrinin sıx hərəkət etdiyi 20 Yanvar dairəsinin Yasamal

arrow Ətraflı
ABŞdan mühüm addım  Müharibə hazırlığı başladı like
  • 03 Noy 10:10  
Dünya ABŞdan mühüm addım Müharibə hazırlığı başladı

ABŞ ordusu Karib dənizində uzun illər tərk edilmiş keçmiş Soyuq Müharib

arrow Ətraflı
4 gün partlayış səsləri gələcək  Təşvişə düşməyin! like
  • 03 Noy 10:07  
Digərləri 4 gün partlayış səsləri gələcək Təşvişə düşməyin!

Pirəkəşkül və Ağdərədə köhnə döyüş sursatları məhv ediləcək.

arrow Ətraflı
Azərbaycanda ən çox bazar payına malik sosial şəbəkələr  SİYAHI like
  • 03 Noy 10:05  
Digərləri Azərbaycanda ən çox bazar payına malik sosial şəbəkələr SİYAHI

Bu ilin oktyabr ayında Azərbaycan istifadəçilərinin "İnstagram"

arrow Ətraflı
"Komedixana"nın aktyorlarının bu səhnəsi MÜZAKİRƏ YARATDI like
  • 03 Noy 10:00  
Şou-biznes "Komedixana"nın aktyorlarının bu səhnəsi MÜZAKİRƏ YARATDI

"Komedixana"nın baş tutan növbəti buraxılışında maraqlı anlar

arrow Ətraflı
AMEAda yeni təyinat like
  • 03 Noy 09:51  
Digərləri AMEAda yeni təyinat

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti

arrow Ətraflı
Oğurladığı pulla xaricə istirahətə gedən şəxs tutulub like
  • 03 Noy 09:46  
Digərləri Oğurladığı pulla xaricə istirahətə gedən şəxs tutulub

Qax rayonununda yerləşən iki evdən oğurluq edilib. Axşam saatlarında evl�

arrow Ətraflı
Kirayə evlər bahalaşacaq like
  • 03 Noy 09:45  
Digərləri Kirayə evlər bahalaşacaq

Azərbaycanda kirayə bazarında yeni dövr başlayır. 2026-cı il dövlət bü

arrow Ətraflı
Kim sizə zəng edib belə desə 102yə yığın!  XƏBƏRDARLIQ like
  • 03 Noy 09:32  
Kriminal Kim sizə zəng edib belə desə 102yə yığın! XƏBƏRDARLIQ

Nazirliyin məlumatında bildirilir ki, texnologiyanın inkişafı ilə dələdu

arrow Ətraflı