Kitablarla sağalmaq mümkündürmü?


Digərləri 02 Noy 2025 13:47:00 95 0

Kitablarla sağalmaq mümkündürmü?

İnsan ruhu zaman-zaman qaranlığa bürünür. Daxili boşluqlar, keçmişin ağrıları, gələcək narahatlıqları və həyatın amansız ritmi psixoloji tarazlığı pozur. Belə anlarda bəzi insanlar musiqiyə, bəziləri təbiətə, bəziləri isə kitablara sığınır. Bəs kitablar sadəcə əyləncə və ya məlumat mənbəyi deyil, eyni zamanda bir "şəfa vasitəsi" ola bilərmi?

Bu sual bizi ədəbiyyat terapiyası adlı unikal və getdikcə daha çox diqqət qazanan bir sahəyə aparır.

Ədəbiyyat terapiyası - insanın emosional və psixoloji problemlərini müalicə etmək məqsədilə ədəbiyyatdan istifadə olunan bir terapiya növüdür. Burada məqsəd insanların kitablar vasitəsilə öz hislərini tanıması, anlaması və ifadə etməsidir. Bu terapiya fərdi və ya qrup şəklində aparıla bilər. Peşəkar psixoterapevt və ya biblio-terapevt tərəfindən yönləndirilir.

Kitablar insanın daxili dünyasına pəncərə açır. Onlar yaşanmış və yaşana biləcək hislərin, mübarizələrin, itkilərin, sevinclərin daşıyıcılarıdır. Bir romandakı qəhrəman bəzən bizim yaşadığımız ağrını, qorxunu, həsrəti yaşayır və bu zaman biz tək olmadığımızı anlayırıq. Empatiya qururuq, anlayırıq, qəbul edirik.

Oxucu personajlarla emosional bağ quraraq özünü dünyada tək hiss etmir. Nəticədə tənhalıq duyğusu azalır. Bəzən kitabdakı bir dialoq və ya təsvir insanın öz duyğularını anlamağa səbəb olur. Bunun nəticəsində isə insan özünü anlamağa başlayır. Daha sonra duyğuların emalı prosesi başlayır: Hiss edilən, lakin izah edilə bilməyən duyğular kitab vasitəsilə "şifrələnir". Xoş sonluq və ya qəhrəmanın inkişafı oxucuda ümid yaradır.

Ədəbiyyat terapiyasının yalnız oxumaqla deyil, yazmaqla da əlaqəli olması onun gücünü artırır. İnsan öz düşüncələrini, xatirələrini, xəyallarını kağıza tökdükcə onları daha obyektiv görməyə başlayır. Bu, həm bir növ "ruhi rahatlanma", həm də daxili səsin tanınması prosesidir. Necə deyərlər, əgər içindəki hekayəni danışmasan, o, səni susduracaq.

Ədəbiyyatşünas Mətanət Vahid deyir ki, illər öncə "Ədəbiyyat - alternativ dünyadır" yazarkən, əsasən, özünün və çevrəsindəki insanların təcrübəsindən çıxış etmişdi: "Bütün susduqlarını bədii mətnlərdə tapmaq, onlarla dialoqa girmək, həmsöhbət olmaq ayrı dünya gerçəklərinə sığınmaq deməkdir. Bəli, bu mənada, ümumiyyətlə sənət, o cümlədən ədəbiyyat terapiyadır. Burada məsələ bədii mətndə nəyi aradığından və necə oxumaqdan çox asılıdır: kitabda sadəcə yeni informasiya və ya öz oturuşmuş fikirlərinin təsdiqini arayırsan? Yoxsa qarşında sənə tanış olmayan, tamamilə yeni suallara veriləcək cavablara hazırsan? Fikir versək, yaxşı oxucular əksər hallarda özləri də sonradan yazmağa meyillənirlər - üzə çıxarsalar da, çıxarmasalar da. Yazıçı üçün yazmaq, ilk növbədə, mənəvi ehtiyacını təmin etməkdir, yaxşı oxucu üçün də mütaliə ehtiyacdır - mənəvi doymaqdır. Musiqi dinləmək, film izləmək, rəsmlərə, heykəllərə baxmaq, bədii ədəbiyyat oxumaq - hamısı ruhun ehtiyacıdır, dolayısı ilə terapiyadır. Burada bir möcüzə-filan aramağa gərək yoxdur. Psixologiyada "biblioterapiya" sahəsinə görə, terapevtlər müəyyən vəziyyətlərdə çətin suallara cavab tapmaq, doğru qərar vermək məqsədilə pasiyentə konkret əsərlər oxumağı tövsiyə edirlər. Onsuz da psixologiya insanı dəyişmir, özünə tanış olmayan tərəflərini özünə tanıtmağa dəstək olur - biblioterapiya da bu dəstəyin vasitələrindən biridir".

Şair, "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs də ədəbiyyat terapiyasına inanır: "Dünyada ən çox oxunan 10 kitabın siyahısına rast gəlmişdim. Ürəyim ağrımışdı. Ən çox oxunan kitabların siyahısında birinci yerdə "Qurani-Kərim" idi. Çox təəssüf hissi ilə bildirmək istəyirəm ki, qalan doqquz kitab da bədii ədəbiyyat deyildi. Onlar arasında bədii ədəbiyyata bir az yaxın olan ancaq Freydin bir kitabı vardı. Qalanları əsasən siyasi, dini, iqtisadi ədəbiyyat idi. Ədəbiyyatdan danışanda bizə elə gəlir ki, insan birinci poeziyaya, prozaya köklənməldir. Halbuki ədəbiyyat palitra etibarı ilə çoxşaxəlidir. Texniki, iqtisadi, siyasi, tibbi və s. ədəbiyyat da var axı. Amma terapiya üçün düşünürəm ki, ilk onluqda olmayan bədii ədəbiyyat başda gəlməlidir. Yəni heç bir kimyagərin dərmanla sağalda bilmədiyi bir xəstəliyi çox asanlıqla, bir sözlə, bir fikirlə sağaltmaq olar. Məsələn, Çarlz Bukovski deyirdi ki, dostsansa yanımda, düşmənsənsə qarşımda, ortada fırlanacaqsansa, məndən kənarda dur. Çox kiçik bir deyimdə fizika da, metafizika da, siyasət də, iqtisadiyyat da, elə sizin axtardığınız terapiya da var".

Ədəbiyyat ruhun dilidir. Psixoloji yaraların sağalması üçün bəzən nə dərman, nə də məsləhət yetərli olur. İnsan sadəcə anlaşılmasını və hislərinə güzgü tutulmasını istəyir. Ədəbiyyat da bunu edir - səssiz, lakin çox dərin bir şəkildə.

Ədəbiyyat terapiyası bizə göstərir ki, kitablar sadəcə kağız və mürəkkəb deyil, bir növ psixoloji güzgüdür. Onlar bizi bizə qaytarır, parçalanmış duyğuları birləşdirir və bəzən heç kimin bacarmadığı şəkildə sağaldır./ "Kaspi" qəzeti

Salyanda “Haval” markalı minik avtomobili yanıb like
  • 02 Noy 13:29  
Digərləri Salyanda “Haval” markalı minik avtomobili yanıb

Salyan rayonunda (Ələt-Astara avtomobil yolunun 33-cü kilometrliyi) "Hav

arrow Ətraflı
“Türkiyə, Azərbaycan və Ermənistan eyni istiqamətə yönəlir”  Tom Barrack like
  • 02 Noy 13:26  
Siyasət “Türkiyə, Azərbaycan və Ermənistan eyni istiqamətə yönəlir” Tom Barrack

"Türkiyə, Azərbaycan və Ermənistan eyni istiqamətə yönəlir".

arrow Ətraflı
Dünya tarixində “ən bahalı məzuniyyət”  7 milyonu götürüb aradan çıxdı like
  • 02 Noy 13:10  
Dünya Dünya tarixində “ən bahalı məzuniyyət” 7 milyonu götürüb aradan çıxdı

Zavod səhvən fəhlənin hesabına 7 milyon köçürdü – işçi nömrəsini

arrow Ətraflı
Türkiyədə zəlzələ oldu like
  • 02 Noy 12:44  
Digərləri Türkiyədə zəlzələ oldu

Türkiyənin Kütahya bölgəsində zəlzələ olub.

arrow Ətraflı
Sabah Bakıda yağış yağacaq like
  • 02 Noy 12:32  
Digərləri Sabah Bakıda yağış yağacaq

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağ�

arrow Ətraflı
Temu istifadəçilərinə pis xəbər like
  • 02 Noy 12:28  
Digərləri Temu istifadəçilərinə pis xəbər

Temu bir müddətdir ki, endirim kartlarını ləğv edib.

arrow Ətraflı
“Bakıya Uçuş. İncəsənət Həftəsonu. Gələcəyi İNDİ Duy” layihəsi çərçivəsində “Axın halı” adlı incəsənət sərgisi açılıb  FOTO like
  • 02 Noy 12:20  
Digərləri

Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin təşkilatçılığı, Azərb

arrow Ətraflı
Qaradağ icrada başçının köməkçisi və digər vəzifəli şəxslər də saxlanılıb  ADLAR like
  • 02 Noy 12:13  
Digərləri Qaradağ icrada başçının köməkçisi və digər vəzifəli şəxslər də saxlanılıb ADLAR

Ötən gün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəs

arrow Ətraflı
Kürdəmirdə mikroavtobus heyvan sürüsünə çırpılıb, 10 baş qoyun tələf olub like
  • 02 Noy 11:46  
Digərləri Kürdəmirdə mikroavtobus heyvan sürüsünə çırpılıb, 10 baş qoyun tələf olub

Kürdəmirdə sərnişin daşıyan mikroavtobus xırdabuynuzlu heyvan sürüsün

arrow Ətraflı
İlk insanların mənşəyi məlum oldu – Yeni tədqiqat like
  • 02 Noy 11:43  
Digərləri İlk insanların mənşəyi məlum oldu – Yeni tədqiqat

Beynəlxalq antropoloqlar qrupu ilk insanların köç yolları ilə bağlı əh�

arrow Ətraflı
Çin avtomobillərinin bazardakı "liderlik"dövrü bitir like
  • 02 Noy 11:40  
Digərləri Çin avtomobillərinin bazardakı "liderlik"dövrü bitir

Çin avtomobillərinə tələbat kəskin azalacaq. Belə ki, hibrid avtomobillə

arrow Ətraflı
Bəhram Bağırzadə bu FOTOnu paylaşıb izləyicilərinə sərt xəbərdarlıq etdi like
  • 02 Noy 11:25  
Şou-biznes Bəhram Bağırzadə bu FOTOnu paylaşıb izləyicilərinə sərt xəbərdarlıq etdi

Əməkdar artist Bəhram Bağırzadə sosial media səhifəsində mənfi enerji

arrow Ətraflı
ADA İbtidai Məktəbində xeyriyyə məqsədli Payız festivalı – Məhsul bayramı keçirilib  FOTO like
  • 02 Noy 11:11  
Digərləri ADA İbtidai Məktəbində xeyriyyə məqsədli Payız festivalı – Məhsul bayramı keçirilib FOTO

ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA İbtidai Məktəbind�

arrow Ətraflı