Ermənistan vətəndaşlarının məhkəmə istintaqı başa çatıb


Siyasət 31 Okt 2025 20:38:00 61 0

Ermənistan vətəndaşlarının məhkəmə istintaqı başa çatıb

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası oktyabrın 31-də davam etdirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Əvvəlcə təqsirləndirilən Levon Mnatsakanyanın müdafiəçisi Oqtay Mədətov məhkəməyə müraciət edərək, fasilə zamanı müvəkkili ilə görüşmək istədiyini deyib.

Hakim fasilədə bunun üçün şərait yaradılacağını bildirib.

Sonra təqsirləndirilən David Manukyan vəsatət verərək ittiham olunduğu cinayətlərlə bağlı bəzi xüsusatlarla razılaşmadığını deyib. Təqsirləndirilən şəxs cinayətkar birliyin yaradılması ilə bağlı ittihamın cinayət işinin ona aid olan epizodlarından çıxarılmasını, habelə onun barəsində olan cinayət işinin ayrıca icraata ayrılmasını xahiş edib.

David Manukyanın müdafiəçisi təqsirləndirilənin vəsatətini müdafiə etdiyini söyləyib.

Vəsatətə münasibət bildirən dövlət ittihamçısı Fuad Musayev deyib ki, hazırda sübutların qiymətləndirilməsi mərhələsi deyil. Müdafiə tərəfinin qeyd etdiyi hal isə sübutların qiymətləndirilməsi mərhələsinə aiddir.

İttiham tərəfi qeyd olunan xüsusata məhkəmə istintaqı yekunlaşdıqdan sonra, çıxışlar zamanı fikir bildirəcəyini deyib. Eyni zamanda, dövlət ittihamını müdafiə edən prokuror məhkəmə tərəfindən sübutlara müşavirə otağında hüquqi qiymət verəcəyini də xatırladıb.

Məhkəmə zərərçəkmiş şəxslərin nümayəndələrini də dinlədikdən sonra qərar qəbul edib. Qərara əsasən vəsatət əsassız olduğu üçün təmin edilməyib.

Sonra Madat Babayanın müdafiəçisi Leyla Namazzadə vəsatətlə çıxış edərək hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamdan bəzi epizodların çıxarılmasını xahiş edib.

Təqsirləndirilən Madat Babayan müdafiəçisi tərəfindən verilən vəsatətlə razı olduğunu bildirib.

Dövlət ittihamçısı Təranə Məmmədova vəsatətdə qeyd olunan halların prosesin hazırkı mərhələsinin predmetinin olmadığını xatırladaraq diqqətə çatdırıb ki, məhkəmə bunu müşavirə otağında qiymətləndirir.

Məhkəmə vəsatətdə qeyd olunan hallara müşavirə otağında baxılaraq qiymətləndiriləcəyini bildirib və vəsatəti baxılmamış saxlayıb.

Təqsirləndirilən Bako Sahakyan isə ötən iclasda təqdim etdiyi sübutların tədqiqi ilə bağlı müdafiəçisinin suallarını cavablandırıb.

Bundan sonra Levon Mnatsakanyanın müdafiəçisi təqsirləndirilən şəxslə görüşərkən hüquqlarını müdafiə etdiyi şəxsin cinayət işinə əlavə olunması üçün ona şəxsi arxivindən bir neçə sənəd verdiyini bildirib və onları məhkəməyə təqdim edib.

Təqsirləndirilən Levon Balayanın vəkili Saqi Məmmədov da hüquqlarını müdafiə etdiyi şəxslə konfidensial görüşmək istədiyini deyib.

Hakim Zeynal Ağayev fasilədə onlara şərait yaradılacağını bildirib.

Məhkəmə iclasının sonunda iclasa sədrlik edən məhkəmə istintaqının yekunlaşdırılması ilə bağlı tərəflərin fikirlərini öyrənib.

Tərəflər məhkəmə istintaqının yekunlaşdırılmasına etiraz etməyiblər.

Baş Prokurorun böyük köməkçisi Vüsal Əliyev ittiham tərəfinin məhkəmə baxışı zamanı təqdim olunan sübutlarla kifayətləndiyini bildirib.

Məhkəmə iclasına sədrlik edən məhkəmə istintaqının yekunlaşdığını elan edib və çıxışlar zamanı tərəflərin yalnız məhkəmə istintaqında tədqiq olunan sübutlara istinad edə biləcəyini bir daha proses iştirakçılarının diqqətinə çatdırıb.

Bundan sonra dövlət ittihamını müdafiə edən prokurorlar çıxış üçün noyabrın 3-dək vaxt verilməsini məhkəmədən xahiş ediblər.

Növbəti iclasda tərəflərin çıxışlarına başlanılması qərara alınıb.

Məhkəmə prosesi noyabrın 3-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar. Son.az 

Qadınlarda bu yaşdan sonra ürək problemləri başlayır  Səbəb like
  • 31 Okt 20:13  
Digərləri Qadınlarda bu yaşdan sonra ürək problemləri başlayır Səbəb

Alimlər qadınlarda yaş artdıqca ürək xəstəliklərinin yaranma səbəbini

arrow Ətraflı
Azərbaycanla kommunikasiyaların açılması üzrə Komissiyanın tərkibini təsdiqləndi like
  • 31 Okt 19:58  
Digərləri Azərbaycanla kommunikasiyaların açılması üzrə Komissiyanın tərkibini təsdiqləndi

Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında kommunikasiya

arrow Ətraflı
Bu şəxslər hərbi biletə görə cərimələnir like
  • 31 Okt 19:48  
Digərləri Bu şəxslər hərbi biletə görə cərimələnir

Hərbi qeydiyyat sənədlərinin qorunması və düzgün saxlanılması hər bir

arrow Ətraflı
Paltaryuyan maşındakı sadə tənzimləmə enerji sərfini azaldır – Qəbz yarıbayarı düşür like
  • 31 Okt 19:35  
Digərləri Paltaryuyan maşındakı sadə tənzimləmə enerji sərfini azaldır – Qəbz yarıbayarı düşür

Enerji mütəxəssisləri bildiriblər ki, evdə ən çox elektrik sərf edən i

arrow Ətraflı
"Kızılcık şerbeti"ndə gözlənilməz ayrılıq  baş rol ifaçısı gedir like
  • 31 Okt 19:21  
Şou-biznes "Kızılcık şerbeti"ndə gözlənilməz ayrılıq baş rol ifaçısı gedir

Show TV-nin sevilən serialı "Kızılcık Şerbeti""ndə dörd m

arrow Ətraflı
Yaşar Salahova vəzifə verildi like
  • 31 Okt 19:13  
Digərləri Yaşar Salahova vəzifə verildi

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyində kadr təyinatı olu

arrow Ətraflı
İslam Rzayev bu cinayətlərdə ittiham olunur  Qərar verildi like
  • 31 Okt 19:08  
Digərləri İslam Rzayev bu cinayətlərdə ittiham olunur Qərar verildi

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əm�

arrow Ətraflı
"Bir ailəyə 8500 manat yardım etmişəm" like
  • 31 Okt 19:00  
Şou-biznes "Bir ailəyə 8500 manat yardım etmişəm"

Müğənni Bahar Lətifqızı açıqlaması ilə diqqət çəib.

arrow Ətraflı
"Hürriyyət"in baş redaktoru Vüqar Məmmədov həbs olundu like
  • 31 Okt 18:50  
Digərləri "Hürriyyət"in baş redaktoru Vüqar Məmmədov həbs olundu

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) "Hürriyyət" qəzeti və

arrow Ətraflı
“Sushi Club”da nöqsanlar aşkarlandı like
  • 31 Okt 18:28  
Digərləri “Sushi Club”da nöqsanlar aşkarlandı

Bakı şəhəri Səbail rayonu, Z.Tağıyev küçəsi ev 16/18 ünvanında yerl�

arrow Ətraflı
Vəfa Allahverdiyeva ilə bağlı qərar verildi like
  • 31 Okt 18:13  
Digərləri Vəfa Allahverdiyeva ilə bağlı qərar verildi

Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Vəfa Allahve

arrow Ətraflı
İdman geyimində muğam oxuyan xanəndəni qınadı like
  • 31 Okt 18:00  
Şou-biznes İdman geyimində muğam oxuyan xanəndəni qınadı

Əməkdar artist Babək Niftəliyev xanəndələrin geyim tərzindən danışıb

arrow Ətraflı
Bakcellin meqa lotereyasında daha bir avtomobil qalibi məlum oldu! like
  • 31 Okt 17:45  
Digərləri Bakcellin meqa lotereyasında daha bir avtomobil qalibi məlum oldu!

Bakcell-in meqa lotereyasında daha bir avtomobil qalibi məlum oldu.

arrow Ətraflı
İçində sərnişinlər olan qatara daş atan yeniyetmələr tapıldı like
  • 31 Okt 17:42  
Digərləri İçində sərnişinlər olan qatara daş atan yeniyetmələr tapıldı

Polis sürət qatarına daş atan yeniyetmələri müəyyən edib.

arrow Ətraflı