DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olunub FOTO
Digərləri 31 Okt 2025 13:46:00 85 0
Oktyabrın 31-də Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruq və müəssisələrdə aparılan bərpa işləri, həmçinin 2025-ci ilin 9 ayı ərzində qoruq və mədəniyyət müəssisələrini ziyarət edənlərin statistikası təqdim edilib.
Bu xəbəri də oxu: Cabir İmanovun bu şəkli narazılıq yaratdı FOTO
Son.az xəbər verir ki, Palçıq Vulkanları Turizm Kompleksində baş tutan təqdimatda "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğunun ərazisində, o cümlədən qoruqdakı Dairəvi Məbəddə həyata keçirilən bərpa işləri, eləcə də "Kiş" Tarix-Memarlıq Qoruğu ərazisindəki tarixi məsciddə aparılan bərpa işləri haqqında məlumat verilib. Bildirilib ki, "Lahıc" Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində də Qoruq evinin inşası tamamlanmaq üzrədir. "Lahıc" DTMQ-da parkinq zonasının yaradılması üzrə işlər davam etdirilir. Eyni zamanda "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğunda tikinti-bərpa tədbirlərinin yeni mərhələsi çərçivəsində məsciddə, park-muzeydə, həmçinin bəzi obyektlərdə tarixi memarlıq üslubu qorunmaqla işlər aparılır.
Qeyd olunub ki, bu ilin oktyabr ayında Xınalıq kəndi BMT-nin Turizm Təşkilatının "Ən yaxşı turizm kəndi" ("Best Tourism Villages") siyahısına əlavə olunub ki, bu da "Xınalıq və Köç Yolu" Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu üzrə yeni turizm xidmətləri və məhsullarının formalaşmasına töhfə kimi qiymətləndirilir. Məlumat verilib ki, 2020-ci ildən başlayaraq Xınalıqda abidələrin və evlərin bərpası mərhələli qaydada davam etdirilib, zəruri infrastruktur yaradılıb. Kənd sakinlərinin cəlb edilməsi ilə aparılan bərpa və abadlıq işləri məşğulluq imkanlarının genişlənməsinə şərait yaradıb.
Məlumat verilib ki, Palçıq Vulkanları Turizm Kompleksində azərbaycanlı sənətkarların iştirakı ilə milli suvenirlərin hazırlanmasına başlanılıb. Həmçinin kompleksin ərazisindəki palçıq vulkanlarının əsas hissəsində yerləşən qrifon tipli geoloji strukturlarda daha bir neçə palçıq vulkanı yaranıb.
"Toyota Motor" proqram təminatında yaranan nasazlıqlar səbəbində
 Ətraflı
 Ətraflı
                                                Salyan rayonunda elektrik cərəyanı vuran gənc xəstəxanada ölüb.
 Ətraflı
 Ətraflı
                                                Sosial mediada bir sıra məşhur azərbaycanlıların keçmiş toy fotoları pa
 Ətraflı
 Ətraflı
                                                Zəngəzur dəhlizi Azərbaycan-Ermənistan sərhədinə doğru yekun mərhələ
 Ətraflı
 Ətraflı
                                                Azərbaycanda noyabrın 1-də havanın əsasən yağmursuz keçəcəyi gözləni
 Ətraflı
 Ətraflı
                                                Ermənistan polis qoşunlarının komandanı, Ermənistan Polisinin rəis müav
 Ətraflı
 Ətraflı
                                                Süleyman Mikayılov ölkənin ən stajlı icra başçılarından biri sayılır
 Ətraflı
 Ətraflı
                                                İpotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun dəyişdi
 Ətraflı
 Ətraflı
                                                Xəbər verdiyimiz kimi, Balakən Rayon İcra Hakimiyyətində Dövlət Təhlük
 Ətraflı
 Ətraflı
                                                Podqoritsada saxlanılan həmyerlimiz sərbəst buraxılıb.
 Ətraflı
 Ətraflı
                                                Yollarda təhlükəsizliyin təmin olunması hər bir hərəkət iştirakçısı
 Ətraflı
 Ətraflı
                                                Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaya görə cərimə c�
 Ətraflı
 Ətraflı
                                                Bu gün İqtisadiyyat.az xəbər portalının 7 yaşı tamam olur.
 Ətraflı
 Ətraflı
                                                31 oktyabr tarixi dünyanın bir çox ölkəsində qeyd olunan "Halloween&q
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            