Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Digərləri 30 Okt 2025 22:54:00 73 0
Oktyabrın 30-da uşaq evlərində tərbiyə alan 10-11 və 12-13 yaş arası oğlan və qızlardan ibarət komandalar arasında növbəti "Dostluq Kuboku" minifutbol turniri keçirilib. Turnir uşaqların fiziki və psixoloji inkişafına dəstək vermək, onlarda komanda ruhunu, özünəinamı və sosial bacarıqları gücləndirmək məqsədi daşıyıb.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, turniri Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva da izləyiblər.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının təşkilatçılığı ilə baş tutan yarışda Sosial Xidmətlər Agentliyinin nəzdində fəaliyyət göstərən Bakı şəhər 1, 2, 3 və Gəncə şəhər 4 saylı Uşaq evlərinin komandaları müvafiq olaraq hər iki yaş qrupu üzrə "Şahinlər", "Birlik", "Zəfər" və "Kəpəz" adları ilə güclərini sınayıblar. Qızlar və oğlanlar arasında yüksək idman əzmi və dostluq münasibəti müşahidə olunub. Oyunlar zamanı həm uşaqların, həm də matçları izləyənlərin böyük coşqu və sevinc yaşadıqları diqqət çəkib.
Turnirin ən yaddaqalan anlarından biri oyunları izləyən Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyevanın bütün komandaları dəstəkləmələri, uşaqlarla səmimi söhbət etmələri və onlarla şəkillər çəkdirmələri olub. Onlar iştirakçılara uğurlar arzulayaraq, belə tədbirlərin gələcəkdə daha geniş miqyasda və mütəmadi şəkildə keçirilməsinin vacibliyini bir daha vurğulayıblar.
Hər iki yaş qrupu üzrə qalib komandalar diplom, medal və kubokla təltif olunub. Eyni zamanda, ikinci və üçüncü yerləri qazanan komandalar da medal və diplomlarla mükafatlandırılıb.
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakən Rayo
Aparıcılar Aytən Səfərova və Mehman Rəsulov qaz limitinə şeir həsr edi
Hibrid avtomobillər həm daxiliyanma mühərriklərinin gücünü, həm də ele
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təş
"Bakıya Uçuş. İncəsənət Həftəsonu. Gələcəyi İNDİ Duy" (F
Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyətin və ümumi s
Bu gün axşam saatlarında Şirvan şəhəri ərazisində ağır yol-nəqliyyat
Məlum olduğu kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakən Rayon İ
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və
Rusiyalı həkim beynin aktivliyini artıran qidaları açıqlayıb.
Xəbər verdiyimiz kimi, bu gün saat 11:00-dan etibarən direktor vəzifəsi va
Türkiyənin sevilən sənətçisi Sezen Aksu uzun fasilədən sonra kameralara
Həyat yoldaşının saçını qırxıb ona əzab verməkdə ittiham olunan Tame
Məşhur türk aktris Hande Erçel və İngiltərə futbolunun əfsanəvi simas
Yasamal rayonu Lev Tolstoy küçəsində bəzi evlərdə 20 gündür internet yo
