Müdafiə Nazirliyini aldadan iş adamının Cəzası azaldıldı
Digərləri 29 Okt 2025 17:36:00 76 0
Müdafiə Nazirliyinin silah-sursat anbarının tikintisinə ayrılan 7 milyon manatı mənimsəməkdə təqsirli bilinərək 10 il həbsə məhkum edilən şirkət rəhbəri Üzeyir Həsənovun cəzası azaldılıb.
Bu xəbəri də oxu: Bakıda qadın həbsdə olan ərinə metamfetamin keçirmək istədi
Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, Ali Məhkəmə məhkumun kassasiya şikayəti əsasında belə qərar qəbul edib.
Ü.Həsənovun əməli Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsindən 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsinə tövsif edilib. Bu dəyişikliklə onun cəza müddəti 10 ildən 8 ilə endirilib.
Qeyd edək ki, "Bina Tikinti Kompaniyası" MMC-nin rəhbəri Üzeyir Həsənov 2011-2017-ci illərdə silah-sursat anbarının tikintisi, orada kommunikasiya xətlərinin, mebellərin quraşdırılması zamanı öhdəliklərini tam şəkildə yerinə yetirməyərək qiymətləri şişirdib. Şirkət rəhbərinin qanunsuz fəaliyyəti nəticəsində dövlətə 7 milyon manat ziyan dəyib. O, Əmlak Məsələləri Dövlət Xidmətinin sifarişi əsasında Azərbaycan Tarix Muzeyinin ekspozisiyasının təmir-bərpa işlərinin aparılmasını öz üzərinə götürüb. Lakin öhdəliyə əməl olunmayıb. Bu epizod üzrə Həsənova 1.8 milyon manatlıq mənimsəmə ittihamı verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il həbsdən əlavə, onun 10 milyonluq əmlakı da müsadirə edilib. Sonradan apellyasiya instansiyası cəza müddətini 10 ilə salıb.
2026-2027-ci tədris ilində lisey və gimnaziyalara qəbul elektron qaydada ke�
Türkiyə mediasının gündəmində bu dəfə Samsunun Ladik mahalına yeni tə
Xəbər verdiyimiz kimi, tanınmış aşıq Mübariz Camaloğlu yeni biznesə ba
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə (DTMQ
Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma�
Böyük Britaniyanın lüks avtomobil istehsalçısı Aston Martin 2025-ci ilin
Prezident İlham Əliyev Apellyasiya instansiyası məhkəmələri sədrlərinin
Hindistanın Maharashtra ştatının Lonavala bölgəsində yerləşən bir şə
Baş Prokurorluq Elton Məmmədova rəsmi xəbərdarlıq edib.
Bu gün "Bolmart" mağazalar şəbəkəsinin icraçı direktoru Ramil
Müğənni Güllünün müəmmalı ölümü ilə bağlı yeni iddialar ortaya ç
Hindistana səfər edən Moskva sakini həyatını itirib.
Son günlər övladları arasındakı qalmaqalla gündəmə gələn Ana Vətən
ABŞ sakini, 70 yaşlı Elis Conson boşandıqdan sonra həyatında yeni səhif�
