Elton Məmmədov milyonlar mənimsəyibmiş Sadiq adamı idi...


Digərləri 29 Okt 2025 13:03:00 81 0

Elton Məmmədov milyonlar mənimsəyibmiş  Sadiq adamı idi...

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) 2020-2023-cü illərdə baş verən qanun pozuntuları ilə bağlı aparılan cinayət işində maraqlı faktlar üzə çıxıb. 

Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, hazırda ev dustaqlığında saxlanılan Ramiz Mehdiyevin AMEA-ya rəhbərlik etdiyi dövrdə olan yeyinti halları ilə əlaqədar sabiq deputat Elton Məmmədov da istintaqa cəlb edilibmiş.

Belə ki, prokurorluq tərəfindən onun barəsində cinayət təqibi aparılır. E. Məmmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır. Ramiz Mehdiyev AMEA-ya prezident təyin olunduqdan sonra sadiq adamı kimi onu "Yüksək Texnologiyalar Parkı"nın direktoru vəzifəsinə gətirmişdi. Sonradan isə E.Məmmədov Akademiyanın işlər idarəsinin müdiri vəzifəsində çalışıb.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla müəyyən edilib ki, Elton Məmmədov işlədiyi dövr ərzində 3 milyon manata yaxın pul mənimsəyib. Maliyyə pozuntularını təsdiq edən sənədlər və digər sübutlar iş materiallarına əlavə edilib. Keçmiş məmur müxtəlif epizodlar üzrə dəfələrlə prokurorluqda ifadə verib. 

Amma sabiq deputat istintaq zamanı dövlətə dəymiş ziyanı ödəməyə razılaşıb. O, mənimsədiyi milyonlarla vəsaiti büdcəyə geri qaytarıb. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir. Elton Məmmədovun araşdırması davam edən digər epizodlarda da adının keçə biləcəyi istisna edilmir. 

Qeyd edək ki, bu yaxınlarda baş prokuror Kamran Əliyev jurnalistlərin mövzu ilə bağlı suallarını cavablandırıb. Baş prokuror deyib ki, AMEA-da qeydə alınmış qanun pozuntuları üzrə hərtərəfli araşdırma aparılıb. Bəzi epizodlar üzrə ibtidai istintaq tamamlanaraq məhkəməyə göndərilib, qalan epizodlar üzrə isə istintaq davam etdirilir.

Toyunda ölən Əfsanə 7 aylıq hamilə imiş  Bir evdə yaşayırmışlar like
  • 29 Okt 13:02  
Digərləri Toyunda ölən Əfsanə 7 aylıq hamilə imiş Bir evdə yaşayırmışlar

Astaranın Dolu kəndində 17 yaşlı Əfsanə Maqsud qızı İmanovanın toy g�

arrow Ətraflı
Əmrah Bakı konsertində ağladı like
  • 29 Okt 13:00  
Şou-biznes Əmrah Bakı konsertində ağladı

Türkiyənin məşhur müğənnisi Əmrah uzun fasilədən sonra Bakıda konsert

arrow Ətraflı
Azərbaycanda 900 min video tiktokdan silindi like
  • 29 Okt 12:58  
Digərləri Azərbaycanda 900 min video tiktokdan silindi

Qısa videolar üzrə aparıcı platforma olan TikTok Azərbaycanda yerli icman�

arrow Ətraflı
Onlara vəzifə verildi like
  • 29 Okt 12:52  
Digərləri Onlara vəzifə verildi

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovanı

arrow Ətraflı
Ombudsman saxlanılan azərbaycanlılara görə hərəkətə keçdi like
  • 29 Okt 12:45  
Siyasət Ombudsman saxlanılan azərbaycanlılara görə hərəkətə keçdi

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliye

arrow Ətraflı
Dabaq xəstəliyi ağartı bazarını da vurdu  satışlar çökdü! like
  • 29 Okt 12:30  
Digərləri Dabaq xəstəliyi ağartı bazarını da vurdu satışlar çökdü!

Bölgələrdə dabaq xəstəliyi səbəbindən mal bazarının bağlanması həm

arrow Ətraflı
Sabah Bakıda yağış yağacaq like
  • 29 Okt 12:24  
Digərləri Sabah Bakıda yağış yağacaq

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, ara

arrow Ətraflı
Bakıda "Belçika Müstəmləkəçiliyi: Tanınma və Məsuliyyət" adlı beynəlxalq konfrans keçiriləcək like
  • 29 Okt 12:24  
Siyasət Bakıda "Belçika Müstəmləkəçiliyi: Tanınma və Məsuliyyət" adlı beynəlxalq konfrans keçiriləcək

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə oktyabrın 31-də Azərba

arrow Ətraflı
İtkin düşən 4 hərbçimizin qalıqları Bakıda dəfn olundu like
  • 29 Okt 12:18  
Digərləri İtkin düşən 4 hərbçimizin qalıqları Bakıda dəfn olundu

Birinci Qarabağ müharibəsində itkin düşən - şəhid hərbçi Abbasov Rəf

arrow Ətraflı
Ər qazı söndürmədi, 26 illik evlilik sona çatdı like
  • 29 Okt 11:59  
Digərləri Ər qazı söndürmədi, 26 illik evlilik sona çatdı

Türkiyənin Diyarbəkir şəhərində 26 illik evlilik qeyri-adi bir səbəblə

arrow Ətraflı
Zaura bahalı qızıl təsbeh hədiyyə göndərdilər like
  • 29 Okt 11:45  
Şou-biznes Zaura bahalı qızıl təsbeh hədiyyə göndərdilər

Tele-aparıcı Zaur Nəbioğluna maraqlı hədiyyə olunub.

arrow Ətraflı