“Elm və təhsil yeniliklərinin media təqdimatı” mövzusunda təlim keçirilib FOTO
Digərləri 28 Okt 2025 11:40:00 102 0
24-25 oktyabr 2025-ci il tarixlərində Elm və Təhsil Nazirliyi tərəfindən media nümayəndələri üçün "Elm və təhsil yeniliklərinin media təqdimatı" mövzusunda iki günlük təlim təşkil olunub.
Bu xəbəri də oxu: Faciəvi şəkildə ölən 21 yaşlı Kəmalənin
Təlimin məqsədi elm və təhsil sahəsində həyata keçirilən islahatların, yeniliklərin və strateji istiqamətlərin media müstəvisində düzgün təqdimatı bacarıqlarının artırılması, həmçinin təhsil jurnalistikasının inkişafına dəstək vermək olub.
Proqram çərçivəsində media nümayəndələri üçün dörd panel sessiya təşkil edilib.
Birinci paneldə Elm və Təhsil Nazirliyinin Strateji planlaşdırma və təhlil şöbəsinin müdiri Leyla Xəlilova Rzazadə "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda elm və təhsil hədəfləri və nailiyyətlər mövzusunda təqdimatla çıxış edib.
İkinci paneldə elm və təhsil nazirinin müşaviri, Təhsil İnstitutunun direktor əvəzi Elnur Əliyev və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu məktəbəqədər və ümumi təhsil sahəsində yeniliklər, beynəlxalq qiymətləndirmələr və monitorinqlər barədə məlumat veriblər.
Təlimin üçüncü panelində Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının rektoru Almaz Mahmud "Elm və təhsil mediada: təhsil jurnalistikası" mövzusunda təqdimatla çıxış edib.
Təlimin ikinci günündə "Elm və ali təhsil sahəsində hədəflər" mövzusunda panel sessiyası təşkil edilib. Sessiyada Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman bu istiqamətdə görülən işlər və prioritetlər barədə məlumat verib.
Panel müzakirələrindən sonra elm və təhsil naziri Emin Əmrullayevin iştirakı ilə media ilə əməkdaşlığın əhəmiyyəti, ictimaiyyətlə açıq və şəffaf kommunikasiya mexanizmlərinin gücləndirilməsi istiqamətində fikir və təkliflər müzakirə olunub.
Təlim proqramı iştirakçılara sertifikatların təqdim edilməsi ilə yekunlaşıb.
Ötən gecə Bərdədə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Sabira
Monteneqronun paytaxtı Podqoritsada 25 oktyabr gecəsi 25 yaşlı MJ-nin bıça
Türkiyəli professor Şener Üşümezsoy Sındırğıda baş verən 6,1 bal g�
2026-2027-ci tədris ili üzrə lisey və gimnaziyalara şagird qəbulu yalnız
Bakının Qaradağ rayonu, Ümid qəsəbəsində yaşayan Jalə Abbasova və hə
Xəbər verdiyimiz kimi, dünən Türkiyənin Balıkəsir Sındırgı bölgəsin
İkinci mərtəbəsi qanunsuz tikildiyi əsas gətirilərək bağlanan "Pad
Ayın son günləri bəzi bürclərə yeni fürsətlər, gözlənilməz sevincl�
Şəmkirdə Vətən müharibəsi iştirakçısı dünyasını dəyişib.
AZAL qəzasında həlak olan Milli Qəhrəmanların xatirəsi əbədiləşdirild
Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Monteneqronun paytaxtı Podqoritsada, Zabjelo məhəlləsində oktyabrın 25-də
Son vaxtlar oğurluq texnikalarının inkişafı ilə bağlı təhlükəsizlik m
