Adnan Əhmədzadəyə aid olduğu deyilən “Bolmart”da əməliyyat


Digərləri 27 Okt 2025 18:13:00 69 0

Adnan Əhmədzadəyə aid olduğu deyilən “Bolmart”da əməliyyat

"Bolmart" mağazalar şəbəkəsində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirildiyi bildirilir.

Son.az xəbər verir ki, bu haqda məlumatı "Barometr TV" teleqram kanalı yayıb. Əməliyyatın səbəbi şəbəkənin həbs edilən Adnan Əhmədzadə ilə birbaşa əlaqəsinin olması ehtimalıdır. Hazırda əməliyyatın detalları açıqlanmır. Məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən təsdiq və ya təkzibedici məlumat da verilməyib. 

Musavat.com-un məlumatına görə, "Bolmart" mağazalar şəbəkəsi son illər Azərbaycanda ən sürətlə genişlənən pərakəndə ticarət brendlərindən biri kimi tanınır. Lakin şirkətin real sahibləri, maliyyə hesabatları və fəaliyyət şəffaflığı barədə ictimaiyyətə təqdim olunan məlumatlar çox məhduddur.

Araşdırmaya görə, "Bolmart" brendinin arxasında Pro-Mart MMC adlı şirkət dayanır. Dövlət Vergi Xidmətinin məlumat bazasına əsasən, bu şirkət Az Fast Moving Business MMC və Unitrade Group MMC tərəfindən təsis edilib. Hər iki qurumun 50 faiz payla ortaqlığı qeydə alınıb. "Bolmart"ın hüquqi təmsilçisi isə əvvəlcə Ramil Əşrəf oğlu Məmmədov, daha sonra isə Bolmart Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru olub.

Maraqlı məqam ondan ibarətdir ki, açıq mənbələrdə Pro-Mart MMC-nin təqdim etdiyi son maliyyə hesabatlarına görə, şirkət bir ildə 141 milyon manatdan artıq satış dövriyyəsi əldə edib. Amma həmin hesabatda xalis mənfəət cəmi 27 min manat göstərilib. Yəni yüz milyonlarla manatlıq ticarət dövriyyəsinə malik şirkət, kağız üzərində demək olar ki, qazanc gətirməyib.

Bu, ictimaiyyət arasında ciddi suallar doğurur: Necə olur ki, ölkənin ən çox filialı olan supermarket şəbəkələrindən biri ildə cəmi bir mənzilin qiyməti qədər gəlir göstərir? Vergi və maliyyə şəffaflığı məsələsi burada açıq qalır.

Məlumatlara görə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bir müddət əvvəl "Bolmart" şəbəkəsinin fəaliyyətində bəzi pozuntularla bağlı araşdırma aparıb və Pro-Mart MMC barəsində inzibati icraat açılıb.

Şirkətin bəzi filiallarında malların keyfiyyəti və saxlama şəraiti ilə bağlı da zamanla şikayətlər mövcud olub. Bundan əlavə, ötən illərdə "Bolmart"da baş verən qida zəhərlənməsi hadisəsi də ictimai rezonans doğurmuşdu. Həmin vaxt rəsmi açıqlamalarda mağazalarda sanitariya qaydalarının pozulduğu bildirilmişdi.

Hazırda "Bolmart" respublika üzrə 20-dən çox filialla fəaliyyət göstərir. Şirkət özünü "yerli brend" kimi təqdim etsə də, onun arxasında dayanan hüquqi və maliyyə əlaqələri barədə ətraflı məlumat ictimaiyyətə açıqlanmayıb.

Milyonlarla manatlıq dövriyyəyə malik şirkətlərin vergidən yayınma və ya real gəlirləri gizlətmə ehtimalı daim gündəmdə qalır. Son.az

Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti baş tutub  FOTO like
  • 27 Okt 18:12  
Kriminal Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti baş tutub FOTO

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind�

arrow Ətraflı
Ramiz Mehdiyevin xəyalını qurduğu “Dövlət Şurası” belə olacaqmış like
  • 27 Okt 18:08  
Siyasət Ramiz Mehdiyevin xəyalını qurduğu “Dövlət Şurası” belə olacaqmış

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının və Milli Elmlər Akade

arrow Ətraflı
Xalq artisti efirdən ağlayaraq GETDİ like
  • 27 Okt 18:00  
Şou-biznes Xalq artisti efirdən ağlayaraq GETDİ

Xalq artisti Naibə Allahverdiyeva canlı efirdə göz yaşlarını saxlaya bilm

arrow Ətraflı
Murad Dadaşovun evində like
  • 27 Okt 17:42  
Şou-biznes Murad Dadaşovun evində

Xalq artisti Murad Dadaşovun evində xeyir iş olacaq. 

arrow Ətraflı
İsfəndiyar Axundov Elman Nəsirovun qızına ev verir  AÇIQLAMA like
  • 27 Okt 17:41  
Digərləri İsfəndiyar Axundov Elman Nəsirovun qızına ev verir AÇIQLAMA

"Elman Nəsirov ictimai xadimdir. Millət üçün, xalq üçün o, əhəmiy

arrow Ətraflı
Minlərlə uçuş təxirə salındı   ABŞda "aviasiya böhranı" like
  • 27 Okt 17:40  
Dünya Minlərlə uçuş təxirə salındı ABŞda "aviasiya böhranı"

Artıq 25 gündür davam edən federal hökumətin bağlanması ABŞ-da hava sə

arrow Ətraflı
Bakının üç rayonunun qaz olmayacaq like
  • 27 Okt 17:31  
Digərləri Bakının üç rayonunun qaz olmayacaq

Oktyabrın 28-də Bakının Yasamal, Sabunçu və Xətai rayonlarının bəzi ə

arrow Ətraflı
Azərbaycanın Meksikadakı yeni səfiri kimdir?  DOSYE like
  • 27 Okt 17:29  
Digərləri Azərbaycanın Meksikadakı yeni səfiri kimdir? DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Seymur Hə

arrow Ətraflı
TƏBİBdən əri tərəfindən bıçaqlanan Lamiyə ilə bağlı açıqlama like
  • 27 Okt 17:19  
Digərləri TƏBİBdən əri tərəfindən bıçaqlanan Lamiyə ilə bağlı açıqlama

Keçmiş həyat yoldaşı Tural Qanbayev tərəfindən çoxsaylı bıçaq zərb�

arrow Ətraflı
Lavrov "SSRİ" yazılmış sviter geyinməsinə belə aydınlıq gətirdi  FOTO like
  • 27 Okt 17:14  
Digərləri Lavrov "SSRİ" yazılmış sviter geyinməsinə belə aydınlıq gətirdi FOTO

Rusiya xarici işlər naziri Sergey Lavrov Alyaskaya səfəri zamanı geyindiyi

arrow Ətraflı
Turalın hansı gəmidə itdiyi məlum oldu  1 aydır ki, itkin düşüb...  FOTO like
  • 27 Okt 17:06  
Digərləri Turalın hansı gəmidə itdiyi məlum oldu 1 aydır ki, itkin düşüb... FOTO

Gəmidə həkim kimi fəaliyyət göstərən Tural Sultanov 1 aydır ki, itkin d

arrow Ətraflı
“Onlara 2 ev vermişəm, siz öz dərdinizi çəkin!” like
  • 27 Okt 16:50  
Digərləri “Onlara 2 ev vermişəm, siz öz dərdinizi çəkin!”

Deputat Elman Nəsirov ilk nikahından doğulan qızı olan Laləzar Əliyevanı

arrow Ətraflı
Bu xəbər tamamilə yalandır!  Zelenski like
  • 27 Okt 16:44  
Dünya Bu xəbər tamamilə yalandır! Zelenski

Kupyansk və Pokrovska yaxınlığında 5 minə qədər Ukrayna hərbçisinin m�

arrow Ətraflı
21 yaşlı qız binadan yıxılıb öldü like
  • 27 Okt 16:42  
Digərləri 21 yaşlı qız binadan yıxılıb öldü

Abşeron rayonu Şəfəq qəsəbəsində bədbəxt hadisə baş verib.

arrow Ətraflı