Türkiyənin məşhur filmində Azərbaycan mahnısı səsləndi
Şou-biznes 26 Okt 2025 19:00:00 67 0
Türkiyədə uzun müddətdir gözlənilən "Gelin Takımı 2" filmi nümayişə çıxıb. Film yalnız aktyor heyəti ilə deyil, səsləndirilən musiqilərlə də tamaşaçıların diqqətini çəkib.
Bu xəbəri də oxu: Nazilə Səfərli nəvəsi ilə
Son.az xəbər verir ki, Türkiyənin tanınmış aktrisası və müğənnisi Ecem Erkek ilə gənc aktyor-müğənni Baran Bölükbaşı film üçün xüsusi olaraq Azərbaycanın məşhur "Yandırdın qəlbimi" mahnısını duet şəklində ifa ediblər.
Sənətçilərin çıxışı həm filmdə, həm də sosial şəbəkələrdə böyük maraq yaradıb. Sosial mediada yayılan görüntülər qısa zamanda on minlərlə baxış toplayıb və istifadəçilər dueti həm "səmimi", həm də "mədəniyyətlərarası gözəl bağ" kimi qiymətləndiriblər.
Qeyd edək ki, "Yandırdın qəlbimi" mahnısının sözləri və musiqisi görkəmli Azərbaycan bəstəkarı Novruz Feyzullayevə məxsusdur. Mahnının ilk ifaçılarından biri isə Azərbaycan musiqisinin unudulmaz səsi, Xalq artisti Rübabə Muradova olub./Musavat.com
Fransanın birinci xanımı Bricit Makronun adı vergi sistemində səhvən ki�
Bakı Musiqi Akademiyasının Opera studiyasında "Ötən illərin mahnıla
Rusiya Prezidenti Vladimir Putin bəyəndiyi filmi açıqlayıb.
Xalq artisti Məleykə Əsədovanın illər öncəki toy mərasimindən görünt
Oktyabrın 19-da Luvr muzeyində baş vermiş oğurluq hadisəsi üzrə təhqi
Rusiyalı müxalif jurnalist, televiziya və radio aparıcısı Kseniya Sobçak
Meyxanaçı Zarina son görüntüləri ilə sosial şəbəkələrdə müzakirə
Azərbaycanın tanınmış pianoçusu, istedadlı musiqiçi Nizami Əliyev 9 noy
Yaşanan inanılmaz hadisə diqqət çəkib.
Britaniya Kralı III Çarlzın qardaşı şahzadə Endryu siyasi və ictimai hə
"Kişim qazanmalıdır, mən xərcləməliyəm"
27 oktyabr tarixində Opera studiyasının səhnəsində unudulmaz bir musiqi ax
