Art Weekend çərçivəsində Şirvanşahlar sarayında "Şeh. Olmayan səhər" adlı sərgi açılacaq
Kriminal 24 Okt 2025 18:34:00 78 0
31 oktyabr - 2 noyabr tarixlərində Bakıda "Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy" ("Fly to Baku. Art Weekend. Sense the Future NOW") adlı möhtəşəm incəsənət festivalı keçiriləcək. Festival incəsənəti, mədəniyyəti və ekologiyanı bir araya gətirəcək.
Son.az Trend-ə istinadən xəbər verir ki, layihə Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə gerçəkləşdirilir. Layihənin müəllifi və təşəbbüskarı Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevadır.
Bu immersiv layihə Bakını müasir yaradıcılıq, dialoq və kəşflərin canlı səhnəsinə çevirəcək. Festivalda xüsusi diqqət okeanlar və dənizlərdəki ekoloji vəziyyətə incəsənət dili vasitəsilə yönəldiləcək. Festivalın əsas mövzusu həyatın, yenilənmənin və dayanıqlı inkişafın rəmzi olan sudur. Su - davamlılığın, yenilənmənin və ümumi yaddaşın simvolu kimi "Art Weekend"in əsas elementi seçilib.
Tədbirlərdən biri Bakının qədim hissəsi olan İçərişəhərdə, Şirvanşahlar Sarayında keçiriləcək. Burada rəssam Vüsalə Ağarazıyevanın müəllif sərgisi - "Şeh. Olmayan səhər" ("The Morning That Never Was") nümayiş etdiriləcək. Sərginin kuratoru Nigar Rzayevadır.
Şərq fəlsəfəsində şeh - indiki zamanı təbii şəkildə, hər hansı təzyiqsiz gəlişinin rəmzidir. O, yaranır, sonra yox olur və yenidən yaranır. Tez-tez ilahi nəfəsin təcəssümü kimi qəbul edilir. Mənbə özünü birbaşa göstərməsə də, varlığını hiss etdirir, eləcə də şeh yalnız kifayət qədər erkən oyananlara görünür. Şeh həm sözün həqiqi, həm də məcazi mənasında oyanışı ifadə edir.
Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən istismar müddəti bi
Eyni nəticə göstərən direktor namizədlər arasında seçimin necə aparıl
Bakı metrosunda Bənövşəyi xətt üzrə stansiyalarda qatarların hərəkət
Bülbülün Memorial Muzeyinin təqdim etdiyi "Bülbülün qonaqları"
23 oktyabr tarixində Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Pr
Britaniyalı qadın insultdan sonra tayland aksenti ilə danışmağa başlayıb
Bakcell mobil operatorunun süni intellekt əsaslı lotereyasında 3-cü avtomob
Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Qo Tszyakun Ukrayna Prezidenti
Qanunvericilikdəki "valideynlərini itirmiş uşaqlar" anlayışı &q
Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlar
Xalq artisti Röya Ayxanın ailəsi ilə bağlı maraqlı görüntülər sosial
Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyin
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə yeni rəisi təyin edil
Məşhur rus astroloq Tamara Qloba bildirib ki, 1 noyabrdan etibarən Tərəzi
General-mayor İlqar Rza oğlu Abbasov Azərbaycan Respublikası Strateji Obyekt
