“Dörd dəfə həbsdə olmuşam, sonuncunun müavinətini vermirlər” Rəsmi cavab
Digərləri 24 Okt 2025 15:56:00 68 0
"Mən 2021-ci ilin noyabrında Hacıqabul Rayon Məhkəməsi tərəfindən 4 il müddətinə azadlıqdan məhrum edilmişəm. Azadlığa çıxandan sonra Sosial Müdafiə Fondunun rayon filialına yaxınlaşıb birdəfəlik müavinətlə bağlı müraciət etdim. Amma qanunsuz olaraq mənə həmin məbləği verməkdən imtina etdilər".
Bu xəbəri də oxu: Günün qoroskopu: Xoş bir xəbər alma ehtimalınız var
Son.az xəbər verir ki, bu şikayətlə "Qafqazinfo"ya da Hacıqabul sakini Rais Məhərrəmov müraciət edib.
Onun iddiasına görə, dəfələrlə sözügedən problemlə bağlı aidiyyəti quruma müraciət etsə də, mənfi cavab alıb: "Bütün qanuni sənədlərimi hazırlayıb fonda təqdim etmişəm. Mənə dövlət 1600 manat pul verməlidir. Fonddan deyirlər ki, sən həbsdə bir il altı ay olmusan. Halbuki mən 4 il həbs cəzası çəkmişəm. Fondun qaynar xəttinə də dəfələrlə zəng etmişəm, eyni cavabı verirlər.
Bu, dördüncü məhkumluğumdur, əvvəlki 3 dəfədə müavinət almışam. Həmçinin tanıdığım bir neçə dəfə məhkum olmuş şəxs də həmin məbləği aldı, lakin mənə verməkdən imtina edirlər".
Problemlə bağlı Dövlət Sosial Müdafiə Fonduna ünvanladığımız sorğuya belə cavab aldıq: "Məhərrəmov Rais Rahil oğluna cəzaçəkməkdən azad edilmiş şəxs kimi 2021-ci il mayın 21-də birdəfəlik pul müavinəti təyin edilərək ödənilib.
Lakin bir neçə aydan sonra Hacıqabul Rayon Məhkəməsinin 10.11.2021-ci il tarixli hökmünə əsasən, ona cəzanın əvvəli 21.07.2021-ci tarixindən hesablanmaqla 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Bununla əlaqədar adıçəkilən şəxs təkrar sözügedən birdəfəlik pul müavinətinin əldə olunması üçün müraciət edib. Qanunvericiliyin tələblərinə və formalaşmış məhkəmə təcrübəsinə uyğun olaraq, qeyd edilən birdəfəlik pul müavinətinin təkrar verilməsindən imtina edilib".
DSMF-dən bildirilib ki, vətəndaşa birdəfəlik müavinətin təkrar təyin olunması mümkün deyil: "Qanunvericiliyin və məhkəmənin mövqeyinə əsasən sosial adaptasiya tədbirləri yalnız dövlət tərəfindən birtərəfli həyata keçirilməli tədbirlər deyil, məhz qarşılıqlı öhdəliklərin mövcud olduğu tədbirlər sistemini nəzərdə tutur. Həmin qarşılıqlı öhdəliklər çərçivəsində barəsində sosial adaptasiya tədbirləri tətbiq edilən şəxsdən də müvafiq qaydada davranış gözlənilir. Legitim olan həmin gözlənti minimal davranış qaydalarını da ehtiva edir. Bu səbəbdən də, Rais Məhərrəmova sözügedən birdəfəlik müavinətin təkrar təyin olunması mümkün deyil".
Xəbərə aid video
Şabran rayonunun Xəzər dənizi sahil zolağında ov qaydalarını pozan şəx
Bakının Xətai rayonu, Seyid Əzim Şirvani küçəsində yol-nəqliyyat hadis
Bu il 5 noyabr və 4 dekabr tarixlərində ardıcıl olaraq iki Super Ay hadisə
Məşhur türk aktyor Kenan İmirzalıoğlu uzun fasilədən sonra yeni serialı
26 oktyabr saat 18.00-da Bakıda Opera Studiyasının səhnəsində maestro Melv
Ukraynanın Jitomir vilayətində naməlum şəxs qatarda qumbara partladıb.
Haqqında 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilmiş Prezident Admi
"Hollivud" ulduzları Antonio Banderas və Melani Qriffitin qızı Ste
Meksikanın Xalisko ştatı, Sapopon bələdiyyəsində 48 torba insan qalığı
58 mindən çox Android istifadəçisinin hesabı risk altındadır.
Mərhum Əməkdar artist Cabir İmanovun birinci evliliyindən olan qızlarını
Avtomobil dünyası uzun illərdir televiziya ekranlarından, jurnallardan və s
