Bu quruma tətbiq edilən vergidən azadolmaların müddəti artırılır
Digərləri 24 Okt 2025 12:25:00 68 0
Mənfəət, əmlak və torpaq vergisindən azadolmalar və güzəştlərin siyahısı genişləndirilir.
Bu xəbəri də oxu: Gələn il “veteran pulu” artırılacaq? AÇIQLAMA
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilən Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidentinin sənaye parkındakı həmin fəaliyyətdən əldə etdiyi mənfəət 2025-ci il yanvarın 1-dən 6 il müddətinə mənfəət vergidən azad ediləcək.
Həmçinin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti həmin fəaliyyət prosesində istifadə etdiyi sənaye parkındakı əmlakına və torpaqlara görə 2025-ci il yanvarın 1-dən 6 il müddətinə əmlak və torpaq vergisini ödəməkdən azad ediləcək.
Bununla yanaşı, "Gömrük tarifi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında həmin fəaliyyətin məqsədləri üçün bütün növ malların idxalı 2030-cu ilədək gömrük rüsumlarından azad ediləcək.
Layihədə bildirilib ki, Bakı Gəmiqayırma Zavodu tərəfindən sifarişçilərə təqdim olunmuş və inşası hazırda davam edən tikinti layihələri üzrə qiymətlərin mövcud güzəşt və azadolmalar əsas götürülməklə tərtib olunduğunu və Vergi Məcəlləsinə əsasən sənaye parkının rezidenti kimi Zavoda verilən güzəşt və azadolmaların müddətinin başa çatmaq üzrə olduğunu nəzərə alaraq sözügedən müddətin 2030-cu ilədək uzadılmasına zərurət yaranıb.
Layihənin qüvvəyə minəcəyi təqdirdə Qaradağ Sənaye Parkının gəmiqayırma fəaliyyəti ilə məşğul olan rezidentinə münasibətdə Vergi Məcəlləsi ilə tətbiq olunan güzəşt və azadolmalar (mənfəət, əmlak və torpaq vergisindən azadolma) 6 il müddəti (2030-cu ilin 31 dekabr tarixinədək) əhatə edəcək. Eyni zamanda Qaradağ Sənaye Parkının gəmiqayırma fəaliyyəti ilə məşğul olan rezidenti olaraq Zavodun fəaliyyəti üçün malların idxalına tətbiq olunan gömrük rüsumunun ödənilməsindən azadolma müddəti "Gömrük tarifi haqqında" Qanununa təklif olunan dəyişikliyə əsasən uzadılacaq.
Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
İcbari tibbi sığorta üzrə sığortalı və sığortaolunanların əhatə da
"MedAura Klinika"nın külli miqdarda vergi borcu yaranıb.
Gələn ildən kənd məktəblərinə işləməyə gedəcək gənc müəllimlər
Azərbaycan Respublikası Ali Məhkəməsinə yeni hakimlər təyin edilib.
"Bizimləsən" verilişinə üz tutan qadının həyat hekayəsi diqq
Sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə
Dünyanın ən çox istifadə olunan mesajlaşma tətbiqlərindən biri olan &qu
Ötən gün paytaxtda 19 yaşlı gəncin meyitinin tapılması barədə məlumat
Sabunçu Rayon Polis İdarəsinin (RPI) Narkotiklərlə Mübarizə Bölməsinin
İstanbul Baş Prokurorluğu keçmiş İstanbul Böyükşəhər Bələdiyyə Ba�
Qəzalı vəziyyətə düşən təhsil ocağında şagirdlərin həyatı təhlü
Müğənni Ofelya Şabanova efirlərində birində qonaq olub.
Quba rayonunun Zərdabi qəsəbəsində keçirilən toy mərasimi sosial şəbə
Oktyabrın 31-dən noyabrın 2-dək incəsənət, mədəniyyət və ekologiyanı
Türkiyənin məşhur müğənnisi Aleyna Tilki Hollandiyanın paytaxtı Amsterd
