Deputat Sevil Mikayılova IPU 151ci Assambleyasının Cenevrədə keçirilən Ümumi debatlarında çıxış edib
Siyasət 23 Okt 2025 12:40:00 58 0
Beynəlxalq Parlamentlərarası İttifaqın (İPU) Azərbaycandan olan vitse-prezidenti, deputat Sevil Mikayılova İPU 151-ci Assambleyasının Cenevrədə (İsveçrə) keçirilən "Humanitar normalara riayyət və böhran şəraitində humanitar fəaliyyətə dəstək" mövzusunda ümumi debatlarda çıxış edib.
Bu xəbəri də oxu: Qəzzadan Tehrana qədər: Müharibəsiz başlayan İkinci İran müharibəsi
Trend xəbər verir ki, öz çıxışında S. Mikayılova Azərbaycanın qlobal humanitar fəaliyyətə çoxtərəfli və inklüziv yanaşmasının olduğunu vurğulayıb.
"Azərbaycan münaqişə şəraitində insan hüquqlarının qorunmasına sadiqdir. 2002-ci ildən etibarən ölkəmiz BMT Baş Assambleyasının "İtkin düşmüş şəxslər" qətnaməsinin əsas həmmüəllifidir və BMT-nin Qadınların Statusu Komissiyasının "Silahlı münaqişələrdə girov götürülmüş qadın və uşaqların azad edilməsi haqqında" qətnaməsini dəstəkləyir. 2023-cü ilin sentyabrında Azərbaycan Beynəlxalq İtkin Düşmüş Qurbanlar Gününə həsr olunmuş və itkin düşmüş şəxslərə dair ilk beynəlxalq konfransı təşkil edib", - deyə S. Mikayılova əlavə edib.
Millət vəkili həmçinin bildirib ki, parlamentlər humanitar böhranlara reaksiyada mühüm rol oynayır.
Onun sözlərinə görə, bu məqsədlə siyasi iradənin səfərbər edilməsi, inklüziv idarəetmənin təşviqi və ictimai dialoqun gücləndirilməsi vacibdir. Çoxsəviyyəli, inklüziv və ədalətli yanaşmanın tətbiqi son dərəcə vacibdir.
"Parlamentlər birgə fəaliyyət göstərərək beynəlxalq təşkilatları operativ reaksiya üçün səfərbər etməli və humanitar yardım məsələlərini beynəlxalq gündəmdə saxlamalıdırlar. Parlamentlərarası İttifaq öz növbəsində mövcud boşluqların aradan qaldırmaq məqsədilə işçi qrupunun yaradılması və ya fövqəladə iclasın keçirilməsi imkanını nəzərdən keçirə bilər", - deyə S. Mikayılova vurğulayıb.
Qeyd edək ki, IPU 151-ci Assambleyası 19-23 oktyabr tarixlərində Cenevrədə keçirilir. Assambleya çərçivəsində İPU-nun bütün nizamnamə orqanları - Rəhbər Şura, daimi komitələr, Parlament üzvlərinin insan hüquqları üzrə Komitə, Yaxın Şərq məsələləri üzrə Komitə, Qadın parlament üzvləri Forumu və Gənc deputatlar Forumu toplanır.
Azərbaycanda oktyabrın 24-nə gözlənilən hava proqnozu açıqlanıb.

Bakıda fəaliyyət göstərən bəzi məcburi köçkün məktəblərinin adlar�

"TikTok" sosial şəbəkəsində həyat yoldaşına məxsus səhifəd�

Azərbaycanda sosial medianın sürətli inkişafı nəticəsində bu platformal

Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində fəaliyyət göstərə

Daxil olmuş vətəndaş müraciəti əsasında Biləsuvar rayonu Amankənd kən

Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində yerləşən "AMAY&qu

Çinin ən böyük daşınmaz əmlak şirkəti təmizlik işçilərini robotlarl

Naxçıvanda su xəttində baş verən qəza səbəbindən şəhərin bəzi əra

Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi, bina

Anadolu Universitetinin Bakı filialında təhsil alan Elnarə Həziyeva adlı �

Alman avtomobil nəhəngləri çip çatışmazlığı səbəbindən istehsalı m

Azərbaycanda dabaq kimi iti yoluxucu virus xəstəliyi illərdir ki, heyvanlar�

Sosial şəbəkələrdə paylaşdığı videolar və məşhur restoranlar şəb�
