“Kimin qarın ağrısı varsa, adımı hallandırır” Elmar Məmmədyarov


Siyasət 19 Okt 2025 21:01:00 61 0

“Kimin qarın ağrısı varsa, adımı hallandırır”  Elmar Məmmədyarov

Sabiq xarici işlər naziri adının Ramiz Mehdiyevin komanda üzvü kimi hallandırılmasına münasibət bildirib.

Son.az xəbər verir ki, sabiq nazir bu haqda "Müsavat TV"nin efirində danışıb.

-Bilirəm, mənə niyə zəng edirsiz. Soruşacaqsız ki, APA məlumat yayıb, adınız Ramiz Mehdiyevin komandasında hallanır. Yazmağına yazsınlar, Ramiz Mehdiyev Prezident Administrasiyasından çıxandan sonra mənim onunla heç bir əlaqəm olmayıb. Nə telefon zəngi, nə cib telefonu, nə ev telefonu, nə salam-əleyk. Heç bir ünsiyyətim olmayıb. Bax bunu yaza bilərsiniz. Gülməli şeylər yazırlar, gülməli məsələlər uydururlar. Mən belə başa düşürəm ki, kimin qarın ağrısı varsa, öz başından nələrsə uydurur və bu zaman da hansısa görkəmli adamların adını çəkməyə çalışırlar. Kifayət oldu?

-Sizi istintaqa dəvət etməyiblər?

-Gözləyin də. Bu gün bazar günüdür. Bəlkə bazar ertəsi günü dəvət edəcəklər. Amma inanmıram ki, dəvət etsinlər. Çünki orda ciddi adamlar işləyirlər və onlar əllərində fakt olmadan hərəkət etmirlər.

-Yəni, Mehdiyevlə heç bir əlaqəniz yoxdur və tam rahatsız... Düz başa düşürəm?

-Düz başa düşürsüz... Heç bir əlaqəm yoxdur, o mənada rahatam.

-Adınızı hallandıran media orqanına, istintaqa özünüz müraciət edəcəksiz?

-Yəqin ki, kim bu uydurmanı mediaya sızdırıbsa, onlar bu söhbətləri öz başlarından uzaqlaşdırmaq məqsədilə hansısa görkəmli adamların adlarını qəsdən çəkirlər. Yəni, öz adları siyahıda çıxmasın deyə, yalandan bizim adımızı hallandırırlar.

-Bəs nəyə görə məhz sizin adınız bu siyahıdadır? Bir versiyanız varmı?

-Görkəmli adamam da mən. 16 ildən artıqdır nazir olmuşam. 5 il keçib ki, vəzifədən çıxmışam. İndiyə qədər heç kim sakitləşmir.

-İşlədiyiniz dönəmdə Ramiz Mehdiyevlə münasibətləriniz necə olub?

-Yaxşı olsaydı, 2019-cu ildən bəri onunla əlaqəm olardı. Amma mən onun nə əl, nə ev telefonunu bilirəm. Bir dəfə də olsun, əlaqəm olmayıb. Ünsiyyətim yoxdur. Onu da hamı bilir. 6 ildir PA-dan çıxandan sonra onunla əlaqələrim yox idi. Mən bu 6 ildə onunla əlaqə saxlamamışam.

-Bəs həbsinə münasibətiniz necədir?

-Yaxşı da... Bu, artıq provakasiyadır. Bəsdir də...

-Niyə "provakasiya"? Həbsə münasibət soruşuram normal şəkildə... Axı az öncə özünüz də dediz ki, görkəmli insanam. Görkəmli adamdan həbsə münasibət öyrənmək istəyirəm.

-Lazım olsa, faktlar olsa, həbs edəcəklər. Sübut edə bilsələr, faktları gətirə bilsələr, həbs etsinlər. Mən cavaba hazıram. Son.az  

Tramp bu ölkə liderini “narkobaron” adlandırdı like
  • 19 Okt 20:17  
Dünya Tramp bu ölkə liderini “narkobaron” adlandırdı

ABŞ Prezidenti Donald Tramp Kolumbiya Prezidenti Qustavo Petronu "qanunsuz

arrow Ətraflı
İsrail ordusu Qəzzada hücum dalğasına başladı like
  • 19 Okt 20:03  
Dünya İsrail ordusu Qəzzada hücum dalğasına başladı

İsrail ordusu Həmasın atəşkəsi pozduğunu əsas gətirərək Qəzza zolağ

arrow Ətraflı
Şimali Kiprdə səsvermə yekunlaşdı like
  • 19 Okt 19:50  
Digərləri Şimali Kiprdə səsvermə yekunlaşdı

Şimali Kipr Türk Cümhuriyyətində prezident seçkilərində səsvermə başa

arrow Ətraflı
Əməkdar artistin vəziyyəti ilə bağlı açıqlama like
  • 19 Okt 19:20  
Digərləri Əməkdar artistin vəziyyəti ilə bağlı açıqlama

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Mu

arrow Ətraflı
Pəncərə kənarına duz və dəfnə yarpağı qoyurlar – like
  • 19 Okt 18:39  
Digərləri Pəncərə kənarına duz və dəfnə yarpağı qoyurlar –

Qış aylarında evlərdə ən çox şikayət edilən problemlərdən biri olan

arrow Ətraflı
Nəyə görə payızda çox araq içmək olmaz? like
  • 19 Okt 18:24  
Digərləri Nəyə görə payızda çox araq içmək olmaz?

İmmunitetinizi qorumaq üçün payızda spirtdən imtina etməyiniz məsləhət

arrow Ətraflı
Çin ABŞni kiberhücumlarda ittiham etdi like
  • 19 Okt 18:10  
Dünya Çin ABŞni kiberhücumlarda ittiham etdi

Çin Dövlət Təhlükəsizlik Nazirliyi ABŞ kəşfiyyatının məxfi məlumatl

arrow Ətraflı
"Haqqımda danışsa, həmin Xalq artistinin videolarını yayacağam" like
  • 19 Okt 17:50  
Dünya "Haqqımda danışsa, həmin Xalq artistinin videolarını yayacağam"

"İsrail Baş naziri Benyamin Netanyahu təhlükəsizlik qüvvələrinə Q�

arrow Ətraflı
"Ağlayaağlaya ayrılmışıq" like
  • 19 Okt 17:14  
Şou-biznes "Ağlayaağlaya ayrılmışıq"

"Qayınanamın yanında olmaq arzusunda olmuşam. Türkiyədə yaşadığı

arrow Ətraflı
Türkiyəli aktrisanın Bakı tətilindən like
  • 19 Okt 16:40  
Şou-biznes Türkiyəli aktrisanın Bakı tətilindən

Türkiyəli məşhur aktrisa Yağmur Yüksəl tətilini Bakıda keçirib.

arrow Ətraflı
SamurAbşeron su kanalında bir nəfər batıb like
  • 19 Okt 16:29  
Digərləri SamurAbşeron su kanalında bir nəfər batıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə

arrow Ətraflı
Türkiyədə 4,1 maqnitudalı zəlzələ baş verib like
  • 19 Okt 16:06  
Digərləri Türkiyədə 4,1 maqnitudalı zəlzələ baş verib

Türkiyədə 4,1 bal gücündə zəlzələ qeydə alınıb.

arrow Ətraflı
İranda müxalif din xadimi güllələndi  FOTO like
  • 19 Okt 15:50  
Digərləri İranda müxalif din xadimi güllələndi FOTO

Oktyabrın 19-u səhər saatlarında İranşəhr şəhərində etnik bəluc olan

arrow Ətraflı
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib like
  • 19 Okt 15:41  
Siyasət Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən həftə paylaşılmış

arrow Ətraflı
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq like
  • 19 Okt 15:34  
Digərləri Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sabah avtomobil magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq.

arrow Ətraflı