Azərbaycanın Müqəddəs TaxtTacdakı səfirliyinin inzibati ofisi açılıb, Mehriban Əliyeva tədbirdə iştirak edib
Siyasət 18 Okt 2025 11:25:00 65 0
Oktyabrın 17-də Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin rəsmi açılışı olub.
Bu xəbəri də oxu: Prezident: ICAPP Asiya Mədəniyyət Şurası qitənin mədəniyyətlərarası dialoq potensialının üzə çıxarılmasında vacib platformadır
Son.az xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Vatikanın dövlət katibi kardinal Pietro Parolin tədbirdə iştirak ediblər.
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov səfirliyinin inzibati ofisi barədə məlumat verib. Bildirilib ki, səfirliyin inzibati ofisi Müqəddəs Pyotr Bazilikasına aparan əsas küçə olan Via Conciliazioneda, Vatikanın Apostol Sarayına çox yaxın bir ərazidə yerləşir. Burada Vatikana məxsus rəsmi qurumlar, eləcə də Müqəddəs Taxt-Tacda akkreditə olunmuş bir neçə səfirliyin inzibati ofisləri də yerləşir.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası ilə Müqəddəs Taxt-Tac arasındakı münasibətlər son illərdə qarşılıqlı maraqlar, hörmət və səmərəli əməkdaşlıq ruhunda yüksələn xəttlə inkişaf edir, bu işbirliyi getdikcə daha da dərinləşir və şaxələndirilir.
Sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Vatikanın dövlət katibi kardinal Pietro Parolin çay süfrəsi arxasında ikitərəfli münasibətlərə və beynəlxalq gündəliyə aid məsələlər, qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparıblar. .
Müqəddəs Taxt-Tacın dünyada bir milyarddan çox katolik üçün mənəvi və ideoloji mərkəz olduğunu nəzərə alsaq, Azərbaycanın buradakı diplomatik nümayəndəliyinin fəaliyyəti ölkəmizin həqiqətlərini dünya birliyinə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Qeyd edək ki, 2021-ci ildə Prezident İlham Əliyev Azərbaycanın Müqəddəs Taxt-Tac yanında səfirliyinin rəsmi təsis edilməsi haqqında Qanunu imzalayıb. 2022-ci ildə İlqar Muxtarov ölkəmizin Müqəddəs Taxt-Tacda ilk rezident səfiri təyin olunub.
Ətrafa dağılan ev əşyaları, tələm-tələsik yığılmış pal-paltar...

Türkiyənin İzmir vilayətində əyləncə mərkəzinin dekorativ divarı nam�

Britaniyanın lüks telefon markası "Vertu" uzun fasilədən sonra ye

Səhiyyə Nazirliyinin tabeliyindəki bir sıra müəssisələr ləğv edilib.

Bakıda gənc iş adamı idman zalında məşq edən zaman qəfildən ölüb.

Bürclərin hər birinin özünəməxsus xarakteri və enerjisi var. Bəziləri

Bakıda dörd tunel, üç piyada keçidi inşa olunacaq.

Afət Fərmanqızının toyda dediyi sözlər müzakirə yaradıb.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycanın Müstə

ABŞ-də yaşayan Azərbaycan vətəndaşlarının Vaşinqtonda yerləşən Səf

Lənkəran rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

Qış mövsümünün başlaması ilə kombilərin istifadəsi artıb. Təbii qaz
