Azərbaycan və Çin həkimləri tarixi əməliyyat keçiriblər


Digərləri 16 Okt 2025 17:50:00 83 0

Azərbaycan və Çin həkimləri tarixi əməliyyat keçiriblər

Oktyabrın 16-da "Texnologiya sərhəd tanımır: sağlamlıq naminə birləşirik" devizi altında keçirilən "Robotik Cərrahiyyə Körpüsü-2025" beynəlxalq tədbiri çərçivəsində Azərbaycan səhiyyəsi tarixində misilsiz innovativ bir hadisə yaşanıb. Belə ki, ilk dəfə olaraq Azərbaycan və Çin cərrahları bir xəstə üzərində məsafədən və eyni anda robotik cərrahiyyə əməliyyatı həyata keçiriblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki,  əməliyyat Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində yerləşən real xəstə üzərində aparılıb. Əməliyyat Bakıda icra edilib, lakin eyni vaxtda həm Azərbaycan, həm də Çin cərrahi komandaları əməliyyata qoşularaq beynəlxalq bir texnoloji körpü vasitəsilə birgə müdaxilə ediblər.

Əməliyyatdan əvvəl keçirilən tədbirdə çıxış edən Milli Onkologiya Mərkəzinin Onkoginekologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Şəmistan Alıyev bildirib ki, son illərdə aparılan siyasət nəticəsində istər siyasi, istər iqtisadi, istər mədəni, istərsə də digər sahələrdə birgə işlər zamanı başqa dövlətlərlə arada olan sərhədlər maneə yaratmır, əksinə, körpü rolunu oynanır. O, fikirlərinə belə davam edib: "Bu gün Milli Onkologiya Mərkəzində bir araya gəlməyimiz tibb tariximiz üçün çox tarixi və əlamətdar hadisədir. Mərkəzin Baş direktoru akademik Cəmil Əliyevin rəhbərliyi altında bu gün dünyanın qabaqcıl tibb mərkəzləri ilə beynəlxalq səviyyədə əməkdaşlıqlar qurulur. Bundan əlavə, ötən həftə daha bir mühüm addım ataraq canlı robotik əməliyyat həyata keçirdik. Həmin əməliyyatı Qarabağ iqtisadi zonasına canlı şəkildə yayımladıq. Bu, müasir texnologiyaların ölkəmizin bütün bölgələrinə inteqrasiyası baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu gün isə daha bir tarixi hadisəyə şahid oluruq. Ümid edirəm ki, bu hadisə yeni ideyaların, elmi əməkdaşlıqların və gələcək uğurların bir başlanğıcı olacaq".

Milli Onkologiya Mərkəzinin Baş-boyun şişləri şöbəsinin aparıcı cərrah-onkoloqu, Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı Filialının (Seçenov Universiteti) rektoru professor Əziz Əliyev Milli Onkologiya Mərkəzinin fəaliyyətindən bəhs edən təqdimatla çıxış edib: "Milli Onkologiya Mərkəzində ən son tibbi innovasiyalar tətbiq olunur, ən son yeniliklər ilk olaraq burada həyata keçirilir. Burada xəstələrə yüksək səviyyədə xidmət göstərmək üçün hər bir şərait var və müalicələr konsilium şəkildə aparılır. Biz Amerika Birləşmiş Ştatları, Avropa və Türkiyənin bir çox klinikaları ilə müqavilələr imzalamışıq. Onlarla əməkdaşlıq edir, elmi sahədə təcrübə mübadiləsi həyata keçiririk".

2020-2024-cü illərdə Milli Onkologiya Mərkəzində göstərilən tibbi xidmətlərlə bağlı məlumat verən Ə.Əliyev bildirib ki, həmin səhiyyə ocağında müalicə alan ümumi xəstə sayı 200 mindən çox, müraciət sayı 827 minə yaxın olub. 39 mindən çox əməliyyat icra edilib. Şüa-terapiya alan xəstələrin sayı 14 mindən çox, kimyaterapiya alan xəstələrin sayı 27 minə, göstərilən kimyaterapiya xidmətləri 161 minə yaxın olub.

Azərbaycanda kişilər arasında ən çox ağciyər, qadınlar arasında isə süd vəzi xərçənginə rast gəlindiyini deyən professor qeyd edib: "Biz xəstələrin müalicəsi üçün hər zaman yeni innovasiyalar tətbiq edirik. Çalışırıq ki, xəstəliyi erkən diaqnostika ilə aşkarlayaq və uğurlu əməliyyat aparaq ki, şüa və kimya terapiyalara ehtiyac olmasın. Bunun üçün mərkəzdə bütün şərait var".

O, indiyədək mərkəzin cərrahları tərəfindən 15-dən çox robotik əməliyyat icra edildiyini, bu gün isə səhiyyə tariximizdə ilk dəfə olaraq Çin cərrahları ilə uzaq məsafədən və eyni anda əməliyyat həyata keçirildiyini diqqətə çatdırıb: "Bu hadisə Azərbaycan üçün robotik və uzaqdan idarəolunan cərrahiyyə texnologiyalarının tətbiqində yeni bir mərhələnin başlanğıcı olacaq".

Çinin "Harbin Sagebot Intelligent Medical Equipment" şirkətinin vitse-prezidenti və direktorlar şurasının üzvü Pinqçuan Vu təmsil etdiyi şirkətin əsasən robotlar və müasir texnologiya sistemləri üzərində fəaliyyət göstərdiyini və fəaliyyətə başlayandan bir neçə il sonra qlobal laporoskopiya üzrə yüksək nailiyyətlər əldə etməyə başladığını diqqətə çatdırıb: "Bizim fəaliyyətimiz urologiya, ginekologiya və ümumi cərrahiyə əməliyyatları üzrə göstərilən tibbi xidmətlərə dəstək olur. Əməkdaşlıq nəticəsində Azərbaycanın Milli Onkologiya Mərkəzi də öz sistemlərini təkmilləşdirəcək və Azərbaycan xalqı bunun bəhrəsini görəcək. Biz bu fəaliyyət sayəsində nəinki Azərbaycanda, eyni zamanda, bütün regionda da çağırışları ünvanlamaq fürsəti əldə edəcəyik. Milli Onkologiya Mərkəzi ilə fəaliyyətimizi, əməkdaşlığımızı davam etdirəcəyimizə ümid edirik".

İlham Haqverdiyev saxlanıldı like
  • 16 Okt 17:42  
Kriminal İlham Haqverdiyev saxlanıldı

Mərkəzi Hərbi Sanatoriyanın rəisi İlham Haqverdiyev saxlanılıb.

arrow Ətraflı
Vəfa Şərifova təyyarədən VİDEOsunu paylaşdı  lağa qoydular like
  • 16 Okt 17:33  
Şou-biznes Vəfa Şərifova təyyarədən VİDEOsunu paylaşdı lağa qoydular

Müğənni Vəfa Şərifova sosial şəbəkələrdə yeni paylaşımı ilə izl

arrow Ətraflı
Məşhur qida şirkəti 16 min işçini çıxarır like
  • 16 Okt 17:21  
Dünya Məşhur qida şirkəti 16 min işçini çıxarır

İsveçrənin nəhəng qida şirkəti "Nestle" xərcləri azaltmaq mə

arrow Ətraflı
Əbdül Kərim əlGəmari öldürüldü like
  • 16 Okt 17:07  
Dünya Əbdül Kərim əlGəmari öldürüldü

Yəmən Husilərinin Baş Qərargah rəisi Məhəmməd Əbdül Kərim əl-Gəmar

arrow Ətraflı
Ramiz Mehdiyev bu möhtəşəm VİLLADA qalırmış like
  • 16 Okt 16:48  
Digərləri Ramiz Mehdiyev bu möhtəşəm VİLLADA qalırmış

Bir neçə gündür barəsində 4 aylıq qəti imkan tədbiri seçilmiş Ramiz M

arrow Ətraflı
"Cabir İmanov haqqında yazanlar Allahsızdırlar" like
  • 16 Okt 16:44  
Şou-biznes "Cabir İmanov haqqında yazanlar Allahsızdırlar"

Xalq yazıçısı Çingiz Abdullayev mərhum Əməkdar artist Cabir İmanovla ba

arrow Ətraflı
Hologram Show Circus Sea Breezedə! like
  • 16 Okt 16:43  
Kriminal Hologram Show Circus Sea Breezedə!

Azərbaycanda ilk dəfə təqdim olunan möhtəşəm premyera!

arrow Ətraflı
Bakıda ticarət mərkəzində meyit TAPILDI like
  • 16 Okt 16:31  
Digərləri Bakıda ticarət mərkəzində meyit TAPILDI

Bakıda ticarət mərkəzində meyit tapılıb.

arrow Ətraflı
Xəyyam Mirzəzadənin 90 illiyinə həsr olunmuş növbəti konsertini keçirəcək like
  • 16 Okt 16:30  
Kriminal Xəyyam Mirzəzadənin 90 illiyinə həsr olunmuş növbəti konsertini keçirəcək

Cadenza orkestri 23 oktyabr saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində görk

arrow Ətraflı
Paşinyan: Azərbaycanla sülh artıq reallıqdır like
  • 16 Okt 16:17  
Digərləri Paşinyan: Azərbaycanla sülh artıq reallıqdır

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyev 

arrow Ətraflı
Bu şəxslərə yeni mənzillər veriləcək like
  • 16 Okt 16:14  
Digərləri Bu şəxslərə yeni mənzillər veriləcək

Gəncə şəhərində yeni yaşayış binalarının tikintisinə başlanılır.

arrow Ətraflı
Bu ölkədə çörək 16 manata satılır like
  • 16 Okt 16:02  
Digərləri Bu ölkədə çörək 16 manata satılır

Dünyada çörəyin qiymətləri açıqlanıb.

arrow Ətraflı
Ramiz Vəliyev bu cəzanı aldı like
  • 16 Okt 16:01  
Kriminal Ramiz Vəliyev bu cəzanı aldı

Vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunan diplomat�

arrow Ətraflı