Pensiya ilə bağlı vacib
Digərləri 16 Okt 2025 09:10:00 84 0
Pensiyaçıların dayanıqlı, ədalətli və etibarlı sosial müdafiəsinin təmin olunması məqsədilə sığorta-pensiya sistemində maliyyə dayanıqlığının artırılması və sığorta prinsiplərinin gücləndirilməsi istiqamətində islahatlar davam etdiriləcək.
Bu xəbəri də oxu: "Qızımın ailəsini dağıtmamaq üçün polisə şikayət etməmişik"
Son.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin tərtib etdiyi "2026-2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi"ndə əksini tapıb.
Sənədə əsasən, hazırda ölkə əhalisinin 69,7 faizi əmək qabiliyyətli yaşda (15-65 yaş), 9,1 faizi isə 65 və daha yuxarı yaş qrupuna aiddir və qeyd olunduğu kimi dünya göstəriciləri ilə müqayisədə hazırkı vəziyyət dövlət pensiya sisteminin maliyyə dayanıqlığı baxımından qənaətbəxşdir.
"Lakin növbəti bir neçə onilliklərdə ölkə əhalisinin tərkibində yaşlı əhalinin sayının və xüsusi çəkisinin artması dövlət pensiya təminatı sisteminin əsas maliyyə mənbəyi olan məcburi dövlət sosial sığorta haqqı ödəyicilərinin sayının azalmasına, nəticə etibarilə isə onun maliyyə öhdəliklərinin artmasına səbəb ola bilər.
Mövcud demoqrafik meyllərə əsasən, 2024-cü ildə 0,6 faiz olan əhalinin illik artım tempinin BMT-nin "Dünya Əhalisinin Perspektivləri" hesabatına görə 2050-ci ilədək kifayət qədər aşağı enəcəyi gözlənilir.
Eyni zamanda, 15-64 yaş aralığında olan əmək qabiliyyətli əhalinin sayının 2030-cu illərin ikinci yarısında maksimum səviyyəyə çatacağı, daha sonra isəazalmağa başlayaraq 2050-ci ildə ümumi əhali strukturunda xüsusi çəkisinin 65,4 faizədək azalacağı proqnozlaşdırılır.
Digər tərəfdən, ən sürətli artım 65 və daha yuxarı yaşda olan əhali qrupunda müşahidə olunacaq. Belə ki, 2024-cü ildə 65 yaşdan yuxarı şəxslərin əhalidə xüsusi çəkisi 9,1 faiz təşkil etdiyi halda, bu göstəricinin 2050-ci ilin sonunadək 18,1 faizə çatacağı gözlənilir", - sənəddə deyilir.
Əlavə edilib ki, əhalinin iqtisadi rifah, tibbi xidmət, sosial təminatının yüksəlməsi fonunda əhalinin gözlənilən orta ömür uzunluğunun artması gözlənilir ki, bu da öz növbəsində əmək pensiyaçılarının orta pensiya ödənişi müddətinin uzanması və Fondun maliyyə yükünün artırılması ilə nəticələnir:
"2024-cü ildə Azərbaycanda orta ömür uzunluğu 74,6 il təşkil edob və mövcud artım tendensiyasının davam edəcəyi halda, BMT-in proqnozlarına əsasən, 2050-ci ildə 78,6 il olacağı gözlənilir. Qeyd olunan demoqrafik yaşlanma, qeyri-formal məşğulluq, əmək bazarındakı struktur dəyişiklikləri və qlobal çağırışlar fonunda əhalinin pensiya təminatının kəmiyyət və keyfiyyətcə artan müasir tələblərə uyğunlaşdırılması əsas prioritetlərdəndir. Pensiyaçıların dayanıqlı, ədalətli və etibarlı sosial müdafiəsinin təmin olunması məqsədilə sığorta-pensiya sistemində maliyyə dayanıqlığının artırılması və sığorta prinsiplərinin gücləndirilməsi istiqamətində islahatların davam etdirilməsi mühüm əhəmiyyət daşıyır.
Bu kontekstdə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sərbəst vəsaitlərinin investisiya fəaliyyətinə cəlb edilməsi pensiya sisteminin uzunmüddətli sabitliyi və gələcək maliyyə davamlılığının təmin olunmasında vacib alət kimi çıxış edir".
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması

Səhər oyandıqdan sonra hiss edilən bəzi əlamətlər bəzən sadə yorğunl

Əməkdar artist Elton Hüseynəliyev yeni fəaliyyətə başlayıb.

Ticarət mərkəzlərinin tualetlərində istifadə olunan təmizlik kağızlar

Bir müddət əvvəl səhhətində problem yaranan Xalq artisti Zaur Rzayev uzun

Oktyabr ayı astroloqlar üçün romantik sürprizlərlə dolu görünür. Bu ay

Braziliyalı ortoped cərrah Daniel Oliveyra insanların üzüüstə yatmaq vər

B qan qrupuna sahib şəxslərin digər qan qruplarına nisbətən daha inatçı

Avstraliyalı Hollivud ulduzu Nikol Kidman gözəllik sirrindən danışıb.

Türkiyəli aktrisa Öykü Çelik, Alaattin Çakıcının oğlu Ali Çakıcıdan

Son elmi araşdırmalar arı zəhərinin bir çox xəstəliklərin müalicəsind

Belarusun "Səs" televiziya şousunun keçmiş iştirakçısı Vera Kr

İşğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası ilə ba�

2026-cı il üçün Azərbaycanın icmal büdcəsinin gəlirlərinin həcmi 2025

2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon mana
