Üzü səhv yumaq qocalmanı sürətləndirir
Digərləri 15 Okt 2025 21:08:00 86 0
Dərinin təmizlənməsi düzgün aparılmadıqda, bu, onun vaxtından əvvəl qocalmasına səbəb ola bilər.
Bu xəbəri də oxu: Tovuzda qatarın vuraraq öldürdüyü şəxsin adı bilindi
Son.az xəbər verir ki, bunu "SM-Kosmetologiya" klinikasının həkim-kosmetoloqu İrina Troitskaya açıqlamasında bildirib.
Qadınların çoxu üz yuma mərhələsini ya ötürür, ya da səhv yerinə yetirir, nəticədə dərinin qoruyucu funksiyası pozulur.
Mütəxəssisin sözlərinə görə, dərini lazımi qədər təmizləmədikdə onun səthində yağ, toz, kosmetika qalığı və oksidləşmiş maddələr yığılır. Bu, sərbəst radikalların aktivliyini artırır, hüceyrələrin yenilənməsini ləngidir və dərinin tutqun, elastikliyini itirmiş hala gəlməsinə səbəb olur. Nəticədə iltihab, məsamələrin tıxanması və erkən qırışlar yarana bilər.
Troitskaya qeyd edib ki, "çərçivəsiz təmizlik" adlandırılan, yəni dərinin "cırıltıya qədər" yuyulması da az yumaq qədər zərərlidir:
"Aqressiv tərkibli yuyucu vasitələr və tez-tez üzü yumaq lipid baryerini dağıdır. Bu baryer dərini qurumaqdan və nəm itkisinə qarşı qoruyur. Nəticədə dəri quruyur, həssaslaşır və qırışlar yaranır."
Kosmetoloq pH səviyyəsi 5,5 olan yumşaq təmizləyiciləri istifadə etməyi, yuyunduqdan sonra üzü dəsmalla silmək əvəzinə yumşaq şəkildə qurulamağı tövsiyə edib.
Troitskaya həmçinin tonik və nəmləndirici kremin vacibliyini vurğulayıb:
"Tonik dərinin balansını bərpa edir, nəmləndirir və kremə hazırlayır. Ardınca çəkilən yüngül nəmləndirici krem lipid qatını möhkəmləndirir və dərinin gənc görünüşünü qorumağa kömək edir."
Mütəxəssislər xəbərdarlıq edir ki, səhv yuma vərdişi dərinin qocalma prosesini illərlə tezləşdirə bilər.
İsmayıl Son.az
İsrailin Baş naziri Benyamin Netanyahu nəfəs yolu infeksiyasına yoluxduğu

"İqlimədavamlı və sağlam şəhərlərə doğru: regional tərəfdaşl�

Xəbər verdiyimiz kimi, ötən gün Xalq artisti Afaq Bəşirqız 70 illik yub

Paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbə sakininin ona məxsus mağazadan

"Şəkərdən imtina bədəni daha enerjili edir".

Hazırda həbsdə olan müğənni Rəqsanə İsmayılova ilə bağlı gözlənil

Rusiya Prezidenti Vladimir Putin və Suriya Prezidenti Əhməd Şara arasında g

Bakıda həyat yoldaşına əzab verməkdə təqsirləndirilən 27 yaşlı oğla

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin sabiq birinci m�

Məşhur türkiyəli aktrisa İrem Helvacıoğlu körpəsini qucağına alıb. A

Azərbaycan, Gürcüstan və Türkiyə respublikalarının Müdafiə nazirliklə

Xalq artisti Sərxan Sərxan uzun aradan sonra görüntüsü yayılıb.

Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fondunun İdarə Heyətinə s

Türkiyənin İstanbul şəhərinin Qaziosmanpaşa rayonunda böyük zərgərlik
