Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş “Leyli və Məcnun” operası Heydər Əliyev Sarayında təqdim olunub FOTO
Kriminal 13 Okt 2025 17:33:00 66 0
Azərbaycan professional musiqisinin banisi, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş "Leyli və Məcnun" operası 10 oktyabr tarixində Heydər Əliyev Sarayında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında nümayiş etdirilib.
Bu xəbəri də oxu: Üç Yol bədii filminin təqdimatı olub FOTO
Üzeyir Hacıbəylinin şah əsəri sayılan "Leyli və Məcnun" operası ilk dəfə 1908-ci ildə səhnəyə qoyulmuş və Şərqdə ilk opera kimi tarixə düşmüşdür. Əsərin bu dəfəki nümayişi həm bəstəkarın yubileyinə dərin ehtiramın ifadəsi, həm də Azərbaycan musiqi mədəniyyətinin zəngin ənənələrinin təntənəsi kimi diqqət çəkib.
Tamaşada baş rolları Rəvanə Əmiraslanlı (Leyli) və Mirəli Sarızadə (Məcnun) ifa ediblər. Leylinin atası rolunda Taleh Yahyayev, anası rolunda Aytən Məhərrəmova, Məcnunun atası rolunda Mütəllim Dəmirov, anası rolunda Afaq Ağayeva, digər rollarda Əməkdar artistlər Təyyar Bayramov (İbn Salam), Cahangir Qurbanov (Nofəl), eləcə də Nəzər Bəylərov (Zeyd) və Pərviz Verdiyev (Şeyx) çıxış ediblər.
Balet hissələrində Leyli rolunu Məryəm Şabakayeva, Məcnun rolunu Rüstəm Hacıyev, uşaq rollarını Laləzar İbrahimli (Leyli) və Adil Əlizadə (Məcnun) canlandırıb.
Tamaşanın dirijoru Əməkdar artist Əyyub Quliyev, quruluşçu rejissoru Nicat Kazımov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Tehran Babayev, kostyumlar üzrə rəssam Leyla Əliyeva, xormeyster Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, xoreoqraf isə Əməkdar artist Yuriy Lobaçevdur.
Suraxanı rayonunun Günəşli qəsəbəsində baş verən yol-nəqliyyat hadis�

AMEA-nın Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu

Külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan

Narkotikdən əziyyət çəkən bir zamanların tanınmış müğənnisi tanınm

Xalq artisti Zülfiyyə Xanbabayeva özü ilə bağlı etiraf edib.

Türkiyədə türk əsilli xarici vətəndaşların ölkədəki hüquqi statusun

Mingəçevirdə yerləşən hotellərin birində ölüm hadisəsi baş verib.

Bu ilin sonunadək Dərnəgül dayanacağının inşasının başa çatdırılma

Müğənnilər Afət Fərmanqızı aparıcı Zaur Nəbioğluna video çəkərək

Trampın İsrail parlamentində çıxışı zamanı insident yaşanıb.

Türkiyənin məşhur sənətçisi İbrahim Tatlıses xalq ozanı Neşet Ertaş�

Fransa prezidenti Emmanuel Makron hökumətinə qarşı verilmiş iki etimadsız

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Yaxın Şərq Sülh Sammitind�

Ard-arda iki ağrıkəsici qəbul edən qız həyatının şokunu yaşayıb.

Şamaxı rayonunda qayınatasını xüsusi amansızlıqla öldürməkdə, qayın
