Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altında olmuş ərazilərində icra edilməsi üçün verdiyi əmrlərin şəkilləri məhkəmədə nümayiş etdirilib
Kriminal 13 Okt 2025 13:41:00 72 0
Oktyabrın 13-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi sənədlərin elan olunması ilə davam etdirilir.
Bu xəbəri də oxu: Bakıda vəzifəli şəxsi bıçaqlayıb öldürdülər
Son.az AZƏRTAC-a istinadən bildirir ki, məhkəmədə müxtəlif sənədlərlə yanaşı, Ermənistan silahlı qüvvələrinə məxsus bir sıra məxfi sənədlər elan olunub. Həmin sənədlərin hər birinin fotoşəkiləri də məhkəmədə nümayiş etdirilib. Sənədlərlə sübut olunur ki, Ermənistan silahlı qüvvələrinin müxtəlif strukturlarına, habelə qondarma qurumun "ordusuna" (Ermənistan silahlı qüvələrinin ən böyük silahlı birləşməsinə - red.) Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində icra edilməsi məqsədilə müxtəlif hərbi tapşırıqlar verilib.
Məsələn, Ermənistan Respublikası silahlı qüvvələrinin baş qərargah rəisi, general-polkovnik Yuri Xaçaturovun 04.05.2016-cı il tarixli, 0119 nömrəli məxfi əmrindən - döyüş tapşırığından görünür ki, qondarma qurumun "ordusunun komandirinə" "6-cı müdafiə rayonu"nun tank əleyhinə çuxur və çuxur yollarının torpaq qatlarını təchiz etmək və aralıq səngər və müdafiə xətti kimi istifadə etmək, "9-cu müdafiə rayonu"nun tank əleyhinə çuxur və çuxur yollarını bir-biri ilə mütləq şəkildə birləşdirmək və bütünləşdirmək, döyüş düzülüşündə olan vasitələri maskalamaq tapşırılıb.
Məhkəmədə Ermənistan Respublikası silahlı qüvvələrinin baş qərargah rəisi, general-leytenant Movses Akopyanın və silahlı qüvvələrin Baş Qərargahının Kəşfiyyat idarəsinin rəisi, polkovnik V.Sarqsyanın Yerevan şəhərində tərtib olunmuş 24.12.2016-cı il tarixli, 016 nömrəli birgə məxfi əmri - döyüş tapşırığı da açıqlanıb və sənədin fotosu nümayiş etdirilib. Məxfi sənəddən görünür ki, qondarma qurumun "ordusunun" şimal-şərq istiqamətində ərazinin incələnməsi və radioelektron kəşfiyyat (REK) bölmələrinin mövqe rayonunun seçilməsi məqsədi ilə 2017-ci il yanvarın 10-14-də 24-cü Xüsusi Təyinatlı Əlahiddə Radiotexniki Alayının işçi qrupunun Yerevan-Xankəndi-Ağdərə-Suqovuşan-Xankəndi-Yerevan marşrutu üzrə səfərinin təşkil edilməsi, həmin əmrin icrasına nəzarət isə Ermənistan Respublikası silahlı qüvvələrinin Baş Qərargahının Kəşfiyyat idarəsinin rəisinə tapşırılıb.
Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, ev 6 ünvanında f�

Xocavənd rayonunda polis odlu silah-sursat satmaq istəyən şəxsi saxlayıb.

Böyük Britaniyada sabiq gözəllik kraliçası Patrixiya Vagner üç məktəb

İsrail hakimiyyəti ABŞ Prezidenti Donald Trampı prezidentin Şərəf Medalı

"Apple" şirkəti "iPhone 14" və "iPhone 15" isti

Nizami Kino Mərkəzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi A

Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan Rizedə açılış mərasimində i�

Bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Xalq artisti Fəx

İlin əvvəlindən bəri Azərbaycanın maliyyə bazarlarında baş verən dön

Son günlər Bakıda "masaj salonu" adı altında fəaliyyət göstər

Azərbaycan Milli Məclisinin sabiq sədri, hazırda Amerikada mühacir həyatı

Sabunçu Tibb Mərkəzinin baş həkimi İlahə Şükürova vəzifəsindən azad

Otman-Bozdağ palçıq vulkanında oktyabrın 11-də, təxminən saat 08:30-09:1
