Yeni körpü tikilir: Sürücülər narazıdırlar Tıxac və qəzalar qaçılmaz olacaq
Digərləri 17 Mar 2025 22:58:00 378 0
Abşeronla Sumqayıtı birləşdirən Saray körpüsündə tikinti işləri yekunlaşmaq üzrədir.
Son.az Xəzər TV-yə istinadən bildirir ki, dörd hərəkət zolaqlı olmaqla inşa edilən körpünün hər iki tərəfində piyadaların rahat hərəkəti üçün 2 metr enində səkilər də nəzərdə tutulub. Yol asfaltlanıb, xətlər çəkilib, amma avtomobil yolu körpüyə uyğunlaşdırılmayıb. Məhz bu səbəbdən həmin ərazidə tıxac və qəzalar qaçılmaz olacaq.
Sakinlərin sözlərinə görə, bütün bunlara səbəb Saray istiqamətində yolun üzərində iaşə obyektlərinin olmasıdır.
Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, körpüdə tikiti işləri layihəyə tam uyğun aparılıb. Ancaq yolun genişləndirilməsi onların səlahiyyətində deyil. Sumqayıt Şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, körpü istifadəyə verildikdən sonra yolda genişləndirmə işləri aparılacaq, piyadaların və nəqliyyatın hərəkətinin rahatlığını təmin etmək məqsədilə əvvəlki yol infrastrukturu körpüyə uyğunlaşdırılacaq.
"Bununla bağlı qərara alınıb ki, yaxın günlərdə Məhəmməd Əsədov küçəsinin genişləndirilməsi ilə bağlı yeni layihə hazırlansın və icrasına başlanılsın", - deyə icra hakimiyyətindən bildirilib.
Bakının Yasamal rayonunda suyun verilişində fasilələr yaranıb.
Avropa İttifaqının (Aİ) Ermənistanın Azərbaycanla sərhədində yerləşd
Ermənistan silahlı qüvvələri mövqelərimizi bir neçə dəfə atəşə tut
Şəkidə məktəblilər arasında dava birinin xəsarət alması ilə nəticəl
Xəbər verdiyimiz kimi, Azərbaycana qarşı çoxsaylı cinayətlər törətmə
Təcili tibbi yardım maşınına yol verən sürücülərin radar tərəfindən
Bürcün bəzi əlamətləri üçün bu həftə maliyyə artımı, uğurlu sövd
Paytaxtın Nizami rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəza
Respublika Endokrinoloji Mərkəzində əməliyyat inzibati işlər üzrə direk
Müharibə dinc şəhərlərin üzərinə çökəndə, bu artıq cəbhə xəttin
Müğənni Vaqif Şıxəliyev qalmaqallı açıqlama edib.
2025-ci ilin yanvar-fevral aylarında dövlət büdcəsinə 6737.6 milyon manat
Bakı Sağlamlıq Mərkəzinin anestezioloq - reanimatoloqu həkim, Nicavat Qaff
Əməkdar artist Nüşabə Ələsgərli ilk dəfə nəvəsini göstərib.
