Bu məhsul kəskin ucuzlaşdı kiloqramı 67 qəpiyə düşdü


Digərləri 11 Okt 2025 18:16:00 70 0

Bu məhsul kəskin ucuzlaşdı  kiloqramı 67 qəpiyə düşdü

İntensiv yağışlar Quba rayonunda meyvə bağlarına ziyan vurub, almanın kiloqramı 6-7 qəpiyə təklif olunur.

Son.az "Report"a istinadla xəbər verir ki, alma becərilməsi Quba rayonunda kənd təsərrüfatının əsas sahələrindən sayılır.

Qubanın alma bağlarında hər il tonlarla məhsul yetişdirilir. Yığılan meyvə yerli bazarlara çıxarılmaqla yanaşı, xarici ölkələrə də ixrac olunur. Sentyabrın ikinci ongünlüyündən etibarən, rayonun alma bağlarında kütləvi məhsul yığımına başlanıb.

Lakin son həftələrdə hava şəraitinin yağıntılı keçməsi səbəbindən bağlarda məhsul yığımında durğunluq müşahidə olunur. Fermerlər məhsulu vaxtında və itkisiz toplamağa çalışsalar da, aramsız yağışlar buna imkan vermir. Nəticədə mənfi təsirlərə məruz qalan almalara bağbanların "çil" adlandırdığı müxtəlif ölçülü ləkələr düşür. Belə olduqda təsərrüfat sahibləri keyfiyyəti dəyişən meyvəyə alıcı tapa bilmədikləri üçün almanı kiloqramı 6-7 qəpiyə emal müəssisələrinə satmaq məcburiyyətində qalıblar.

Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) bitkiçilik sektorunun müdiri Tarverdi İsmayılov məsələ ilə bağlı "Report"un yerli bürosuna bildirib ki, almaya ləkə düşməsinin yağıntı ilə əlaqəsi yoxdur:

"Əgər meyvəyə ləkə düşübsə, deməli, bağlara düzgün aqrotexniki qulluq göstərilməyib və ağacların dərmanlaması vaxtında aparılmayıb. Ona görə də bu məsələdə təbiətin təsirindən danışmaq üçün əsas yoxdur".

Qeyd edək ki, ötən il rayonda alma bağlarının sahəsi təqribən 7 min hektardan çox olsa da, bu il həmin göstərici 6,2 min hektara düşüb. Quba bağlarında daha çox məhsuldarlığı ilə seçilən "Qolden", "Simirenko", "Qrani smit" və "Fuji" sortlarının yetişdirilməsinə üstünlük verilir. Alma becərilməsindən imtina olunan bağ sahələrində isə gilas və digər meyvələr yetişdirilib.

Azərbaycanlı müğənniyə ağır itki like
  • 11 Okt 18:02  
Şou-biznes Azərbaycanlı müğənniyə ağır itki

Məşhur müğənni Şəbnəm Qəhrəmanovaya ağır itki üz verib.

arrow Ətraflı
Xalq artisti Ramiz Quliyevin VƏZİYYƏTİ AÇIQLANDI: "Şüurunun tam bərpa olunması lazımdır" like
  • 11 Okt 17:43  
Kriminal Xalq artisti Ramiz Quliyevin VƏZİYYƏTİ AÇIQLANDI: "Şüurunun tam bərpa olunması lazımdır"

"Yavaş-yavaş şüuru bərpa olunur. Çünki uzun müddətdir yuxulu vəzi

arrow Ətraflı
Qarabağ minalarla ciddi şəkildə çirklənib  Beynəlxalq ekspert like
  • 11 Okt 17:35  
Digərləri Qarabağ minalarla ciddi şəkildə çirklənib Beynəlxalq ekspert

İtkin düşmüş şəxslərin yerlərinin müəyyən edilməsi üzrə ixtisasla

arrow Ətraflı
Natiq Şirinovun vəkilindən məhkəmə çəkişməsi barədə açıqlama like
  • 11 Okt 17:23  
Şou-biznes Natiq Şirinovun vəkilindən məhkəmə çəkişməsi barədə açıqlama

Xalq artisti Natiq Şirinovun hüquqlarını qoruyan vəkili, hüquq üzrə fəl

arrow Ətraflı
Qaradağda vulkan püskürməsi ilə bağlı RƏSMİ AÇIQLAMA like
  • 11 Okt 17:06  
Digərləri Qaradağda vulkan püskürməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət

arrow Ətraflı
“Aytacı asandan sonra 3 aylıq uşağımızın ağladığını eşitdim...” like
  • 11 Okt 16:50  
Digərləri “Aytacı asandan sonra 3 aylıq uşağımızın ağladığını eşitdim...”

Naxçıvanda 4 il əvvəl evləndiyi arvadını asıb öldürməkdə ittiham olu

arrow Ətraflı
Mübariz Tağıyevdən səhhəti ilə bağlı açıqlama like
  • 11 Okt 16:33  
Kriminal Mübariz Tağıyevdən səhhəti ilə bağlı açıqlama

"Səhhətimdə heç bir problem yoxdur, hər şey qaydasındadır".

arrow Ətraflı
"Pul əl çirkidir deyənlərin başı işləmir" like
  • 11 Okt 16:16  
Şou-biznes "Pul əl çirkidir deyənlərin başı işləmir"

"Deyirlər, pul əl çirkidir. Bunu deyənin başı işləmir. Necə əl ç

arrow Ətraflı
Ceyhun Bayramov Hakan Fidanla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib like
  • 11 Okt 16:02  
Siyasət Ceyhun Bayramov Hakan Fidanla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

11 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər na

arrow Ətraflı
Azərbaycanda ilk dəfə olaraq genişmiqyaslı “Balet günləri” layihəsinə start verirlir like
  • 11 Okt 15:57  
Kriminal Azərbaycanda ilk dəfə olaraq genişmiqyaslı “Balet günləri” layihəsinə start verirlir

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ölkədə ilk dəfə olara

arrow Ətraflı
Qayınlardan qorxan kürəkən polis obrazına girdi  Həbs olundu like
  • 11 Okt 15:50  
Digərləri Qayınlardan qorxan kürəkən polis obrazına girdi Həbs olundu

Türkiyənin Adana şəhərində İbrahim Çelik adlı şəxs əhali arasında �

arrow Ətraflı
Soyuq havalar dərini qurudur – Necə qulluq etməli? like
  • 11 Okt 15:04  
Digərləri Soyuq havalar dərini qurudur – Necə qulluq etməli?

Payızın gəlməsi ilə havaların soyuması və rütubətin azalması dəri sa

arrow Ətraflı