Qadın estetik əməliyyatına pul verməyən kişinin başını ƏZDİ
Kriminal 08 Okt 2025 14:23:00 71 0
Xuliqanlıqda təqsirləndirilən Sabrina Məmmədovanın (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.
Bu xəbəri də oxu: MUMda külli miqdarda pul mənimsəyən satıcı həbs edildi
Son.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən sonuncu məhkəmə iclasında qərar elan olunub.
Qərara əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib, zərərçəkmiş şəxsin isə apellyasiya şikayəti qismən təmin olunub, Nərimanov Rayon Məhkəməsinin Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hökmü ləğv edilib. Sabrina Məmmədova Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 1 il 11 ay 29 gün müddətə azadlıqdan məhrumetmə cəzası verilib. Onun cəzasının çəkilməsi qadının himayəsində olan 2013-cü il tarixdə doğulmuş uşağının 14 yaşına çatanadək təxirə salınıb.
İttihama görə, hadisə 2 sentyabr 2023-cü il tarixdə, saat 13:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsinin kəsişməsində yerləşən "Green kafe"nin həyətində qeydə alınıb.
Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, Sabrina Məmmədova təxminən 7-8 il qeyri-rəsmi münasibətdə olduğu, zərərçəkmiş Səttar Balayevdən (adı, soyadı şərtidir) estetik əməliyyatlar üçün 10-15 min manat civarında pul tələb edib. Səttar isə bu tələbi yerinə yetirməkdən imtina etdikdə aralarında mübahisə yaranıb və onlar ayrılmaq qərarına gəliblər.
Hadisədən bir müddət sonra zərərçəkmiş dostu ilə birlikdə "Green kafe"də olarkən Sabrina Məmmədova ora gələrək eks sevgilisinə yaxınlaşıb. Məhkəmə materiallarına əsasən, qadın yüksək səslə Səttara təhqirlər yağdırıb və daha sonra masanın üzərindəki mobil telefonu götürərək bir neçə dəfə onun başına çırpıb. Nəticədə Səttar yüngül dərəcəli bədən xəsarətləri alıb.
Zərərçəkmiş şəxs ifadəsində qadının ondan dəfələrlə estetik əməliyyatlar və ev üçün pul istədiyini, bu səbəbdən münasibətlərində gərginlik yarandığını və hadisəyə görə onu bağışlamadığını deyib.
Məhkəmənin qərarı ilə Sabrina Məmmədova 800 manat cərimə edilib. /Pravda.Az
Polis əməkdaşlarının onlayn qumar və mərc oyunlarına qarşı mütəmadi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatın�

Lalə Azərtaşın verilişində gərgin anlar yaşanıb.

Ağstafa sakinləri rayonu iki hissəyə ayıran və 17 kəndi mərkəzlə birl�

Xəbər verdiyimiz kimi, İstanbulda keçirilən irimiqyaslı narkotik əməliyy

Amerikalı Fendi körpəsinin doğulma anını "Twitch" platformasın

Naxçıvan Muxtar Respublikası üzrə oktyabr ayının pensiya ödənişləri b

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də Xorvati

Azərbaycan Ordusunun hərbi qulluqçusu dünyasını dəyişib.

Əməkdar artist Şəbnəm Tapdıq maraqlı açıqlamalar verib.

Tarif dəyişikliyinin şamil olunduğu avtobusların yeni siyahısı elan edili

Azərbaycanlı müğənni vəsiyyətini açıqladı

Azərbaycanda 6 oktyabr tarixindən unun son topdansatış qiymətləri məlum o

Ağdaş rayonunun Əmirarx kəndi ərazisində baş verən yol-nəqliyyat hadis�
