Hava ilə bağlı polisdən XƏBƏRDARLIQ
Digərləri 07 Okt 2025 19:13:00 80 0
Oktyabrın 8-də ölkə ərazisində gözlənilən hava şəraiti ilə əlaqədar olaraq Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və piyadalara müraciət edib.
Bu xəbəri də oxu: Üstünlük Rusiyada: Bu əraziləri nəzarətə götürdü
Son.az xəbər verir ki, bu haqda Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçsə də, gündüz bəzi yerlərdə çiskinli yağış və duman müşahidə oluna bilər. Azərbaycanın şərq rayonlarında da oxşar hava şəraiti proqnozlaşdırılır. Görünmənin məhdudlaşacağı ehtimalı var.
"Belə hava şəraitində yol hərəkətində diqqətin artırılması, sürət həddinin azaldılması, ara məsafəsinin gözlənilməsi və işıq cihazlarının işlək vəziyyətdə saxlanması xüsusi əhəmiyyət daşıyır. Duman və çiskin zamanı uzaq işıqlar əvəzinə yaxın işıqlardan istifadə olunması, həmçinin avtomobilin texniki göstəricilərinin (təkərlər, əyləc sistemi və s.) yoxlanılması tövsiyə edilir.
Piyadalardan xahiş olunur ki, yolu yalnız müəyyən olunmuş yerlərdən keçsinlər, hava şəraiti ilə əlaqədar gecə vaxtı açıq və ya işıqqaytarıcı elementli geyimlərdən istifadə etsinlər.
Unutmayın: yolda hər bir hərəkət məsuliyyət tələb edir. Təhlükəsizliyiniz üçün qaydalara əməl edin", - məlumatda qeyd edilib.
Qaz xətləri üzərində qoruyucu atıcı klapanın quraşdırılması və orta

Mədə yanmasına qarşı dərmanların tez-tez və nəzarətsiz istifadəsi ba�

Macarıstanın Baş naziri Viktor Orbanın Azərbaycan Respublikasına səfəri

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan R

Zaqatalanın böcəklərin hücumuna məruz qalması barədə xəbər vermişdik

Son.az AZƏRTAC-a istinadən bildirir ki, oktyabrın 7-də Qəbələdə Azərb

Son zamanlar Balakən, Zaqatala bölgəsində evlərə və həyətlərə müxtə

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk və Zaporojye bölgələrində

Səhnədən Uzun müddət uzaq düşən türkiyəli məşhur müğənni Sezen A

17-19 oktyabr tarixlərində Bakı şəhərində, Dreamland Golf Club-da ilk bey

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mövsümi işlər

Tarix və müasirliyin qovuşduğu qədim Azərbaycan şəhəri Qəbələdə ke�

Oktyabrın 6-da Şəmkir rayonunda baş vermiş qətl hadisəsinin təfərrüatl
