Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq münasibətləri müzakirə olunub
Siyasət 07 Okt 2025 00:56:00 62 0
6 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Qazaxıstan Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Yermek Koşerbayev ilə görüşüb.
Bu xəbəri də oxu: İlham Əliyev Qəbələdə Binəli Yıldırımı qəbul edib FOTO
Son.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Nazir Ceyhun Bayramov Qazaxıstanın xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə Yermek Koşerbayevi bir daha təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Görüş zamanı Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə olunub, ölkələrimiz arasında baş tutan ali və yüksək səviyyəli təmasların əməkdaşlığımızın inkişafındakı müstəsna rolu vurğulanıb.
Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri, eləcə də regionda cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Siyasi, iqtisadi, ticarət, nəqliyyat, kommunikasiyalar, humanitar və sair istiqamətlər üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub.
Azərbaycan və Qazaxıstanın üzv olduqları bir sıra regional və beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində əməkdaşlığımızın daha da möhkəmləndirilməsinin əhəmiyyətli olduğu bildirilib.
Azərbaycan-Ermənistan liderlərinin Vaşinqton görüşü zamanı əldə edilmiş tarixi razılaşmaların bölgədə sülh və sabitliyin təmin olunması üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
"Bütün geyimlərim qara olduğu üçün elə bil ki, eynidir. Onları eyn

Gürcüstan Daxili İşlər Nazirliyi oktyabrın 4-də yerli seçkilər günü i

İsrailin Eurovision Mahnı Müsabiqəsindən çıxarılması məsələsi ətraf

Rusiya Prezidenti Vladimir Putin, İsrailin Baş naziri Binyamin Netanyahu ilə

Müğənni Zamiq Hüseynov konsertlərindən pul qazanmadığını açıqlayıb.

Bakı Bələdiyyə teatrının aktrisası Zülfiyyə Məmmədova nişanlanıb.

Evdə böcək əlindən tərpənmək mümkün deyil... Qapı, pəncərə, dəhli

Son.az 7 oktyabr üçün günün ulduz falını təqdim edir:

Binəqədi qəsəbəsində sənədləşmə problemi əhali arasında ciddi naraz

"Comex" birjasında 2025-ci ilin dekabr ayı üçün qızıl fyuçersl

Zavodun damından yıxılan usta dünyasını dəyişib.

Bakının lüks restoranlarında bir nəfərlik şam yeməyi artıq 1000 manata

"Çalışıram ki, tələbə, mağazada işləyən, kassir, az büdcəsi ol

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, keçmiş prezident Sal

Bu ilin aprelində Xaçmazın Xaspoladoba kəndində 45 yaşlı Yaqut Məmmədov
