Düyünün suyuna 1 ədəd əlavə edin Plov həm dəndən qalacaq, həm də dadı 10 qat artacaq
Digərləri 06 Okt 2025 22:19:00 84 0
Plov bişirmək sadə görünsə də, əslində mətbəxdə ən diqqət tələb edən yeməklərdən biridir. Yapışmayan, dən-dən və ləzzətli plov hazırlamaq üçün düzgün texnika və kiçik sirlər vacibdir.
Bu xəbəri də oxu: Yeni çin markası yaradıldı İçinə bir adam güclə sığışır
Son.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, düyü suyuna 1 dilim limon əlavə etmək, plovun həm daha ağ, həm də dən-dən qalmasını təmin edir. Limonun tərkibindəki təbii turşu, düyünün artıq nişastasını suya buraxmasına kömək edir. Bu da bişmə zamanı dənələrin bir-birinə yapışmasının qarşısını alır. Üstəlik, limon düyüyə yüngül parıltı da verir.
Hazırlanması çox sadədir:
Düyünü ilıq və ya isti suda isladın.
İçinə 1 dilim limon əlavə edin.
Düyünü 15-20 dəqiqə bu suda saxlayın.
Daha sonra limonu çıxarın, düyünü yaxşıca yuyun və plovunuzu bişirin.
Bu üsulla düyü həm nişastasını atır, həm də diri qalır.
Dadını dəyişmir, əksinə yaxşılaşdırır
Bəzi insanlar limonun plovun dadını poza biləcəyini düşünə bilər. Amma bu tamamilə yanlışdır. Limon yalnız islatma mərhələsində istifadə olunduğu üçün bişmə zamanı onun dadı yeməyə keçmir. Nəticədə daha yüngül və balanslı bir plov alınır.
Limonun təsirini artırmaq və plovu daha ideal etmək üçün bu qaydalara əməl edin:
Düyünü bol su ilə yaxşıca yuyun.
Bişirməzdən əvvəl bir az kərə yağı ilə 2-3 dəqiqə qovurun.
Ölçülü miqdarda su əlavə edin.
Plovu bişdikdən sonra mütləq 10-15 dəqiqə dəmləyin.
Lalə Qüdrətova Son.az
Bakı şəhərinin Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının

Türkiyənin gənc və populyar aktyorlarından Mert Ramazan Demir, OGM Pictures

2023-cü ilin oktyabr ayından etibarən davam edən hərbi toqquşmalarda 1 150

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

Şimali Karolina ştatında qətllərə nəzarəti gücləndirən qanun qüvvəy

Müğənni İradə Mehri arıqdüşmüş görünmək və daha incə belli olmaq

İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun həbs

Fransanın Baş naziri Sebastien Le Kornelyenin istefasından qısa müddət son

Çinin Tibet Muxtar Bölgəsindəki Everest dağının şərq yamacında güclü

Rusiya ordusu Xarkov vilayətində bir yaşayış məntəqəsini ələ keçirib.

Nəsimi rayonunda növbəti əməliyyatlar zamanı 7 kq narkotik vasitə dövriy

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Ş

Yeni çəkilmiş orta təzyiqli qaz xəttinin mövcud şəbəkəyə birləşdiri
