Məhkəmədə Ermənistan silahlı qüvvələrinin Gəncəyə raketlərlə zərbələr endirməsi ilə bağlı sənədlər elan edilib


Siyasət 06 Okt 2025 14:12:00 76 0

Məhkəmədə Ermənistan silahlı qüvvələrinin Gəncəyə raketlərlə zərbələr endirməsi ilə bağlı sənədlər elan edilib

Oktyabrın 6-da Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi sənədlərin elan olunması ilə davam etdirilir.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, məhkəmə iclasında 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Gəncə şəhərinə raket atılması ilə bağlı sənədlər oxunub. Epizodlar üzrə tədqiq olunan sənədlərdə göstərilib ki, Ermənistan silahlı qüvvələri atəşkəs rejimini və beynəlxalq hüquq normalarını, o cümlədən silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq, 2020-ci il oktyabr ayının 4-də, 5-də, 8-də, 11-də və 17-də cəbhədən uzaqda yerləşən Gəncə şəhərində yaşayış məntəqələrinə, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən təhsil və tibb obyektlərinə, həmçinin mülki əhaliyə və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə 9K58 "Smerç" (BM-30) və 9K72 "Elbrus" tipli raketlərlə zərbələr endiriblər. Bununla da Ermənistan silahlı qüvvələri hərbi zərurətdən irəli gəlməyən genişmiqyaslı dağıntılar, mülki vətəndaşların xəsarət alması və ölümü ilə nəticələnən, habelə mülki əhalinin xüsusilə külli miqdarda əmlakının məhv edilməsi ilə müşayiət olunan terrorçuluq və digər cinayətlər törədiblər.

İstintaq zamanı qeyd olunan hadisələrin hər biri üzrə hadisə yerlərinə baxış keçirilib, həlak olmuş şəxslərin meyitlərinin tibb eksperti tərəfindən müayinəsinin aparılması, habelə yaralanmış şəxslərin xəsarətlərinə dair tibbi rəylərin alınaraq iş materiallarına əlavə edilməsi, ölmüş zərərçəkmiş şəxslərin hüquqi varislərinin tanınaraq dindirilməsi həyata keçirilib, eyni zamanda, xəsarət almış şəxslərin zərərçəkmiş şəxs qismində tanınmalarına dair qərarların qəbul edilərək iş üzrə dindirilməsi, habelə şahidlərin dindirilməsi və sair istintaq hərəkətlərinin həyata keçirilməsi təmin edilib.

Sənədlərdə qeyd olunub ki, 2020-ci il oktyabr ayının 4-də, 5-də, 8-də, 11-də və 17-də Gəncə şəhərinə edilmiş raket hücumları nəticəsində 26 mülki şəxs qəsdən öldürülüb, 175 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həlak olmuş 26 nəfərdən 10-u kişi, 10-u qadın, 6-sı isə yetkinlik yaşına çatmayan şəxslərdir. Xəsarət almış 175 nəfərin isə 61-i kişi, 66-sı qadın, 48-i isə yetkinlik yaşına çatmayanlardır.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Putinin ad günü planı bəlli oldu like
  • 06 Okt 14:00  
Dünya Putinin ad günü planı bəlli oldu

Putinin ad gününə dair planları məlum olub.

arrow Ətraflı
"Xanımımın ayaqlarını yuyaram, üstəlik masaj da edərəm"  VİDEO like
  • 06 Okt 13:54  
Şou-biznes "Xanımımın ayaqlarını yuyaram, üstəlik masaj da edərəm" VİDEO

Müğənnilər Musa Musayev və Təranə Qumral efirlərin birində qonaq olubla

arrow Ətraflı
Taksi sürücüsü yolda təhlükə saçdı like
  • 06 Okt 13:42  
Digərləri Taksi sürücüsü yolda təhlükə saçdı

Paytaxtda taksi sürücüsünün təhlükəli hərəkətləri sərnişin tərəf

arrow Ətraflı
Madonna Maskın milyonluq təklifini rədd etdi  "Ruhum satılmır" like
  • 06 Okt 13:20  
Şou-biznes Madonna Maskın milyonluq təklifini rədd etdi "Ruhum satılmır"

Pop musiqisinin əfsanəsi Madonna "Tesla"nın yeni siması olmaq üç

arrow Ətraflı
"Tarqovu"da dekorativ ağacların arasında "pomidor ştili" like
  • 06 Okt 13:11  
Digərləri "Tarqovu"da dekorativ ağacların arasında "pomidor ştili"

Bakının mərkəzində - "Tarqovu" kimi tanınan ərazodə qeyri-adi

arrow Ətraflı
Bu məktəblərin adı DƏYİŞDİRİLDİ like
  • 06 Okt 13:08  
Digərləri Bu məktəblərin adı DƏYİŞDİRİLDİ

Naxçıvan Muxtar Respublikasında (MR)bir sıra musiqi təhsili müəssisələr

arrow Ətraflı
Güclü maqnit qasırğaları gəlir  Alimlərdən 68 oktyabr üçün XƏBƏRDARLIQ! like
  • 06 Okt 13:00  
Digərləri Güclü maqnit qasırğaları gəlir Alimlərdən 68 oktyabr üçün XƏBƏRDARLIQ!

Maqnit qasırğaları həm insanların səhhətinə, həm də texnologiyaların

arrow Ətraflı
Ersin Tatar Azərbaycana səfərə gəlib like
  • 06 Okt 12:58  
Siyasət Ersin Tatar Azərbaycana səfərə gəlib

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Türk Dövlətləri

arrow Ətraflı
"Ərim mənimlə eyni yatağı paylaşmır" like
  • 06 Okt 12:45  
Digərləri "Ərim mənimlə eyni yatağı paylaşmır"

"Kişi də, qadın da ehtirasının hansı səviyyədə olmasını bilmirdi"

arrow Ətraflı
Tbilisidə son vəziyyət  Prezident sarayına hücum edildi  like
  • 06 Okt 12:37  
Dünya Tbilisidə son vəziyyət Prezident sarayına hücum edildi

Gürcüstanın paytaxtı Tbilisidə dünən axşam da hökumət əleyhinə aksiy

arrow Ətraflı
Temperatur artır  Sabah 28 dərəcə isti olacaq like
  • 06 Okt 12:30  
Digərləri Temperatur artır Sabah 28 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olaca

arrow Ətraflı
"ChatGPT"dən soruşduğu suala görə həbs olundu like
  • 06 Okt 12:24  
Digərləri "ChatGPT"dən soruşduğu suala görə həbs olundu

ABŞ-ın Florida ştatında 13 yaşlı məktəbli ChatGPT-dən dostunu öldürm�

arrow Ətraflı
Fransada siyasi gərginlik pik həddə  Seçkilər tələb olunur like
  • 06 Okt 12:20  
Dünya Fransada siyasi gərginlik pik həddə Seçkilər tələb olunur

Fransada baş nazir Sebastyan Lekornyunun istefası böyük rezonans doğurub.

arrow Ətraflı
XTQ ermənilərin içinə belə sızıbmış... like
  • 06 Okt 12:12  
Digərləri XTQ ermənilərin içinə belə sızıbmış...

XTQ Kamran İbrahimov YouTube kanallarının birinə müsahibəsi diqqət çə

arrow Ətraflı
Tərtərdə ölümlə nəticələnən ağır qəzanın like
  • 06 Okt 12:08  
Digərləri Tərtərdə ölümlə nəticələnən ağır qəzanın

Tərtər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

arrow Ətraflı