Dənizlə Azərbaycana yarım ton narkotik keçirmək istədilər
Kriminal 04 Okt 2025 12:29:00 58 0
Xəzər dənizi vasitəsilə Azərbaycana 510 kq narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.
Bu xəbəri də oxu: Polis əməliyyatlar keçirdi
Bu barədə Son.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, Xəzər dənizində keçirilmiş tədbirlər nəticəsində xüsusilə külli miqdarda narkotik vasitənin İrandan Azərbaycana keçirməyə cəhd göstərən mütəşəkkil cinayətkar qrupun üzvləri saxlanılıb.
Sentyabr ayının 27-də Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri və texniki müşahidə məntəqələrinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizində naməlum hədəf aşkar edilib.
Aşkarlanmış hədəfin saxlanılması məqsədilə dövlət sərhədinin mühafizəsində olan sərhəd gəmiləri tərəfindən təqibetmə əməliyyatına başlanılmış, sahil nəzarəti bölmələri sahil xəttinin qapadılması məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirib.
Azərbaycan ərazi sularında və sahilboyu ərazidə həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində üzmə vasitəsinin saxlanılması məqsədilə "Dövlət sərhədi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq xəbərdarlıq atəşi açılıb, üzmə vasitəsi Xəzər dənizinin Xaçmaz rayonu ərazisində sahilə yan almağa məcbur edilib.
İlkin dindirmə zamanı saxlanılan şəxslərin İran İslam Respublikası vətəndaşları - 1979-cu il təvəllüdlü Atacani Tahir Xaləd, 1987-ci il təvəllüdlü Məxtumi Sadiq Ərazqurban və 1989-cu il təvəllüdlü Qangerme Omid Çalce olması müəyyən edilib.
Oktyabr ayı bəzi bürclər üçün maddi baxımdan dönüş nöqtəsi olacaq.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeli

Azərbaycan Prezidenti İlham Əliyev 2025-2026-cı tədris ilində ali təhsil

"Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin fəali

Müğənnilər Təranə qumral və Musa Musayev efirlərdən birindı qonaq olub

Donetsk vilayətinin Konstantinovka şəhərinin azərbaycanəsilli sakini, əsl

Oktyabrın 3-də ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdən

Məşhur reper və prodüser Sean "Diddy" Combs 4 il 2 ay həbs cəza

Son 5 il ərzində (2020-ci ilin iyun ayı ilə müqayisədə) Azərbaycanda ilk

"Yeşilçam"ın tanınmış siması Recep Bülbülses həyatını itir

Xəbər verdiyimiz ki, Azərbaycanın sabiq səhiyyə naziri Oqtay Şirəliyev �

Xəbər verdiyimiz kimi, Gəncədə piyadanın ölümü ilə nəticələnən yo
