Kamaləddin Qafarov: “Cəbrayılın azad edilməsi çox mühüm strateji uğur idi”


Digərləri 04 Okt 2025 10:00:00 80 0

Kamaləddin Qafarov: “Cəbrayılın azad edilməsi çox mühüm strateji uğur idi”

"Azərbaycanın şanlı dövlətçilik tarixinə 2020-ci ilin 44 günlük Vətən müharibəsi ən parlaq Zəfər səhifəsi kimi yazılıb. Bu savaşda hər bir kəndin, hər bir qəsəbənin azad olunması xalqımıza böyük qürur hissi yaşatdı. Ancaq həmin qələbələr arasında elə gün var ki, həm hərbi, həm də siyasi baxımdan xüsusi simvolik məna daşıyır. 4 oktyabr - Cəbrayıl şəhərinin azad edildiyi gün məhz belə tarixi hadisədir." Bu sözləri  mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkilinin sözlərinə görə, Cəbrayılın işğalı ilə azadlığı arasında uzanan 27 illik dövr Azərbaycan xalqının həm ağrı, həm də ümidlərlə dolu tarixini əks etdirir: "1993-cü ilin avqustunda Cəbrayıl rayonu işğal edildi. 1 şəhər, 4 qəsəbə, 92 kənd erməni vandalları tərəfindən dağıdıldı, minlərlə sakin məcburi köçkünə çevrildi. Yüzlərlə tarixi abidə və mədəniyyət ocağı yerlə-yeksan olundu. Ancaq bütün bu faciələr xalqın iradəsini sındıra bilmədi. Azərbaycan dövləti bu illərdə həm iqtisadi, həm də hərbi gücünü möhkəmləndirdi və nəhayət, 2020-ci ildə ədaləti bərpa etdi." Kamaləddin Qafarov bildirib ki, Cəbrayılın azad olunması müharibənin strateji gedişatını dəyişdi: "Oktyabrın 4-də Azərbaycan Ordusu Cəbrayıl şəhərini və ətraf kəndləri işğaldan azad etdi. Düşmən burada möhkəm istehkamlar qurmuşdu, lakin əsgərlərimizin fədakarlığı sayəsində bu maneələr yarıldı. Cəbrayıl əməliyyatı ilə Ordumuz həm Zəngilan, Qubadlı, Laçın istiqamətində, həm də Xocavənd və Hadrut üzərində nəzarət üçün əlverişli mövqelər qazandı. Əslində, bu qələbə sonrakı həlledici mərhələlərin açarı oldu. Həmin gün Xudafərin körpüsündə qaldırılan üçrəngli bayraq isə Azərbaycan dövlətinin tarix qarşısında haqq savaşını təcəssüm etdirdi." Deputat  qeyd edib ki, cənab Prezident İlham Əliyevin 2023-cü ildə imzaladığı sərəncamla 4 oktyabrın Cəbrayıl şəhəri günü elan olunması bu qələbənin əhəmiyyətini daha da artırır. Onun fikrincə, bu, həm də yeni dövrün başlanğıcıdır: "Bu gün Cəbrayılda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Araz Vadisi İqtisadi Zonası, sənaye parkları, müasir yollar, enerji layihələri rayonun gələcək inkişafına xidmət edir. İlk köç karvanının Cəbrayıla yola salınması isə Böyük Qayıdışın gerçəkliyə çevrildiyini göstərir. Artıq insanlar doğma torpaqlarına qayıdır, yeni evlər, məktəblər, mədəniyyət ocaqları tikilir. Bu, həm ədalətin, həm də həyatın qələbəsidir." Kamaləddin Qafarov deyib: "Cəbrayılın azad olunması yalnız bir şəhərin qurtuluşu deyildi. Bu hadisə Azərbaycan xalqının haqq səsinin, gücünün və birliyinin dünyaya nümayişi idi. 4 oktyabr  bu mənada  Cəbrayılın zəfər günü ilə yanaşı, həm də gələcək nəsillərin də  milli qürur və dövlətçilik dərsi kimi daim yaddaşlarda qalacaqdır."


Xəbərə aid fotolar

HAMAS israilli girovları azad etməyə və Qəzzanın idarəçiliyini təhvil verməyə hazırdır like
  • 04 Okt 09:53  
Dünya HAMAS israilli girovları azad etməyə və Qəzzanın idarəçiliyini təhvil verməyə hazırdır

HAMAS hərəkatı Donald Trampın Qəzza sülh planına cavabını vasitəçilə

arrow Ətraflı
Türk dövlətləri gələcəyi indi müəyyənləşdirir like
  • 04 Okt 09:52  
Siyasət Türk dövlətləri gələcəyi indi müəyyənləşdirir

SSRİ-in dağılmasından sonra müstəqillik qazanan bir neçə türkdilli resp

arrow Ətraflı
Bu BÜRCLƏRİN arzuları like
  • 04 Okt 09:41  
Digərləri Bu BÜRCLƏRİN arzuları

Astroloqların proqnozlarına görə, yaxın günlər bəzi bürclər üçün x�

arrow Ətraflı
Oqtay Şirəliyevin dəfn yeri məlum oldu like
  • 04 Okt 09:40  
Digərləri Oqtay Şirəliyevin dəfn yeri məlum oldu

Ötən gün vəfat edən Azərbaycanın sabiq səhiyyə naziri Oqtay Şirəliye

arrow Ətraflı
Şəbnəm Tovuzlunun mühafizəçiləri gündəm oldu like
  • 04 Okt 09:30  
Şou-biznes Şəbnəm Tovuzlunun mühafizəçiləri gündəm oldu

Müğənni Şəbnəm Tovuzlu görüntüsü ilə diqqət çəkib.

arrow Ətraflı
Bu gün Cəbrayıl Şəhəri Günüdür like
  • 04 Okt 09:29  
Digərləri Bu gün Cəbrayıl Şəhəri Günüdür

Böyük Qayıdışımız məhz Cəbrayıldan, Aprel döyüşlərində azad olunm

arrow Ətraflı
İsrail Qəzzadakı əməliyyatları like
  • 04 Okt 09:19  
Dünya İsrail Qəzzadakı əməliyyatları

İsrail Ordusu Radiosu İsrail hökumətinin orduya Qəzzadakı əməliyyatı da

arrow Ətraflı
Türkiyədə zəlzələ oldu like
  • 04 Okt 09:10  
Digərləri Türkiyədə zəlzələ oldu

Türkiyənin qərbində Kütahya vilayətində 4,1 bal gücündə zəlzələ olu

arrow Ətraflı
"İsrail Qəzzanı bombalamağı dərhal dayandırmalıdır" like
  • 04 Okt 09:00  
Dünya "İsrail Qəzzanı bombalamağı dərhal dayandırmalıdır"

ABŞ prezidenti Donald Tramp HAMAS hərəkatının sülhə hazır olduğuna əmi

arrow Ətraflı
Bu ağcaqanadlar təhlükəlidir  Xəstəlik yayırlar like
  • 04 Okt 08:36  
Dünya Bu ağcaqanadlar təhlükəlidir Xəstəlik yayırlar

Böyük Britaniyada ilk dəfə olaraq, tropik xəstəliklər yaya bilən təhlü

arrow Ətraflı
"Nəsə olsa, varlılar yox, siz kasıblar öləcəksiniz" like
  • 04 Okt 08:08  
Şou-biznes "Nəsə olsa, varlılar yox, siz kasıblar öləcəksiniz"

"Diana həyatını bomba yaşayır. Bacarırsınız, siz də yaşayın. Sab

arrow Ətraflı
Alzheimerin müalicəsində yeni üsul kəşf olundu like
  • 04 Okt 07:07  
Digərləri Alzheimerin müalicəsində yeni üsul kəşf olundu

Alzheimer xəstəliyinin müalicəsində yeni üsul kəşf olunub.

arrow Ətraflı
Siqareti tərgitməyin ən təsirli üsulları like
  • 04 Okt 06:06  
Digərləri Siqareti tərgitməyin ən təsirli üsulları

Yeni elmi təhlillər və beynəlxalq tövsiyələr göstərir ki, siqareti tər

arrow Ətraflı
Qan şəkərini tarazlayan təbii qidalar  Şəkərə qarşı təsirli üsul like
  • 04 Okt 05:05  
Digərləri Qan şəkərini tarazlayan təbii qidalar Şəkərə qarşı təsirli üsul

Diabet bu gün milyonlarla insanı təsir edən xroniki xəstəlikdir. Qan şək

arrow Ətraflı
Dünyanın "ürəyini parçalayan" görüntülər: Şahzadə Diananın son kadrları ÜZƏ ÇIXDI like
  • 04 Okt 04:04  
Dünya Dünyanın "ürəyini parçalayan" görüntülər: Şahzadə Diananın son kadrları ÜZƏ ÇIXDI

Britaniya kral ailəsinin ən çox sevilən üzvlərindən biri olan Şahzadə D

arrow Ətraflı