Məzahir Pənahovun gəlini: “Pasportumu götürüb qaçdım”


Digərləri 02 Okt 2025 22:34:00 76 0

Məzahir Pənahovun gəlini: “Pasportumu götürüb qaçdım”

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahov onunla bağlı çıxarılan boşanma və əmlakın qaytarılmasına dair məhkəmə qərarlarından narazı qalıb və Ali Məhkəməyə şikayət verib.  

M.Pənahovun həyat yoldaşı Həlimə Ələsgərova həm aralarındakı nikaha xitam verilməsi, həm də zinət əşyaları, cehizi, paltarları və s. əmlakının qaytarılması tələbiylə məhkəmədə iddia qaldırmışdı. Cütlük 2022-ci ilin iyulunda evlənib. İki il sonra qadın boşanma üçün məhkəməyə üz tutub. H.Ələsgərova bildirib ki, evləndikləri ilk vaxtlardan Məhəmməd onu döyüb, ancaq ailəsinin dağılmaması üçün uzun müddət dözüb. Onlar 2023-cü ilin oktyabrında Amerikaya - Kaliforniya ştatının Los-Anceles şəhərinə yaşamağa gediblər. H.Ələsgərova ötən ilin yanvarında Bakıya gəlib, təxminən iki ay burada qalandan sonra, martın sonunda həyat yoldaşının yanına qayıdıb. Onun sözlərinə görə, Amerikada təxminən iki ay M.Pənahovla birlikdə yaşayandan sonra onun işgəncələrinə dözə bilməyib: "Növbəti işgəncədən sonra - mayın 27-də, Məhəmməd yatdığı vaxt gizli şəkildə pasportumu və bank kartımı götürüb Bakıya qaçdım".

Qadının dediyinə görə, əri Azərbaycana qayıtdığını bilincə, onun Bakıda yaşadıqları evə buraxılmamasına göstəriş verib. Bu məqsədlə evin qapılarındakı açarları dəyişiblər. 

Sənəti rəssam olan H.Ələsgərova, bu üzdən, evdə rəsm əsərlərindən tutmuş, şəxsi əşyalarına, cehizinədək heç nəyini götürə bilmədiyini söyləyir.

"Kameralar işlədiyindən ora gedib nəsə götürsəydim, ortada sübut olardı"

Bakıya qayıdandan bir ay sonra - 2024-cü ilin iyununda boşanmaq üçün məhkəmədə iddia qaldıran H.Ələsgərova əşyalarını da tələb edib. Bildirib ki, dəyəri 170 min manat olan və toyda hədiyyə verilmiş brilyant komplekt, 85 min manatlıq təkqaş brilyant üzük, 70 min manatlıq bir başqa sırğa-üzük dəsti və s. çoxsaylı zinət əşyaları qayınanası Emma Pənahovadadır. Amerikaya gedəndə ərinin göstərişiylə ona saxlamağa vermişdi: "Deyirlər ki, mən o əşyaları özüm həmin evdən götürmüşəm. Həmin evdə, hətta eyvanlarda, dəhlizlərdə, hər yerdə 24 saat kamera işləyir. Mən ora gedib nəsə götürsəydim, ortada sübut olardı".

Məhkəmədə H.Ələsgərovanın əmlakla bağlı iddiasına baxılanda tələb etdiyi əşyalarının bir hissəsi qaytarılıb. Yük taksisi vasitəsiylə əşyalar sənədləşdirilərək onun yaşadığı evə göndərilib. Bu üzdən, o, məhkəmənin gedişində tələb etdiyi əşyaların siyahısını azaldıb, ancaq qalan əşyaları, yaxud onların pulunu tələb edib. Bunların arasında qızıl-zinət əşyalarından başqa xəz geyimlər, bahalı ziyafət paltarları, ayaqqabılar, çantalar və s. də var.

Əmlak məsələsi ilə bağlı Pənahovlar ailəsiylə gəlin arasında qalmaqal yaşanıb. Qarşı tərəf bildirib H.Ələsgərova düz danışmır, nəyi varsa, götürüb aparıb. Tələb etdiyi 170 min manatlıq komplekt özünün deyil, baldızınındır, sadəcə, toyda ona taxmaq üçün vermişdi.

H.Ələsgərova ya qalan əşyalarını, ya da onların dəyərini təxmini hesablayıb, 590 min manata yaxın pul tələb edib. Məhkəmə onu haqlı sayaraq qalan geyim, cehiz və zinət əşyalarının qaytarılması, yaxud onların əvəzində 393 min manat ödənilməsi barədə qərar çıxarıb. (Azpolitika.info)

Paytaxtın bu ərazilərində qaz olmayacaq like
  • 02 Okt 22:23  
Digərləri Paytaxtın bu ərazilərində qaz olmayacaq

Qaz xətti üzərində siyirtmənin quraşdırılması ilə bağlı 03.10.2025-c

arrow Ətraflı
“Alim Qasımov indi şöhrətlənib məni yada salmır” like
  • 02 Okt 22:14  
Şou-biznes “Alim Qasımov indi şöhrətlənib məni yada salmır”

"Mən Asəf Zeynallı adına musiqi kollecində musiqi ədəbiyyatı dərsi

arrow Ətraflı
Saç ustası olduğu deyilirdi, yenə həkimliyə başlayıb?  Video like
  • 02 Okt 22:00  
Digərləri Saç ustası olduğu deyilirdi, yenə həkimliyə başlayıb? Video

Saxta həkim olduğu deyilən "Uğur-777" estetik klinikasında etdiyi

arrow Ətraflı
“Elgizin, Zaurun verilişinə ekspert kimi gedirəm, məni müalicə etdirirlər”  Aktyorla like
  • 02 Okt 21:36  
Şou-biznes “Elgizin, Zaurun verilişinə ekspert kimi gedirəm, məni müalicə etdirirlər” Aktyorla

Lent.az-ın müsahibi "Kukla Teatrı"nın aktyoru, Əməkdar artist R�

arrow Ətraflı
"Bakı ilə İrəvan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edirəm" like
  • 02 Okt 21:20  
Siyasət "Bakı ilə İrəvan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edirəm"

Makron Bakı ilə İrəvan arasında sülh sazişinin tezliklə imzalanacağına

arrow Ətraflı
Narin cinayəti ilə bağlı həbs edilən 3 nəfər sərbəst buraxıldı like
  • 02 Okt 21:00  
Digərləri Narin cinayəti ilə bağlı həbs edilən 3 nəfər sərbəst buraxıldı

Türkiyədə 8 yaşlı Narin Güranın qətlinə görə aparılan istintaq və m

arrow Ətraflı
Gümüş 14 ildən sonra rekordunu yenilədi like
  • 02 Okt 20:44  
Digərləri Gümüş 14 ildən sonra rekordunu yenilədi

"Comex" birjasında dekabr çatdırılması üzrə gümüş fyuçersl�

arrow Ətraflı
Elzanın daha bir istedadı like
  • 02 Okt 20:30  
Şou-biznes Elzanın daha bir istedadı

Əməkdar artist Elza Seyidcahan daha bir istedadı var imiş.

arrow Ətraflı
“Növbəti sammit İrəvanda olacaq”  Paşinyan like
  • 02 Okt 20:15  
Digərləri “Növbəti sammit İrəvanda olacaq” Paşinyan

"Avropa Siyasi Birliyi"nin növbəti - 8-ci sammiti 2026-cı il mayın

arrow Ətraflı
Səbinə Ərəbli Xankəndiyə köçdü like
  • 02 Okt 19:42  
Şou-biznes Səbinə Ərəbli Xankəndiyə köçdü

Müğənni Səbinə Ərəbli Bakıdan köçüb.

arrow Ətraflı
Nazirlər hansı universitetləri bitirib?  SİYAHI like
  • 02 Okt 19:36  
Digərləri Nazirlər hansı universitetləri bitirib? SİYAHI

Dövlətin ali icra orqanlarının rəhbərləri olan nazirlər yalnız siyasi t

arrow Ətraflı
Azərbaycanlı sənətçi 1 milyonluq borca düşdü  “Lexus”usunu SATDI, like
  • 02 Okt 19:30  
Şou-biznes Azərbaycanlı sənətçi 1 milyonluq borca düşdü “Lexus”usunu SATDI,

Aşıq Zülfiyyə Bayramova açıqlaması ilə diqqət çəkib.

arrow Ətraflı
Xırdalanda küçəni su basdı like
  • 02 Okt 19:04  
Digərləri Xırdalanda küçəni su basdı

Xırdalanda yanğın hidrantında nasazlıq yaranıb.

arrow Ətraflı
Türk dünyası təhsil mövzulu beynəlxalq film yarışmasında birləşir like
  • 02 Okt 18:54  
Digərləri Türk dünyası təhsil mövzulu beynəlxalq film yarışmasında birləşir

Türkiyədə keçirilən 9-cu Beynəlxalq Təhsil Mövzulu Qısa Film Yarışmas

arrow Ətraflı