Kamaləddin Qafarov: “Azərbaycanİtaliya strateji tərəfdaşlığı uğurla inkişaf edir”


Siyasət 02 Okt 2025 16:10:00 62 0

Kamaləddin Qafarov: “Azərbaycanİtaliya strateji tərəfdaşlığı uğurla inkişaf edir”

"Sentyabrın 30-da Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarella arasında keçirilən görüş və səsləndirilən bəyanatlar iki ölkə arasında münasibətlərin bugünkü səviyyəsini bir daha aydın şəkildə nümayiş etdirdi".

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, vurğulayıb ki, artıq Azərbaycan ilə İtaliya arasında əlaqələr sadəcə diplomatik çərçivədə deyil, strateji tərəfdaşlıq səviyyəsindədir.

"Təsadüfi deyil ki, ölkələrimiz arasında iki mühüm strateji tərəfdaşlıq sənədi mövcuddur və bu sənədlər sayəsində əlaqələr daha da dərinləşib. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, İtaliya hazırda ölkəmizin birinci ticarət tərəfdaşıdır. Bu isə təkcə iqtisadi maraqların deyil, eyni zamanda, siyasi və humanitar sahələrdə etibarlı əməkdaşlığın bariz nümunəsidir".

Millət vəkili bildirib ki, energetika sahəsindəki əməkdaşlıq Azərbaycan-İtaliya münasibətlərinin ən mühüm sütunlarından birini təşkil edir:

"Xüsusilə Cənub Qaz Dəhlizi və TAP layihəsi çərçivəsində həyata keçirilən işlər Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevirib. Cənab Prezident İlham Əliyevin öz bəyanatında vurğuladığı kimi, bu gün Azərbaycan 14 ölkəyə təbii qaz ixrac edir və qaz ixracının coğrafi əhatəsinə görə dünyada lider mövqedədir. Bu uğurlar, şübhəsiz ki, iki ölkə arasında qarşılıqlı inamın, dəqiq strateji planlamanın və uzunmüddətli əməkdaşlığın nəticəsidir. Qeyd etmək lazımdır ki, İtaliya Prezidentinin TAP layihəsinin reallaşması üçün göstərdiyi şəxsi səylər də bu tərəfdaşlığın nə qədər dərin və səmimi olduğunu göstərir".

K.Qafarov Azərbaycan ilə İtaliya arasında humanitar sahədə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib:

"Dövlət başçımızın çıxışında xüsusi yer ayırdığı İtaliya-Azərbaycan Universiteti humanitar sahədə əlaqələrin inkişafı məqsədilə atılmış strateji addımlardan biridir. Bu universitet təkcə yüksək ixtisaslı kadrların hazırlanmasına xidmət etmir, həm də iki xalq arasında mədəni körpülərin qurulmasına təkan verir. Bu gün yüzlərlə gəncin burada təhsil alması, gələcəkdə isə bu gənclərin Azərbaycan ilə İtaliya arasında dostluğun daşıyıcıları kimi yetişməsi bizim üçün strateji dəyərə malikdir. Eyni zamanda, Avropa İttifaqı ilə əməkdaşlıq məsələsində İtaliyanın Azərbaycana verdiyi dəstək də xüsusi qeyd olunmalıdır. Bu, İtaliyanın Cənubi Qafqazda sabitlik və tərəfdaşlığa verdiyi əhəmiyyətin göstəricisidir. Bütün bu faktlar bir daha sübut edir ki, Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq modeli bu gün beynəlxalq əməkdaşlıq üçün nümunə sayıla bilər" . 


Xəbərə aid fotolar

Türkiyədə zəlzələ baş verdi like
  • 02 Okt 16:05  
Digərləri Türkiyədə zəlzələ baş verdi

Türkiyədə zəlzələ baş verib.

arrow Ətraflı
Prezident: AzərbaycanÖzbəkistan əlaqələri çoxşaxəli əməkdaşlıq gündəliyinə malikdir like
  • 02 Okt 16:00  
Siyasət Prezident: AzərbaycanÖzbəkistan əlaqələri çoxşaxəli əməkdaşlıq gündəliyinə malikdir

Azərbaycan-Özbəkistan əlaqələri çoxşaxəli əməkdaşlıq gündəliyinə

arrow Ətraflı
Kral ailəsində daha bir qalmaqal  Mərasimə qatılmayacaq like
  • 02 Okt 16:00  
Dünya Kral ailəsində daha bir qalmaqal Mərasimə qatılmayacaq

İngiltərə kral ailəsinin üzvləri Şahzadə Endrü York hersoqu və onun k

arrow Ətraflı
Tramp bu ölkənin təhlükəsizliyinə qarant oldu like
  • 02 Okt 15:50  
Digərləri Tramp bu ölkənin təhlükəsizliyinə qarant oldu

ABŞ Prezidenti Donald Tramp Qətərə qarşı mümkün xarici hücumların ABŞ

arrow Ətraflı
Kosmosda internet istifadəsi mümkün olacaq like
  • 02 Okt 15:43  
Dünya Kosmosda internet istifadəsi mümkün olacaq

ABŞ-nin kosmik agentliyi NASA, "Artemis" proqramı çərçivəsində

arrow Ətraflı
“Milliön şans” lotereyasına möhtəşəm hədiyyələrlə start verildi! like
  • 02 Okt 15:36  
Digərləri “Milliön şans” lotereyasına möhtəşəm hədiyyələrlə start verildi!

Milliön ödəniş terminalları "Milliön şans" lotereyası ilə hə

arrow Ətraflı
Qarabağ Universitetində “Ustad dərsləri silsiləsi” layihəsinə başlanılıb  FOTO like
  • 02 Okt 15:29  
Digərləri Qarabağ Universitetində “Ustad dərsləri silsiləsi” layihəsinə başlanılıb FOTO

Qarabağ Universitetinin İncəsənət fakültəsində tələbələrin peşəkar

arrow Ətraflı
Xalq artistinin "ölümlü" paylaşımı DİQQƏT ÇƏKDİ like
  • 02 Okt 15:22  
Şou-biznes Xalq artistinin "ölümlü" paylaşımı DİQQƏT ÇƏKDİ

Xalq Artisti Naibə Allahverdiyeva paylaşımı ilə diqqət çəkib. 

arrow Ətraflı
90dək yaşı olan məktəb Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edildi  VİDEO  FOTO like
  • 02 Okt 15:20  
Digərləri 90dək yaşı olan məktəb Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edildi VİDEO FOTO

Builki tədris ilində də Heydər Əliyev Fondu tərəfindən yeni inşa olunan

arrow Ətraflı
İlham Əliyevin Kopenhagendə İtaliya Nazirlər Şurasının Sədri ilə görüşü olub like
  • 02 Okt 14:56  
Siyasət İlham Əliyevin Kopenhagendə İtaliya Nazirlər Şurasının Sədri ilə görüşü olub

Son.az xəbər verir ki, oktyabrın 2-də Kopenhagendə Azərbaycan Respublikas

arrow Ətraflı
Edi Rama Makronla zarafatlaşdı  “Azərbaycanla Albaniyadan üzr istəyin” – like
  • 02 Okt 14:54  
Dünya Edi Rama Makronla zarafatlaşdı “Azərbaycanla Albaniyadan üzr istəyin” –

Kopenhagendə keçirilən Avropa Siyasi Birliyinin 7-ci Zirvə Toplantısı zama

arrow Ətraflı
Biologiya fakültəsinin məzunu Pərvin Xəlilova həkim işləyir? like
  • 02 Okt 14:47  
Digərləri Biologiya fakültəsinin məzunu Pərvin Xəlilova həkim işləyir?

Bakıda yerləşən "Məlhəm" hospitalında doğulan körpənin vəzi

arrow Ətraflı
"Oğlum Elvinlə VİDEOma görə bütün otağı dağıtdı" like
  • 02 Okt 14:28  
Şou-biznes "Oğlum Elvinlə VİDEOma görə bütün otağı dağıtdı"

Rəqqasə Fatimə Fətəliyeva maraqlı etiraf edib.

arrow Ətraflı
Zərərçəkmiş şəxs Levon Mnatsakanyanı tanıdı: Başıma yumruqla, avtomatın qundağı ilə vururdu like
  • 02 Okt 14:09  
Kriminal Zərərçəkmiş şəxs Levon Mnatsakanyanı tanıdı: Başıma yumruqla, avtomatın qundağı ilə vururdu

Oktyabrın 2-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətən

arrow Ətraflı