Nazirlikdə yarpaq tökümü Elnur Nəsibov və Ceyhun Kərəmov vəzifəsindən könüllü gedib?


Digərləri 02 Okt 2025 12:55:00 66 0

Nazirlikdə yarpaq tökümü  Elnur Nəsibov və Ceyhun Kərəmov vəzifəsindən könüllü gedib?

Təhsil sahəsində fəaliyyət göstərən iki mühüm vəzifəli şəxsin - Elm və Təhsil Nazirliyi Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmovun işdən çıxarılması müzakirələr doğurub.

"12 ilə yaxın Elm və Təhsil Nazirliyində işləmişəm, sistemi yaxşı bilirəm. Bundan başqa, Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü olmuşam. Bu sahə ilə bağlı müəyyən məlumatlarım var. Heç inandırıcı görünmür ki, Elnur Nəsibov və Ceyhun Kərəmov könüllü şəkildə həmin vəzifələrdən getsin. Nəsə baş verir, amma detalları açıqlamır, bəzi məsələləri demək istəmirlər. Heç kim rahat vəzifədən könüllü getməz. Bu, birmənalı belədir".

Bunu "Yeni Sabah"a təhsil eksperti Etibar Əliyev deyib. 

O əlavə edib: "Onlar haqqında müsbət sözlər deyilir, çalışqan olduqları bildirilir.  Amma Emin Əmrullayevlə işləmək, nə qədər cəhd etsən də, mümkün deyil. Çünki idarəetmə qabiliyyəti yoxdur. Sistem tamamilə sıradan çıxıb. Emin Əmrullayev nazirliyi təkbaşına idarə edir.

Görün onun neçə müavini var, nə qədər aktivdirlər. Ümumiyyətlə, cəmiyyətdə onların hansı sahə ilə məşğul olduqları haqda məlumat varmı? İnanmıram olsun. Yeganə nazirdir ki, kollegiya iclasları keçirmir. Əslində, kollegiya nazirliyin əsas orqanlarından biri olmalıdır. Kollektiv qərar qəbul etmək üçün bu təsisat bütün dövrlərdə çox aktiv çalışmalıdır. İndi sanki bu qurum yoxdur.

Düşünürəm ki, nazirliyin özündə də, nazir də daxil olmaqla, səriştəsiz kadrlar var. Onlar Azərbaycan təhsilinin geriləməsinə xidmət edirlər. Ona görə də yeni kadrların gətirilməsi vacibdir.

Nazirlikdə çalışan Elvin Rüstəmov adlı şəxs neçə illərdir məktəbin qrant layihələrinə nəzarət edir. Həmin layihələri araşdırsınlar ki, hansı birinin əhəmiyyəti olub?"

E. Əliyev təhsil sahəsində işləyən bir neçə şəxsi adlar çəkərək fikrini davam etdirib:

"Təhsil İnstitutunun direktoru eyni zamanda iki vəzifəni icra edir. Təhsil şöbəsinin müdiri vəzifəsini də həmin şəxs icra edir. Belə zarafat olar?!

Təlimlərə milyonlarla manat ayrılır. Bu vəsaitlər mənimsənilir. Yəni ayrılan pullar öz adamlarına verilir, təlimlərə formal şəkildə xərclənir. Nəticə etibarilə Azərbaycan təhsilini bərbad vəziyyətdə görürük. Təhsilimizin bugünkü mənzərəsi göz önündədir.

Vüsal Xanlarov adlı biri var. Məhdud Məsuliyyətli Cəmiyyət rəhbəridir. Bütün qrant layihələr ona verilir. Özü də iqtisadçıdır. Çalışdığı sahəyə heç bir aidiyyəti yoxdur".

General deputatın həyat yoldaşını özünə müşavir təyin etdi  FOTO like
  • 02 Okt 12:43  
Digərləri General deputatın həyat yoldaşını özünə müşavir təyin etdi FOTO

Sabunçu rayonunun sabiq prokuroru İbrahim Ləmbəranski Strateji Obyektlərin

arrow Ətraflı
Meteor yağışı gözlənilir  Azərbaycandan da müşahidə edilə bilər like
  • 02 Okt 12:41  
Digərləri Meteor yağışı gözlənilir Azərbaycandan da müşahidə edilə bilər

Oktyabrın 2-dən 7-dək Orionid meteor yağışı aktiv olacaq.

arrow Ətraflı
Bir Bonus Toyota Corolla və yüzlərlə bonus qazandırır like
  • 02 Okt 12:35  
Digərləri Bir Bonus Toyota Corolla və yüzlərlə bonus qazandırır

Bir ekosistemin vahid loyallıq proqramı olan Bir Bonus möhtəşəm hədiyyəl

arrow Ətraflı
Sabah Bakıda 24 dərəcə isti olacaq like
  • 02 Okt 12:34  
Digərləri Sabah Bakıda 24 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olaca

arrow Ətraflı
Məktəbli avtobusları od qiymətinədir: Günü 12 manat  FOTO like
  • 02 Okt 12:22  
Digərləri Məktəbli avtobusları od qiymətinədir: Günü 12 manat FOTO

Xəbər verdiyimiz kimi, oktyabrın 1-dən Bakıda "məktəbli avtobusları

arrow Ətraflı
"Zəngəzur dəhlizi"nin Ermənistanla heç bir əlaqəsi yoxdur "  Paşinyan like
  • 02 Okt 12:15  
Siyasət "Zəngəzur dəhlizi"nin Ermənistanla heç bir əlaqəsi yoxdur " Paşinyan

"Azərbaycan bunu "Zəngəzur dəhlizi" adlandırmaq istəyir - Q

arrow Ətraflı
Bakıdan Kopenhagenədək: yeni geosiyasi reallığın dəyişən siması like
  • 02 Okt 12:09  
Siyasət Bakıdan Kopenhagenədək: yeni geosiyasi reallığın dəyişən siması

Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Siyasi Birliyinin Kopenhagendə k

arrow Ətraflı
Elarizin kürəkəninin 12 il həbsi tələb edildi like
  • 02 Okt 11:50  
Digərləri Elarizin kürəkəninin 12 il həbsi tələb edildi

Üç sahibkarın ümumilikdə 4 milyon manatını ələ keçirməkdə ittiham ol

arrow Ətraflı
Bəşər Əsədi Moskvada zəhərlədilər like
  • 02 Okt 11:46  
Dünya Bəşər Əsədi Moskvada zəhərlədilər

Suriyanın keçmiş Prezidenti Bəşər Əsədi zəhərləyiblər.

arrow Ətraflı
İsraillə İran arasında yenə müharibə olacaq? like
  • 02 Okt 11:42  
Siyasət İsraillə İran arasında yenə müharibə olacaq?

2025-ci ilin yazında Avropa İttifaqı və BMT tərəfindən İrana qarşı san

arrow Ətraflı
Tramp Azərbaycanla bağlı paylaşım etdi  FOTO like
  • 02 Okt 11:31  
Siyasət Tramp Azərbaycanla bağlı paylaşım etdi FOTO

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında Qəzzada münaqişəni son

arrow Ətraflı
Bakıda daha bir söküntü başladı  Sakinlər narazıdır like
  • 02 Okt 11:25  
Digərləri Bakıda daha bir söküntü başladı Sakinlər narazıdır

Paytaxtın Dərnəgül ərazisində Şahmar Ələkbərov küçəsinin arxa hiss�

arrow Ətraflı
Prezident İlham Əliyev Kopenhagendə Paşinyan ilə görüşdü  FOTO like
  • 02 Okt 11:19  
Siyasət Prezident İlham Əliyev Kopenhagendə Paşinyan ilə görüşdü FOTO

Oktyabrın 2-də Kopenhagendə Azərbaycan Respublikasının Prezidenti İlham �

arrow Ətraflı