“Analizə 600 manat ödədim, qəbz istəyəndə mənə güldülər...”


Digərləri 01 Okt 2025 16:17:00 93 0

“Analizə 600 manat ödədim, qəbz istəyəndə mənə güldülər...”

"Naxçıvanda quduzluğu təyin etmək üçün aparılan analizin qiyməti on dəfə artıraraq 600 manata çatdırılıb. Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun (NQTİ) Mərkəzi Baytarlıq Laboratoriyası bu analizi etsə də, vətəndaşa heç bir qəbz təqdim olunmur". 

Son.az xəbər verir ki, bu iddia ilə "Gündəlik Azərbaycan" səhifəsinə muxtar respublikada yaşayan vətəndaşlar müraciət ediblər.  

Onların sözlərinə görə, ev heyvanlarını Naxçıvandan çıxarmaq istəyənlərdən hava limanı ərazisində sözügedən analizin nəticələri ilə bağlı arayış tələb olunur. Yerli sakin Şirvan Qurbanov itini Bakıya apararkən eyni problemlə üzləşdiyini deyib: "İtimi apardım quduzluğa görə qan analizi götürsünlər. 600 manat pul istədilər. Məcbur qalıb 600 manatı verdim. Ödədiyim pula görə qəbz istədim, güldülər mənə. Bir itin qan analizi üçün bu həqiqətən də uyğun rüşvət deyil".

Digər sakin Sahib Xudiyev isə Türkiyəyə it aparmaq istəyərkən eyni problemlə qarşılaşıb: "Əvvəllər də Bakıya, Türkiyəyə it göndərmişəm, 50-60 manat verib baytarlıqda qan analizini verə bilirdik. İndi göndərirlər Qida Təhlükəsizliyi İnstitutuna. Orada da deyirlər iti gətir, 600 manat ver qanını analizə verək. Mütəxəsislərdən öyrəndim ki, ötən il bu cür testlər üçün qiymət təxminə 60 manat civarında olub. 3 ayı tamam olmuş bir itin qanını analizə vermək üçün 600 manat alınması insafsızlıqdır. Etiraz etsəm də, xeyri olmadı. Alternativ olmadığı üçün ödəməyə məcbur oldum. Ödədiyim pula görə, qəbz də verilmədi, yalnız analizin nəticəsini verib yola saldılar".

Şikayətçilər əvvəllər bu analizin Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən həyata keçirildiyini, analiz üçün 50-60 manat tələb olunduğunu bildiriblər. 

Problemlə bağlı Naxçıvan Qida Təhlükəsizliyi İnstitutuna sorğu ünvanladıq. Məlum oldu ki, sözügedən qurumda hazırda həmin analizlərin aparılması üçün imkanlar yoxdur: "Azərbaycan Respublikasında baytarlıq sahəsi üzrə göstərilən xidmətlərin tarifləri Nazirlər Kabinetinin 2021-ci il 22 iyun tarixli 178 nömrəli Qərarı ilə təsdiq olunmuş "Baytarlıq xidməti və nəzarəti tədbirlərinə görə alınan xidmət haqları" ilə müəyyən edilir. Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında aparılan analizlərə görə xidmət haqları qeyd edilən normativ sənədə əsasən tənzimlənir.

Evakuator üzərində olan avtomobillə birlikdə aşdı like
  • 01 Okt 16:10  
Digərləri Evakuator üzərində olan avtomobillə birlikdə aşdı

Yevlax rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Ləmbəranski bu qurumda müşavir oldu like
  • 01 Okt 16:06  
Digərləri Ləmbəranski bu qurumda müşavir oldu

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi general-mayor İ

arrow Ətraflı
Bakının bu ərazisində evlərdə tarakanlar gəzir  Qurumlar nə deyir? like
  • 01 Okt 16:00  
Digərləri Bakının bu ərazisində evlərdə tarakanlar gəzir Qurumlar nə deyir?

Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsinin Savalan yaşayış massivind

arrow Ətraflı
“Xatirə olacaq səhnələr” adlı sərgisi açılacaq like
  • 01 Okt 15:48  
Kriminal “Xatirə olacaq səhnələr” adlı sərgisi açılacaq

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Radio və Televiziya

arrow Ətraflı
TRTnin Qəzzada həlak olan jurnalistinin FOTOsu like
  • 01 Okt 15:42  
Digərləri TRTnin Qəzzada həlak olan jurnalistinin FOTOsu

TRT-nin əməkdaşı Qəzza zolağında həlak olub.

arrow Ətraflı
Bu çaylarda təhlükəli kimyəvi maddələr AŞKARLANDI: marketlərdən yığışdırılır like
  • 01 Okt 15:32  
Digərləri Bu çaylarda təhlükəli kimyəvi maddələr AŞKARLANDI: marketlərdən yığışdırılır

2025-ci ilin ilk səkkiz ayında Rusiyada aparılan yoxlamalar zamanı 111 tonda

arrow Ətraflı
Bir ekosisteminin sponsorluğu ilə “INMerge” İnnovasiya Sammiti uğurla başa çatdı like
  • 01 Okt 15:30  
Digərləri Bir ekosisteminin sponsorluğu ilə “INMerge” İnnovasiya Sammiti uğurla başa çatdı

Azərbaycanın ən böyük texnologiya tədbirlərindən biri olan "INMerge

arrow Ətraflı
Valideyn iclasda soyundu  "Qızlarımız bundan narahatdır, qərarı dəyişdirin"  FOTO like
  • 01 Okt 15:24  
Digərləri Valideyn iclasda soyundu "Qızlarımız bundan narahatdır, qərarı dəyişdirin" FOTO

ABŞ-də aktivist məktəb şurasında etiraz əlaməti olaraq soyunub.

arrow Ətraflı
Şəbnəmin atası ilə bağlı pis XƏBƏR like
  • 01 Okt 15:17  
Şou-biznes Şəbnəmin atası ilə bağlı pis XƏBƏR

Müğənni Şəbnəm Tovuzlunun atasının səhhətində problem yaranıb. 

arrow Ətraflı
Bakıda taksi sürücüsü ilə qadın arasında GƏRGİNLİK like
  • 01 Okt 15:12  
Digərləri Bakıda taksi sürücüsü ilə qadın arasında GƏRGİNLİK

Bakıda taksi sürücüsü ilə qadın sərnişin arasında baş verən insident

arrow Ətraflı
Bu gün açılışı olan universitetdən like
  • 01 Okt 15:05  
Digərləri Bu gün açılışı olan universitetdən

Xəbər verdiyimiz kimi, bu gün Bakıda İtaliya-Azərbaycan Universitetinin il

arrow Ətraflı
Azərbaycanda övlad sahibi olmaq neçəyə başa gəlir? like
  • 01 Okt 15:00  
Digərləri Azərbaycanda övlad sahibi olmaq neçəyə başa gəlir?

Azərbaycanda ailə qurmaq və övlad sahibi olmaq hər bir cütlüyün arzusu o

arrow Ətraflı
Prezident və birinci xanım Bakıda salınan yeni parkın açılışında iştirak ediblər  FOTO like
  • 01 Okt 14:49  
Siyasət Prezident və birinci xanım Bakıda salınan yeni parkın açılışında iştirak ediblər FOTO

Oktyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və bir

arrow Ətraflı
Onlara vəzifə verildi like
  • 01 Okt 14:47  
Digərləri Onlara vəzifə verildi

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Kamran Nəs

arrow Ətraflı
"Gəlin səhər 5də yatır, gərək vaxtında..." like
  • 01 Okt 14:45  
Şou-biznes "Gəlin səhər 5də yatır, gərək vaxtında..."

Müğənni Xatirə İslam maraqlı açıqlamalar verib.

arrow Ətraflı