İlqar Hacıyev 17 milyonluq dələduzluqda ittiham olunur Bu tarixdə prokurorluğa çağırılır
Digərləri 17 Mar 2025 07:48:00 362 0
Türk Hava Yollarının (THY) İstanbul-Afina reysi ilə uçan təyyarəsinin baqaj bölməsində unudulan yer xidmətləri işçisi Ali Çelikten, 11 min metr yüksəklikdə, -25 dərəcə temperaturda sağ qalmaq üçün mübarizə aparıb. Təxminən 1 saat havada qalan Çelikten, təyyarənin İzmir Adnan Menderes Hava Limanına təcili eniş etməsindən sonra xilas edilib.
Bu xəbəri də oxu: Boyun qalınlığı bu ciddi xəstəliklərin əlamətidir
Hadisə 15 dekabr 2024-cü il gecəsi İstanbul Hava Limanında baş verib. THY-nin İstanbul-Atina reysinə hazırlaşan təyyarənin baqaj yükləmə prosesi zamanı yer xidmətləri işçisi Ali Çelikten komanda yoldaşları ilə birlikdə işləyib. Lakin yükləmə tamamlandıqdan sonra heyət baqaj qapılarını bağlayıb və Çelikten təyyarənin yük bölməsində kilidli qalıb.
Mühərriklərin səsi səbəbindən səsi eşidilməyən Çelikten, təyyarə hərəkətə keçəndə donmamaq üçün baqajlar arasında gizlənərək sağ qalmağa çalışıb.
Təyyarə qalxdıqdan qısa müddət sonra, iş yoldaşları Ali Çeliktenin yoxa çıxdığını başa düşüb. Əvvəlcə onun tualetə getdiyini düşünsələr də, uzun müddət geri qayıtmadıqda narahat olub təhlükəsizlik kameralarına baıblar. Görüntülərdən məlum olub ki, Çelikten təyyarənin yük bölməsində bağlanıb qalıb.
Vəziyyət dərhal nəzarət qülləsinə bildirilib və pilot məlumatlandırılıb. Təyyarə Egey dənizi üzərindən Yunanıstan hava sahəsinə girdiyi anda geri dönmək qərara alınıb.
Təxminən 1 saatlıq uçuşdan sonra təyyarə İzmir Adnan Menderes Hava Limanına yönləndirilib və təcili eniş edib.
Aktyor Pamir Pekin azərbaycanlı aktrisa Nəsrin Cavadzadə ilə olan eşqini e
İspaniyanın şimalında aparılan arxeoloji qazıntılar zamanı 2022-ci ildə
Azərbaycan Rəssamlar İttifaqının üzvü, "Yeni Era" Dünya Rəssa
Martın 22-də Tokioda Yaponiya, Çin və Cənubi Koreya xarici işlər nazirlə
Xanəndə Kəmalə Nəsibova oğlu ilə bağlı açıqlama verib.
Qulaqlarda küy (tinnitus) - cingilti, uğultu, fit və ya xışıltı şəklind
Ət kimi bir məhsul hər kəsin rasionunda yoxdur, lakin bir çox insanın rasi
Ac qalmaq, xüsusilə də aralıqlı oruc (intermittent fasting) və uzun müdd�
Paltaryuyan maşının filtrinin texniki adı drenaj pompasıdır. Drenaj sistem
Sağlam qidalanma insan sağlamlığına müsbət təsir edən əsas amillərdə
İtalyan kinematoqrafiyasının məşhur aktyorları Monika Belluççi və Vensa
Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyevin vəziyyəti st
Məlum olduğu kimi, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən
