Oktyabrda 27 dərəcə isti olacaq
Digərləri 30 Sen 2025 15:57:00 71 0
Bu ilin oktyabr ayında havanın orta aylıq temperaturunun əsasən iqlim normasına yaxın olacağı gözlənilir.
Bu xəbəri də oxu: Bu bürclərin kişilərinə ərə getməyə dəyər
Bu barədə Son.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.
Birinci ongünlüyün ilk günlərində ölkə ərazisində hava şəraitinin qeyri-sabit, arabir yağıntılı keçəcəyi gözlənilir. Şimal -qərb küləyi üstünlük təşkil edəcək.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 16-18 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 11-16 dərəcə, gündüzlər 18-23 dərəcə, bəzi günlərdə 25 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 26-40 mm).
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 13-16 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 5-10 dərəcə, bəzi günlərdə 3 dərəcə isti, gündüzlər 18-23 dərəcə, bəzi günlərdə 26 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 19-32 mm). Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 9-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, gündüzlər 9-14 dərəcə, bəzi günlərdə 18 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 47-56 mm).
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 10-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, bəzi günlərdə 0 dərəcəyə yaxın, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 15-18 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 53-56 mm).
"Bir qrup xəstəliklər var ki, onlara pulsuz dərmanlar verilir. Bunlar d

Mersinin Tarsus rayonunda 27 yaşlı Pelin Kıyqa yaşayış binasının 7-ci m�

Texnologiya dünyasında yeni bir mərhələ başlayır - fiziki SİM kartların

İtaliya Respublikasının Prezidenti Sercio Mattarella sentyabrın 30-da Azərb

"Azərbaycanda icbari tibbi sığorta ilə bağlı böyük addımlar atıl�

Pakistanın cənub-qərbində yerləşən Kvetta şəhərində silahlılar hərb

Əməkdar artist Nüşabə Ələsgərli qonaq olduğu "Elgizlə izlə"

Mars və Plutonun güclü qarşılıqlı təsiri bəzi bürclər üçün həyatd

"Bəzi qüvvələr Cabiri bir az mənfi tərəfdən göstərmək istəyirdi

Hollivud ulduzu Coş Hartnett Kanadada yol qəzasına düşərək xəstəxanaya

Azərbaycanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Mədəniyyət Mərkə
