Sosial xərclər artdı Bizi nə gözləyir?
Digərləri 29 Sen 2025 10:37:00 74 0
Bu ilin ilk 8 ayında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xərcləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,3 faiz artıb. Bu həmin dövrdə 424,6 milyon manat xərc artımı deməkdir. DSMF-in xərclərindəki dəyişiklik həm 2025-ci ildə yeni sosial paketin icrası, həm də müavinət və təqaüd və eləcə də pensiya alanların sayının artması ilə bağlıdır.
Bu xəbəri də oxu: Sabah Bakıda 22 dərəcə isti olacaq
Son.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, bu ilin ilk 8 ayında aylıq sosial müavinət alanların sayı 2025-ci ilin əvvəli ilə müqayisədə 13 min nəfər artaraq 466 min 210 nəfərə, təqaüd alanların sayı isə 4 min 244 nəfər artaraq 405 min 644 nəfərə çatıb:
"Bu o deməkdir ki, həmin dövrdə aylıq müavinət və təqaüd alanların sayı 17.3 min nəfər çox olub. Artımlar eyni zamanda proaktiv qaydada müavinət və təqaüd alanların sayında da özünü göstərib. 2025-ci ilin yanvar-avqust ayları ərzində proaktiv qaydada 105 665 sosial müavinət və təqaüd təyin olunub. Bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5 minə yaxın artım deməkdir. Pensiyaçıların sayında da artımlar qeydə alınıb. 2025-ci il iyulun 1-i vəziyyətinə əsasən pensiyaçıların sayı əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 2.3 min nəfərə artaraq 1103,3 minə çatıb. Göründüyü kimi, sosial dəstəklərdən faydalanan vətəndaşlarımızın sayındakı artımlar DSMF-in xərclərin təsirsiz ötüşməyib".
Deputat bildirib ki, bütövlükdə, 2025-ci ildə DSMF-in xərclərinin artırılması öncədən proqnozlaşdırılırdı və təsdiq olunmuş büdcədə də öz əksini tapmışdı.
"Belə ki, 2024-cü ildə fondun təsdiq olunmuş xərcləri 6 milyard 949 milyon manat idisə, bu il üçün 7 milyard 676 milyon manat nəzərdə tutulub. Yəni, bu il fondun xərcləmələrinin təxminən 10 faiz çox olacağı gözlənilir. Bu baxımdan, növbəti dövrddə sosial müdafiən tədbirlərinin miqyasının daha da genişləndirilməsi fondun xərclərinə təsir göstərəcək. Çünki fondun əsas fəaliyyət istiqamətləri pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım və sığorta üzrədir. Bu istiqamətlərdə artımlar fond tərəfindən daha çox xərcləmələr deməkdir. Artımlar eyni zamanda fondun proqnozlaşdırılan gəlirlərində də var. 2025-ci ildə DSMF gəlirlərinin 7 milyard 617 milyon manat olacağı gözlənilir. Eyni zamanda, il ərzində məcburi dövlət sosial sığorta haqları üzrə 5 milyard 997 milyon manat yığım gözlənilir. Gəlirlərdəki artım fiscal dayanıqlıq baxımdan vacib amillərdəndir",- deyə millət vəkili vurğulayıb.
"Apple"ın maraqla gözlənilən "iPhone 17" seriyası bazar

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

İsmayıllı rayonunda toy mərasimində bıçaqlanan şəxslərin kimliyi məlu

Bakıda İqlim Fəaliyyəti Həftəsi (Baku Climate Action Week) öz işinə ba�

"Avtolüks Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə

Oktyabr ayı bəzi bürclərin həyatında unudulmaz dönüş nöqtəsi olacaq.

Tanınmış müğənni Nəfəs Məmmədlinin anası "Rəngarəng səhər&qu

Bakı şəhəri Xətai rayonunun bəzi küçələrinə təbii qazın verilişi d

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

Əməkdar artist Almaz Ələsgərova efirə çıxmamasının səbəbini açıqla

Daha uzun boya sahib olmaq üçün edilən boy uzatma əməliyyatları son illə

Yeni həftə bütün bürclər üçün maraqlı taleyin dönüşləri vəd edir.

Avtomobilinizin yanacaq sərfiyyatı təkcə mühərrikdən və ya sürmə tərz
