Prezident “BakuBus” MMCnin Gəncə Avtoparkının açılışında iştirak edib FOTO


Siyasət 27 Sen 2025 12:55:00 67 0

Prezident “BakuBus” MMCnin Gəncə Avtoparkının açılışında iştirak edib  FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də "BakuBus" MMC-nin Gəncə Avtoparkının açılışında iştirak edib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev dövlətimizin başçısına avtoparkda yaradılan şərait barədə məlumat verdi.

Üç yüz yerlik avtobus parkının inşasına bu ilin yanvarında başlanılıb. Ümumi sahəsi 10 hektar olan parkda texniki baxış və təmir postları, avtomatlaşdırılmış uçot sistemli yanacaq təsərrüfatı, saatda 60 avtobusun yuyulması gücünə malik kompleks inşa edilib. Avtobus parkının yaradılması ilə 675 nəfər işlə təmin olunub. Onlardan 553 nəfəri sürücü, 122 nəfəri isə inzibati və texniki heyətdir.

"BakuBus" MMC Gəncə şəhərində 18 mövcud və 2 yeni marşrut xətti üzrə fəaliyyət göstərəcək. Şəhərə yüksək ekoloji standarta - EURO6-ya cavab verən 280 avtobus gətirilib ki, onlardan da 45-i 54, 186-sı 63, 49-u isə 102 sərnişin tutumuna malikdir.

Bu layihənin həyata keçirilməsi, ilk növbədə, paytaxt Bakıdan sonra respublikanın ən böyük şəhəri olan Gəncənin nəqliyyat-sərnişin daşıma infrastrukturunun müasirləşdirilməsi baxımından çox mühüm rol oynayır. Bu, eyni zamanda, sərnişinlərin rahat, təhlükəsiz şəkildə mənzilbaşına çatmasına imkan yaradır, şəhərin nəqliyyat parkının yenilənməsinə böyük töhfə verir. Həmçinin yeni iş yerlərinin açılmasında da belə layihələrin rolu önəmlidir.

Gəncə şəhəri üzrə aparılan genişmiqyaslı təhlil və araşdırmalar nəticəsində marşrut şəbəkəsi yenidən formalaşdırılıb. Mövcud 32 marşrut xəttində optimallaşdırma aparılıb, 22 marşrut xəttinin fəaliyyət göstərməsi müəyyən olunub.

Əhəmiyyətli yeniliklərdən biri də ictimai nəqliyyatda qabaqcıl rəqəmsal texnologiyaların tətbiqidir. Gəncədə fəaliyyət göstərən bütün avtobuslarda gedişhaqqını "CityCard" nağdsız ödəniş sistemi, istənilən bank kartları, həmçinin mobil ödəniş vasitələri ilə ödəmək mümkündür.

Sərnişindaşıma sahəsinin optimallaşması çərçivəsində Dəmiryol Vağzalının qarşısında Nəqliyyat Mübadilə Məntəqəsi yaradılıb. Burada dəmir yolu ilə avtomobil nəqliyyatının qarşılıqlı əlaqəsi öz əksini tapıb.

Əhalinin gediş-gəlişi və sıxlığın çox olduğu ərazilərdə 34 müasir dayanacaq pavilyonu quraşdırılıb.

Yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində 97 küçədə asfalt örtüyünün yenilənmə işləri aparılıb, 128 kilometr xətlənmə işləri icra olunub. Şəhərdə təhlillər aparılaraq mikromobillik zolaqlarının salınması üçün uyğun yerlər müəyyənləşdirilib.

Taksi nəqliyyat vasitələri üçün cəlbetmə məntəqələrinin müəyyən edilməsi istiqamətində də işlər aparılıb və 10 ünvanda taksi duracağı üçün yer təyin olunub.

Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə regionlarımızın müasirləşdirilməsi, əhaliyə göstərilən xidmət səviyyəsinin artırılması və ümumilikdə, bölgələrimizin sosial-iqtisadi inkişafının davamlılığının təmin edilməsi istiqamətində dövlətimiz tərəfindən atılan addımların göstəricisidir.

Hibrid müharibə: hücuma məruz qalmısınız, amma fərqində deyilsiniz like
  • 27 Sen 12:14  
Siyasət Hibrid müharibə: hücuma məruz qalmısınız, amma fərqində deyilsiniz

"Hibrid müharibə" anlayışı (ingiliscə hybrid warfare) 2000-ci il

arrow Ətraflı
İkinci Şəhidlər xiyabanının adı dəyişdirildi like
  • 27 Sen 12:11  
Digərləri İkinci Şəhidlər xiyabanının adı dəyişdirildi

İkinci Şəhidlər xiyabanının adı dəyişdirilib.

arrow Ətraflı
Şəhidlərimizin xatirəsi bütün ölkə ərazisində bir dəqiqəlik sükutla yad edilib like
  • 27 Sen 12:00  
Digərləri Şəhidlərimizin xatirəsi bütün ölkə ərazisində bir dəqiqəlik sükutla yad edilib

27 Sentyabr - Anım Günü ilə əlaqədar bütün ölkə ərazisində Vətən M

arrow Ətraflı
Yataqda hərəkətsiz qalmaq beynin xəbərdarlıq mesajıdır  Açıqlama like
  • 27 Sen 12:00  
Digərləri Yataqda hərəkətsiz qalmaq beynin xəbərdarlıq mesajıdır Açıqlama

Telefonla yataqda uzun müddət uzanmaq və gündəlik işlərdən imtina etmək

arrow Ətraflı
Prezident Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib like
  • 27 Sen 11:55  
Siyasət Prezident Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Yevla

arrow Ətraflı
Xankəndiyə döyüşlə daxil oldu, indi təhsil alır: "Elə burda ailə quracam"  FOTO like
  • 27 Sen 11:43  
Digərləri Xankəndiyə döyüşlə daxil oldu, indi təhsil alır: "Elə burda ailə quracam" FOTO

Vətənə xidmət yalnız cəbhədə deyil, bilik meydanında da davam edir.

arrow Ətraflı
Bu rayonlarda da qaz olmayacaq like
  • 27 Sen 11:29  
Digərləri Bu rayonlarda da qaz olmayacaq

Sentyabrın 29-da Balakən və Qəbələ rayonlarının bəzi qəsəbə və kən

arrow Ətraflı
27 sentyabr – Böyük Zəfərə aparan yol like
  • 27 Sen 11:23  
Digərləri 27 sentyabr – Böyük Zəfərə aparan yol

44 günlük Vətən müharibəsində əldə edilən Zəfərə aparan yol 27 sent

arrow Ətraflı
Rusiyada ardarda baş vermiş müəmmalı ölümlər  Putinə yaxın adamlara nə olur?  FOTO like
  • 27 Sen 11:16  
Digərləri Rusiyada ardarda baş vermiş müəmmalı ölümlər Putinə yaxın adamlara nə olur? FOTO

Rusiyada son günlər ard-arda baş verən müəmmalı ölümlər ölkə gündə

arrow Ətraflı
Kamaləddin Qafarov: “2020ci ildə başladığımız Vətən müharibəsi tarixi zərurət idi” like
  • 27 Sen 11:00  
Siyasət Kamaləddin Qafarov: “2020ci ildə başladığımız Vətən müharibəsi tarixi zərurət idi”

"Azərbaycanın 2020-ci ildə özünün ərazi bütövlüyünü təmin etm�

arrow Ətraflı
İlham Əliyevin ABŞa işgüzar səfəri başa çatıb like
  • 27 Sen 10:51  
Siyasət İlham Əliyevin ABŞa işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-a işgüzar səf�

arrow Ətraflı
Yeni böyük müharibə qorxusu  Bu ölkələr hədəfdir like
  • 27 Sen 10:50  
Siyasət Yeni böyük müharibə qorxusu Bu ölkələr hədəfdir

Hazırda Avropa yeni böyük müharibə təhlükəsinin astanasındadır.

arrow Ətraflı
İşçiləri ruhdan salan sözlər araşdırıldı  Rəhbərlər ən çox bu ifadələri işlədir like
  • 27 Sen 10:40  
Digərləri İşçiləri ruhdan salan sözlər araşdırıldı Rəhbərlər ən çox bu ifadələri işlədir

Rəhbərlərin ən çox işlətdiyi ifadələrlə bağlı maraqlı araşdırma a

arrow Ətraflı