Hesablama Palatası bu qurumda ciddi nöqsanlar aşkarladı
Digərləri 26 Sen 2025 15:17:51 61 0
Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində ciddi nöqsanlar aşkarlayıb.
Bu xəbəri də oxu: Naxçıvanda əhalidən istifadə etmədiyi suya görə pul yığılıb
Azərbaycan Hesablama Palatası 2025-ci il İş Planına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) və tabeli qurumlarda dövlət vəsaitlərinin istifadəsinə dair uyğunluq auditi aparıb. Audit 2023-2024-cü illəri əhatə edib.
Nəticələrə əsasən, ölkə üzrə kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsi tam həyata keçirilməyib. Bu səbəbdən baytarlıq sahəsində xəstəliklərin qarşısının alınması və peyvəndləmədə risk əsaslı yanaşmalar tətbiq olunmayıb. Dövlət Statistika Komitəsi ilə müqayisədə heyvanların uçot göstəricilərində 11-16% fərq aşkarlanıb.
Audit zamanı Agentliyin strateji inkişaf və əməliyyat planlarının olmadığı, monitorinq mexanizmlərinin tətbiq edilmədiyi, xidmətlərin yalnız az bir hissəsindən gəlir əldə edildiyi, potensial qeyri-büdcə vəsaitlərinin isə itirildiyi müəyyən olunub.
Satınalmalarda da problemlər qeydə alınıb. Belə ki, 2023-cü ildə 1,6 mln. manat dəyərində feromon tələlərinin baha qiymətlərlə alınması və sınaqdan keçirilmədən istifadəsi dövlət vəsaitlərinin səmərəsiz xərclənməsinə səbəb olub. Həmin tələlərin 35 mindən çox dəsti istifadəsiz qalıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyadan ABŞ-a səfər edib.

Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olan hər bir şəxs pensiya ka

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və O

"Azərbaycan serial və filmlərində türkiyəlilər hər zaman yaxşı ob

Bakıda polisin qanuni tələbinə məhəl qoymayan şəxs həbs olunub.

İstanbulun Bahçelievler səmtində azərbaycanlı qətlə yetirilib.

Dırnaq gelləri bir çox xanımların istifadə etdiyi baxımdır. Hər birimiz

Sentyabrın 26-da ADA Universitetində İnkişaf və Diplomatiya İnstitutunun (

Qanunvericilikdəki "valideynlərini itirmiş uşaqlar" anlayışı &q

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın beynəlxalq tədbirlərdə ingi

Rusiyanın Vladivostok şəhərində orta məktəbdə yanğın baş verib.
