NATO Almaniyadan Türkiyəyə kəşfiyyat təyyarələri göndərəcək


Dünya 27 Dek 2015 17:56:20 363 0

NATO Almaniyadan Türkiyəyə kəşfiyyat təyyarələri göndərəcək

NATO Türkiyənin havadan müdafiəsini gücləndirmək üçün Almaniyadan qonşu ölkəyə AWACS sistemləri ilə təchiz olunmuş kəşfiyyat təyyarələri göndərəcək.

Son.az"report"-a istinadən xəbər verir ki, bu barədə "Bild am Sonntag" qəzeti yazıb.

Uzaq radiolokasiya aşkarlamasına malik "Boeing E-3" təyyarələri Almaniyanın Qaylenkirhen (Geilenkirchen) bazasından Türkiyənin Konya aerodromuna göndəriləcək. Təyyarələrin heyət üzvlərinin 30 faizini bundserverin qulluqçuları təşkil edəcək. Hər bir təyyarəyə 16 nəfərdən ibarət komanda xidmət göstərir. Ümumilikdə neçə alman hərbçisinin əməliyyatda iştirak edəcəyi məlum deyil.