Nəsimi festivalında “İblis” yeni təqdimatda nümayiş olunub (FOTO)
Kriminal 24 Sen 2025 00:16:00 64 0
Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalının ilk günü Heydər Əliyev Mərkəzində Hüseyn Cavidin "İblis" əsərinin simfonik orkestr musiqiçilərinin və Azərbaycan Dövlət Pantomim Teatrının iştirakı ilə yeni təqdimatı olub.
Bu xəbəri də oxu: Vəzifəyə keçmək üçün xadiməyə 10 minə yaxın pul verdi
Son.az xəbər verir ki, əsərin yeni təqdimatının özəlliyi canlı orkestrin müşayiəti və orkestr musiqiçilərinin tamaşa müddətində həm də iştirakçıya çevrilməsidir.
Əsərdə həm bəşəri, həm də əbədi problem olan insanlıq və iblis arasında bitməyən mübarizə əks olunub.
Səhnə əsərinin baş rejissoru, Azərbaycan Dövlət Pantomim Teatrının yaradıcısı və bədii rəhbəri, Xalq artisti Bəxtiyar Xanızadə AZƏRTAC-a açıqlamasında öz təəssüratlarını bölüşüb. Rejissor diqqətə çatdırıb ki, məşq prosesi 2 ay ərzində davam edib və sonuncu məşq zamanı kollektivdən gözlədiyi nəticəni alıb.
Tamaşada baş rolun ifaçısı və dirijor, Prezident mükafatçısı, bir sıra beynəlxalq müsabiqələrin laureatı Mustafa Mehmandarovun sözlərinə görə, ilk dəfə simfonik orkestrin musiqiçiləri tamaşada onun idarəçiliyi ilə Pantomim Teatrının aktyorlarının arasına qarışaraq plastik düşüncələrin iştirakçısına çevriliblər.
"İblis" səhnələşdirilən ilk Azərbaycan poetik dramıdır. Faciə ilk dəfə 1920-ci ildə Sovet Azərbaycanının opera, teatr və səssiz kino aktyoru, kinorejissor Abbas Mirzə Şərifzadə tərəfindən səhnəyə qoyulub. Bu, Azərbaycanın teatr həyatı üçün böyük hadisə olub. Əsər ikinci dəfə 1983-cü ildə Hüseyn Cavidin 100 illik yubileyi münasibətilə SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Mehdi Məmmədov tərəfindən səhnələşdirilib. 2024-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin quruluşunda "İblis"ə üçüncü dəfə səhnə həyatı verilib. Nəsimi festivalı üçün isə tamaşanın yeni təqdimatı hazırlanıb.
Sentyabrın 25-dək Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ICESCO-nun tərəfdaşlığı ilə Bakı və Şamaxıda keçiriləcək Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalı digər özəl təqdimatlarla da yadda qalacaq.
Son günlər havaların qeyri-sabit keçməsi bazarlardakı qiymətlərə də t�

Son.az 24 sentyabr üçün günün ulduz falını təqdim edir:

Sentyabrın 23-də Nyu-Yorkda ABŞ-ın Birinci xanımı Melaniya Trampın adınd

Astroloqların proqnozlarına əsasən, 2026-cı il bəzi bürclər üçün dön

ABŞ Prezidenti Donald Tramp, parasetamol tərkibli məşhur "Tylenol"

"Yazırlar Allah rəhmət eləsin. Ölməmişəm. Bu ayın 25-də səhnəy�

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sentyabrın 23-də Azərbaycan Resp

Prezident İlham Əliyevin dünyanın aparıcı maliyyə qurumlarının rəhbər

Azərbaycanın aparıcı telekanallarından biri olan Baku TV-də mühüm kadr t

Mütəxəssislərin müşahidələrinə görə, sentyabr ayında dünyaya gələ

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezide

Rusiya Federasiyasında sentyabr ayından qüvvəyə minən qanuna əsasən, boy

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sentyabrın 23-də Azərbaycan Respub

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə 25 sentyabr 2025-ci il ta
