Həmin direktordan bir ay əvvəl də şikayət olunubmuş BŞTİ isə araşdırma aparıb, pozuntu olmadığını deyib
Digərləri 23 Sen 2025 14:17:00 69 0
Səs yazısı yayılan Bakıdakı 308 nömrəli tam orta məktəbin direktoru Təranə Məmmədova ilə bağlı daha bir qalmaqallı məqam üzə çıxıb.
Bu xəbəri də oxu: Ayılar Quba kəndlərinə niyə hücum edib? AMEAdan
Son.az-ın əldə etdiyi məlumata görə, Təranə Məmmədova ilə bağlı bir ay əvvəl də Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) şikayət olunub. İdarə araşdırma apardıqdan sonra isə bildirib ki, 308 nömrəli tam orta məktəbin direktoru və müəllimlərin fəaliyyətində qanun pozuntusu aşkar olunmayıb.
Son.az-a müraciət edən vətəndaş F.Kərimova bildirib ki, övladı E.Kərimov buraxılış imtahanlarında uğurlu nəticə göstərib və universitetə daxil olub, lakin ixtisas seçimi zamanı problemlə üzləşiblər.
"Övladım 308 nömrəli tam orta məktəbi bitirmişdi. İxtisas seçimi zamanı məlum oldu ki, övladımın attestatı təsdiqlənməyib. Əvvəldən də direktor Təranə Məmmədova yuxarı siniflərin valideynlərindən pul alaraq attestata yüksək qiymət yazırdı, mən isə heç bir ödəniş vermədim. O da bundan hiddətlənib mənim övladıma qayıblar yazıb və yekunda attestatın verilməsindən imtina edib. Təsəvvür edirsiz, övladım buraxılış imtahanından keçib, amma direktor bu pisliyi etmək üçün ona qayıblar yazdırıb ki, attestat ala bilməsin.
Məsələ ilə bağlı elə həmin vaxt Bakı Şəhəri üzrə Təhsil İdarəsinə rəsmi müraciət etdim. Cavab məktubunda mənə bildirildi ki, direktorun və müəllimlərin fəaliyyətində pozuntu yoxdur. Bir ay keçmədi səs yazısı yayıldı və direktor işdən çıxarıldı.
Olan mənim övladıma oldu. övladım buraxılış imtahanından keçsə belə direktorun qanunsuzluğuna görə universitetə daxil ola bilmədi, BŞTİ isə nəyəsə görə mənim şikayətimə obyektiv baxmadı. Necə ola bilərdi ki, direktor əvvəl qanusnsuzluq etməyib, indi birdən-birə pul yığmağa başladı?!"
Qeyd edək ki, BŞTİ tərəfindən yayılan sonuncu məlumatda paytaxtdakı 308 nömrəli tam orta ümumtəhsil məktəbi direktorunun səs yazısı ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparıldığı və araşdırma nəticəsində məktəbin direktoru Təranə Məmmədova tutduğu vəzifədən azad olunub və onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyi deyilmişdi.
Bir ay əvvəl isə BŞTİ tərəfindən aparılan araşdırmada direktorun fəaliyyətində pozuntular aşkarlanmayıb.
Mehman Əsədov Son.az
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti ilə Rusiya Federasiyasın�

Amerikalı məşhur aktyor Robert De Niro Karib dənizində yerləşən Barbuda

Şimali Koreya lideri Kim Çen In yenidən siıah arsenalı ilə göz dağı ver

2022-ci ilin martında Atlantik okeanında böyük bir faciə baş verdi.

Millət vəkili Nizami Səfərov Tovuz şəhərində Əmək və Əhalinin Sosial

Mərhum meyxanaçı Xəyyam Əhmədlinin anası Zöhrə Quliyeva dünyasını d�

"2025-ci ilin yanvarından sentyabrına qədər qızılın 1 unsiyası 2,72

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia

Gürcüstanda Rusiya və Azərbaycan vətəndaşları narkotik vasitələrin qan

Sentyabrın 24-də gözlənilən hava proqnozu açıqlanıb.

Nyu Yorkda ABŞ Prezidenti Donald Trampın korteji üçün yolları bağlayan po

Sentyabrın 23-də Heydər Əliyev Mərkəzində 3-cü Nəsimi - şeir, mənəvi

Müğənni Əlikram Bayramov efirdə kövrək anlar yaşayıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində yol-nəqliyyat hadisəsi törət

Sosial şəbəkələrin psixi sağlamlığa təsiri barədə geniş yayılmış
