Bu avtomobillər üçün Bakıya giriş pullu olacaq RƏSMİ
Digərləri 22 Sen 2025 15:29:00 52 0
Daşıyıcılar avtobus parkını yeniləmək üçün bank kreditlərinə müraciət etdikdə, artıq onların qarşısında yeni bir imkan açılacaq - dövlət bu kreditlərə subsidiya və zəmanət dəstəyi göstərəcək.
Bu xəbəri də oxu: Azərbaycanda Yaşıl Enerji Sənaye Parkı yaradılacaq
Son.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Prezident İlham Əliyevin avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərmanından irəli gələn məsələlərə həsr edilən brifinqdə deyib.
"Bu mexanizm daşıyıcıların maliyyə yükünü xeyli yüngülləşdirəcək və mövcud avtobus parkının mərhələli şəkildə yenilənməsini daha real və əlçatan edəcək", - A.Rzayev bildirib.
Onun sözlərinə görə, əgər daşıyıcının öz vəsaiti ilə parkını yeniləməyə imkanı yoxdursa, bu zaman bank mexanizmlərindən yararlanacaq, dövlət isə həmin kreditlərin bir hissəsini subsidiya edəcək və zəmanət təmin edəcək. Bu addım həm daşıyıcıların fəaliyyətini sabitləşdirəcək, həm də sərnişinlərin daha təhlükəsiz və rahat nəqliyyat xidmətlərindən istifadəsini təmin edəcək.
O əlavə edib ki, şəhərdə ictimai nəqliyyatın inkişafı təkcə sərnişindaşıma xidmətlərinin yaxşılaşdırılması ilə məhdudlaşmır:
"Böyük sayda fərdi avtomobillərin paytaxta daxil olması nəqliyyat axınını çətinləşdirir, tıxaclar yaradır, ümumi hərəkət intensivliyinə və ekoloji tarazlığa mənfi təsir göstərir. Bu səbəbdən beynəlxalq təcrübəyə uyğun olaraq ödənişli hərəkət zonalarının tətbiqi gündəmdədir. Sözügedən modelin məqsədi şəxsi avtomobillərin şəhər mərkəzinə həddindən artıq daxil olmasının qarşısını almaq, ictimai nəqliyyata üstünlük vermək və hərəkət təhlükəsizliyini artırmaqdır".
"Taksilərin qiyməti tənzimlənən qiymətlər deyil. Taksilərin qiymət

Dünyaca məşhur aktyor Tom Holland cümə günü İngiltərədəki "Leave

Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin MBA (Master of Busin

Sentyabrın 23-də Dövlət İmtahan Mərkəzi (DİM) taksi minik avtomobili sü

"Nağdsız sistemin genişlənməsi "Tarif menyusu"na keçidi sü

Respublika üzrə pensiyaların sentyabrın 23-də tam ödənilərək yekunlaşd

Rusiya Prezidenti Vladimir Putin bu gün ölkənin Təhlükəsizlik Şurasının

Ukrayna ordusu Donetsk vilayətinin Dobropolsk istiqamətində irəliləyərək

Gəncə şəhərində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında

Türkiyə ABŞ-dən idxal olunan alkoqollu içkilər, avtomobillər, tütün və

Sentyabrın 22-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vət�

Tanınmış xanəndə İlahə İbadova maraqlı etiraflar edib.

Mərhum Əməkdar artist Yaqub Zurufçunun xanımı Aynur Zurufçu onun ölüm i

ABŞ prezidenti Donald Trampın sərt açıqlamalarından sonra Venesuela rəhb�

Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov Ermənistana səfər e
