Könül onun evində öldürülübmüş Basdırmağa kömək etmişdi
Digərləri 22 Sen 2025 13:00:00 69 0
Ötən ilin yazında Lənkəranda amansızlıqla qətlə yetirilən 22 yaşlı Könül Ağayevanın cinayət işi ilə bağlı daha bir nəfər məhkum edilib.
Bu xəbəri də oxu: Günün qoroskopu: Sıx görüşlər və danışıqlar var, tələsməyin, emosiyalarınızı idarə edin
Son.az xəbər verir ki, qafqazinfo.az-ın əldə etdiyi məlumata görə, Könülün qatili Elvin İsmayılzadənin dostu Xəyal Səmədov xüsusilə ağır cinayəti gizlətməkdə təqsirli bilinib.
İstintaq müəyyən edib ki, 23 yaşlı Elvin şəxsi münaqişə zəminində Könül Ağayevanı öldürdükdən sonra bu barədə dostu Xəyala məlumat verib. Onlar birgə gənc qızın meyitini hadisə baş verən evin həyətindəki xəndəyə basdırıblar. Lakin Xəyal bu cinayət barədə hüquq-mühafizə orqanlarına məlumat verməyib. Bu əməllə o, "xüsusilə ağır cinayət törədilməsini bilib xəbər verməmə" və "xüsusilə ağır cinayətdən xəbərdar olub gizlətmə" cinayətlərini törətmiş olub.
Fotoda: Elvin İsmayılzadə
Xəyal isə məhkəmədə ittihamla razı olmadığını, Elvin hədə-qorxu gəldiyi üçün cinayəti gizlətməyə məcbur qaldığını deyib: "Meyiti görən kimi polisə müraciət etmək istədim. Amma Elvin mənə hədə-qorxu gəldi. Dedi ki, polisə məlumat versən, qaçıb gedəcəyəm, ev də sənin olduğu üçün cinayət üstündə qalacaq. Həm də məni ailə-üzvlərimi öldürəcəyi ilə qorxutdu. Bu səbəblərdən susmaq qərarına gəldim".
Müdafiə tərəfi məhkəmədən gənc müvəkkilinin ifadəsini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edib.
Yekun qərarla Xəyala xüsusilə ağır cinayətin törədilməsini bilərək xəbər verməmə maddəsi üzrə bəraət, həmin cinayəti gizlətmə maddəsi ilə 3 il həbs cəzası verilib.
Qeyd edək ki, qətlə yetirilən Könül Ağayeva hadisə vaxtı Lənkəran Dövlət Universitetinin dördüncü kurs tələbəsi olub. Onun qətlinə görə Elvin İsmayılzadə 19 il azadlıqdan məhrum edilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsində gəlinini xüsusi amansızlıqla q�

Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 31C ünvanında fəaliyy

Ekspert qeyd edib ki, ödənişli zonalardan daxil olan məbləğ ictimai nəql

Yeni qaydaların əsas məqsədlərindən biri bütün avtobuslarda vahid, nağd

Əminəm ki, 5 il sonra şəhər mobilliyi bu günkündən dəfələrlə yaxşı

ARİS, FRANSA, 19 sentyabr 2025] - Bu gün HUAWEI "Ride the Wind" şü

Azərbaycan XIX əsrin imperiya müharibələri ilə qoparıldığı məkana - Y

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilm

Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onu

Azərbaycanda ictimai nəqliyyatda "brutto müqavilə" sisteminin ilki

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondunun formalaşacağı mə

Üç ildən çox davam edən müharibə Rusiyada informasiya istehlakını kök�

Türkiyənin Konya vilayətinin Kulu rayonunda 4 bal gücündə zəlzələ qeyd�
